Mirzə Müslüm Qüdsi

Mirzə Müslüm Qüdsi və yaxud Qüdsi İrəvani (1752, İrəvan1808, İrəvan) — XVIII əsr Azərbaycan şairi. Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. O, İrəvan xanlığının münşisi (katibi) olub.[1]

Mirzə Müslüm Qüdsi
Mirzə Məhəmməd Müslüm
Təxəllüsləri Qüdsi, Qüdsi İrəvani
Doğum tarixi 1752
Doğum yeri
Vəfat tarixi 1808
Vəfat yeri
Vətəndaşlığı İrəvan xanlığı
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti şair
Fəaliyyət illəri 19-cu ildən
Əsərlərinin dili Azərbaycan dili, fars dili, ərəb dili
Janr lirika
Vikimənbənin loqosu Mirzə Müslüm Qüdsi Vikimənbədə

Mirzə Məhəmməd Müslüm 1752-ci ildə İrəvan şəhərində anadan olub. O, İrəvan xanının sarayında xidmət edib. Orada Mirzə Məhəmməd xanın katibi (münşisi) olub. O, 1808-ci ildə İrəvan şəhərində vəfat edib.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mirzə Məhəmməd Müslüm Qüdsi təxəlüssü ilə yazıb yaratmışdır. Buna görə o, Mirzə Müslüm Qüdsi adı ilə tanınır.[2] Hələlik elm aləminə onun bir "Divan"ı məlumdur. Bu divan 2814 şifrəsi altında Hacı Məhəmməd Naxçıvani adına Təbriz Milli Kitabxanasında qorunub saxlanılır. Mirzə Müslüm Qüdsinin "Divan"ı[3] haqqında məlumatı Azərbaycan Respublikasının İranda keçmiş səfiri Eynulla Mədətli əldə etmişdir.[1] Mədətli bu kəşfi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar institutunu məlumatlandırmışdır. Bir müddətdən sonra şərqşünas Şəmsi Pənahlı Təbriz Milli Kitabxanasında Qüdsinin "Divanı"nı tədqiq etmişdir. Ş. Pənahlı Qüdsi İrəvaninin "Divan"ı barədə monoqrafiya yazmışdır.[4]

Qüdsinin "Divan"ında farsca, türkcəərəbcə şeirlər var. Bu əsərlər içərisində farsca yazılmış "Tousife-İrəvan" ("İrəvanın vəsfi") məsnəvisi xüsusi əhəmiyyət kəsb edir.[5] Əziz Dövlətabadi Qüdsinin "Divan"ı barədə bu sözləri yazır: "Qüdsi divanının bir nüsxəsi 2814 nömrəsi altında Hacı Məhəmməd Naxçıvaninin "Şadrəvan" kitabxanasında saxlanılır. 23 x16 ölçüdə olan divan 350 səhifədən ibarətdir və hər səhifədə 18 beyt vardır. Burada Rəsuli-Əkrəm, dövrün əmir və vəzirlərinin tərifi, tarixi hadisə və faciələrə, böyüklərin vəfatına aid madeyi-tarixlər, fars, türk, ərəbcə məsnəvilər, qəzəllər yer almışdır. Bu məsnəvidə Çuxursəd, Qırxbulaq, Xan bazarı, Dərəbağı, Xan məscidi, Göyçə yaylağı kimi İrəvan mahallarının, məhəllələrinin və tarixi yerlərinin bir çoxunun adı çəkilir.[1]"

  • Şəmsi Pənahoğlu. M. M. Qüdsi İrəvani. Tousifi-İrəvan. Tərcüməçi Ş. Əhmədov. / Səməd Sərdariniya. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Tərcüməçi İ. Quliyev. Kitab Zərdabi. Bakı.2014, s. 197–216.
  • Şəmsi Pənahoğlu. Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi. II nəşr Kitab. Zərdabi. Bakı. 2019. 57s.
  • Şəmsi Pənahoğlu. Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri. II nəşr. zərdabi. Bakı. 2019. 100 s.