QÜDSAŞİYAN
QÜDSİYYƏT
OBASTAN VİKİ
Qüdsi
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Qüdsi Osmanov
Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Noyemberyan rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri. Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir. 1984–1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir. Evlidir, dörd övladı var. 1997–2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır. 2005–2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır. 2013–2016 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsində çalışmışdır.
Qüdsi Vənəndi
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Qüdsi (film)
Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biri Abbasqulu ağa Bakıxanov olmuşdur. Film məhz Abbasqulu ağa Bakıxanovun əsərlərinin əlyazmaları əsasında, onun həyat və yaradıcılığına həsr edilmişdir. A.Bakıxanovun həyat yoluna işıq tutan Tiflis mühiti, Varşava, Sankt-Peterburqdan söz açmaqla yanaşı böyük mütəfəkkirin görüşdüyü gürcü, rus ziyalılarının da bədii obrazları filmdə öz əksini tapmışdır. Bakıxanov tarix, coğrafiya, dilçilik, din, astronomiya, bədii ədəbiyyat sahəsində irs qoyub getmişdir. Polkovnik Bakıxanovun rəsmi arxiv sənədlərindən film boyu istifadə olunmuş, eləcə də onun orden və medallarla təltif olunması faktları da filmdə öz təcəssümünü tapmışdır. Ən maraqlı məqamlar isə Qubadakı "Səkinəxanım" məscidində lentə alınmış ki, bu məscid də polkovnikin xanımı tərəfindən Abbasqulu ağa Bakıxanovun xatirəsinə ucaldılmışdır. Alim, diplomat, hərbçi, yazıçı, şair, filosof olan Abbasqulu ağa şərəfli həyat yolu keçmiş və Ərəbistanın isti səhralarını dolaşarkən, Mədinə ilə Məkkə arasında "Vadii Fatimə" adlanan yerdə, vəba xəstəliyindən dünyasını dəyişmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, "Fətəli xan", "Leyli və Məcnun" və "Üzeyir ömrü" bədii filmlərinin fraqmentlərindən istifadə olunmuşdur. Filmin bədii səhnələri ağ-qara çəkilmişdir. Film proloq və epiloq hissələrindən ibarətdir.
Qanuni-Qüdsi
Qanuni-Qüdsi - Abbasqulu ağa Bakıxanov tərəfindən qələmə alınan fars dilinin qrammatikası haqqında əsər. “Qanuni-Qüdsi” müəllifin ilk elmi əsəri hesab edilir. Müəllifin “Gülistan-ı İrəm”də qeyd etdiyi əsərin yazılma tarixi ilə bağlı müxtəlif fikirlər olsa da, o, əsəri 1828/29 (1244 hicri.)-da yazdığını bildirmişdir. Bakıxanov “Hərf”, “Söz” və “Cümlə” bölmələrindən ibarət bu əsəri ilə "əcnəbilərə qısa müddətdə kifayət qədər fars dilini oxuyub yazmağı öyrətməyi" hədəfləyib. Bundan əlavə, müəllif əsərin uşaqlar tərəfindən daha yaxşı başa düşülməsi və əzbərlənməsi üçün bəzi qaydaları nəzm şəklində daxil etdiyini də bildirib. == Tarixi və nəşri == Qanuni-Qüdsi alimin ilk elmi əsəri olduğu həmçinin, Rusiyada Fars dilinə aid yazılmış ilk qrammatika kitabı olduğu üçün böyük səs gətirmişdi. Bakıxanov bu əsər barədə 1829-cu ildə Çar I Nikolaya göndərdiyi təqdim yazısında müəllif, əsər üzərində 4 ildən çoxdur işlədiyini bildirmiş, həmçinin kitabın Rusiyada ilk olduğuna diqqət çəkmiş, fars dilinin digər Asiya dillərindən daha böyük əhəmiyyətə malik olduğu fikrini önə sürərək çardan bu əziyyətinin dəyərləndirilməsini xahiş etmişdir. Dövrün Qafqaz məsulu Qafqaz məsulu İ. Paskeviç Xarici işlər naziri K.Nesselrodeyə yazdığı 1829-cu il tarixli məktubunda Rusiya, İran və Türkiyə arasında bağlanan müqavilələrdə Bakıxanovun xidmətlərindən yüksək danışır. İ. Paskeviç yazır ki, çara sədaqətlə xidmət edən müəllifin yeniliklər açdığını nəzərə alsaq, bunu çara çatdırmaq və onun əsərinin çap olunması məqsədəuyğun olardı. Əsərin müqəddiməsində farsca verilən bir beytdən əbcəd hesabı ilə onun hicri 1244-cü ildə (1828) yazdığı məlum olur.
Mirzə Həsib Qüdsi
Mirzə Həsib Qüdsi (1828, Bakı – 1908, Bakı) — XIX əsr Azərbaycan şairi. Mirzə Həsib Qüdsi 1828-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə aldıqdan sonra Tehran şəhərinə yollanaraq mükəmməl dini və dünyəvi təhsil almışdır. Bakıya qayıtdıqdan sonra isə mədrəsə açmış və ömrünü dini alimlərin yetişməsinə sərf etmişdir. Bu böyük alim və şair 1908-ci ildə Bakıda vəfat etmişdir. Təəssüf ki, bir çox din alimləri və Əhli-Beyt (ə) şairləri kimi Mirzə Həsib Qüdsinin də həyat və fəaliyyəti barədə məlumat yox dərəcəsindədir. Zəngin irsə malik olan şairin şerləri mütəmadi olaraq o dövrün mətbuat orqanlarında: "Məktəb", "Şərqi Rus", "Həyat", "İrşad", "Dəbistan", "Tazə həyat", "Füyuzat" və başqalarında çap edilmiş, divanı isə 1883 və 1887-ci illərdə Təbrizdə, 1901-ci ildə isə Bakıda nəşr edilmişdir. Sovet imperiyası dövründə isə şairin divanı mərhum Əliəbbas Müznib tərəfindən tərtib edilsə də çap edilməmişdir. Bu kitab ancaq müstəqillik dönəmində Sona Xəyal və Mustafa Mailoğlu tərəfindən transfonelimerasiya edilərək nəşrə hazırlanmış və 2004-cü ildə nəşr edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi şair zəngin və çoxşaxəli ədəbi irsə malikdir.
Mirzə Müslüm Qüdsi
Mirzə Müslüm Qüdsi və yaxud Qüdsi İrəvani (1752, İrəvan – 1808, İrəvan) — XVIII əsr Azərbaycan şairi. Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. O, İrəvan xanlığının münşisi (katibi) olub. Mirzə Məhəmməd Müslüm 1752-ci ildə İrəvan şəhərində anadan olub. O, İrəvan xanının sarayında xidmət edib. Orada Mirzə Məhəmməd xanın katibi (münşisi) olub. O, 1808-ci ildə İrəvan şəhərində vəfat edib. Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. Buna görə o, Mirzə Müslüm Qüdsi adı ilə tanınır. Hələlik elm aləminə onun bir "Divan"ı məlumdur.
Qüdsi (film, 2007)
Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biri Abbasqulu ağa Bakıxanov olmuşdur. Film məhz Abbasqulu ağa Bakıxanovun əsərlərinin əlyazmaları əsasında, onun həyat və yaradıcılığına həsr edilmişdir. A.Bakıxanovun həyat yoluna işıq tutan Tiflis mühiti, Varşava, Sankt-Peterburqdan söz açmaqla yanaşı böyük mütəfəkkirin görüşdüyü gürcü, rus ziyalılarının da bədii obrazları filmdə öz əksini tapmışdır. Bakıxanov tarix, coğrafiya, dilçilik, din, astronomiya, bədii ədəbiyyat sahəsində irs qoyub getmişdir. Polkovnik Bakıxanovun rəsmi arxiv sənədlərindən film boyu istifadə olunmuş, eləcə də onun orden və medallarla təltif olunması faktları da filmdə öz təcəssümünü tapmışdır. Ən maraqlı məqamlar isə Qubadakı "Səkinəxanım" məscidində lentə alınmış ki, bu məscid də polkovnikin xanımı tərəfindən Abbasqulu ağa Bakıxanovun xatirəsinə ucaldılmışdır. Alim, diplomat, hərbçi, yazıçı, şair, filosof olan Abbasqulu ağa şərəfli həyat yolu keçmiş və Ərəbistanın isti səhralarını dolaşarkən, Mədinə ilə Məkkə arasında "Vadii Fatimə" adlanan yerdə, vəba xəstəliyindən dünyasını dəyişmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, "Fətəli xan", "Leyli və Məcnun" və "Üzeyir ömrü" bədii filmlərinin fraqmentlərindən istifadə olunmuşdur. Filmin bədii səhnələri ağ-qara çəkilmişdir. Film proloq və epiloq hissələrindən ibarətdir.
Qüdsi Vənəndi Mirəbdürrəhim
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Şeyx İbrahim Qüdsi
Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov — tarixçi, şair. Şeyx İbrahim Şeyx Həsən oğlu 1816-cı ildə Gəncə şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Müəllim işləmişdi. Şeyx İbrahim şair idi. Naseh təxəllüsü ilə şer yazırdı. Sonra Qüdsi təxəllüsü işlətməyə başladı. Firudin bəy Köçərli onun haqqında yazır: "Mərhum Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanov Gəncə şairlərinin məşhurundandır. Təvəllüd edibdir Gəncədə hicrətin 1231-ci tarixində, yüz sənə bundan müqəddəm.
Əhməd Qüdsi Tecer
Əhməd Qüdsi Tecer (4 sentyabr 1901, Qüds – 23 iyul 1967, İstanbul) – Türkiyəli müəllim, şair, dramaturq və siyasətçi. O, xalq mədəniyyəti sahəsindəki fəaliyyəti ilə tanınır. Onun əsərləri Qaracaoğlan və Yunus Əmrənin həyatına işıq tutub. O həm də Xalq aşığı Aşıq Veysəli Türkiyəyə tanıdan, Xalq musiqisi tərtibçisi Müzəffər Sarısözəni kəşf edən şəxs kimi tanınıb. 1930-cu illərdə poeziya sahəsində adını hallandıran ədəbiyyat adamının ən məşhur əsəri Münir Ceyhanın məktəb nəğməsi halına gətirdiyi "Orada bir kənd var uzaqda" şeiridir. Tecer şairliklə yanaşı, Türkiyə səhnəsinə yerli və milli elementlər əsasında teatr əsərləri bəxş edən dramaturqdur. O həmçinin VI. dövr Seyhan, VII dövr Türkiyə Böyük Millət Məclisində Şanlıurfa millət vəkili vəzifəsində çalışıb. Əhməd Qüdsi Tecer 1901-ci ildə Qüdsdə anadan olub. Atası o dünyaya gələn zaman Qüds Dünyası Baş Müdirliyinin müdiri olan Əbdürrəhmən bəy, anası isə Xədicə xanımdır. Ailəsi Eğinin Apçağa kəndindəndir.
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Əhməd Mədəni Qüdsizadə
Əhməd Mədəni Qüdsizadə Abdullah oğlu (1890-cı il, 1940-cı il 24 yanvar) — türkman mətbuatının görkəmli nümayəndəsi. Əhməd Mədəni Qüdsizadə 1890-cı ildə anadan olub. İlk türkman qəzeti olan "Havadis" qəzetinin əsasını 1911-ci il 24 fevralda qardaşı Məhəmməd Zəki Qüdsizadə ilə İraqda qoyub. Əhməd Mədəni Qüdsizadə şair Abdullah Qüdsizadənin oğludur. Əhməd Mədəni 48 yaşı tamam olduqdan sonra 1940-cı il 24 yanvarda vəfat etmişdir. Kərkükün Musalla bölgəsində yerləşən böyük türbəli Cümcümə məzarlığı yaxınlığında dəfn edilmişdir. Əhməd Mədəni Qüdsizadə 1909-cu ildə 17-18 yaşlarında olarkən Bağdadda türkman və ərəb dillərində nəşr olunmuş "Əl Zuhur"un türkman dilində olan bölməsinə məqalələr yazmağa başlamışdır. Mosulda çap edilmiş "Neynəva" və 1910-cu ildə "Nəcah"da yazılar dərc etdirmişdi. O, bəzi məqalələrinə görə 1912-ci ilin aprel ayında Bağdadda aparılmış mühakimədə bəraət qazanmışdır. Əhməd Mədəni 1911-ci il fevralın 24-də qardaşı Məhəmməd Zəki ilə Kərkük şəhərində ilk dəfə "Havadis" adlı türkcə siyasi qəzet çıxarmağa və şəxsi təşəbbüsü ilə eyni adda mətbəə yaratmağa müvəffəq olmuşdur.

Значение слова в других словарях