Qızqala

Darı unundan bişirilən çörək adıdır. Qax şivəsində də bu mənada işlədilir. Darı unundan bişirilən çörək daddı olur. (Qax) Sintaktik üsulla yaranmış xörək adırır.
Qızartma
Qiymə
OBASTAN VİKİ
Qızqala
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin) Dağlar Qızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
Qızqala (Dağ)
Qızqala — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində dağ adı. Qarabağ sıra dağları silsiləsində zirvələrdən birinin adı (2480 m). Azərbaycanda və Ermənistanda bir neçə “Qızqala“ və “Qızqalası“ adlı qalalar vardı. XIX əsrə aid məlumatlarında Cənubi Qafqazda 6 Qızqala, 7 Qızqalası toponimi vardı. Bu qalalar keçmişdə hökmdarların və hakimlərin xarici təhlükə baş verdikdə arvad, ana, bacı və qız- gəlinlərin düşmən əlinə keçməməsi üçün sığınacaq yerləri idi. Qadınların düşmən əlinə keçməsi hökmdar üçün böyük rüsvayçılıq sayılırdı. “Qızqala“ və “Qızqalası“nın mənaca "alınmazlıq", "fəth olunmazlıq", "Bakirəlik" deməkdir. Bəzi tədqiqatçıların “Qızqalalarının“ “Avesta“ da Anahid su ilahəsinin şərəfinə tikilməsi fikri həqiqətə uyğundur. “Avesta“dakı Anahid ilahə adının (farslarda VI əsrdə Anahid Dan Ulduzu, yəni Venera idi) özü qədim türk dillərində ana (ənə) və hıt (sıt) müqəddəs (günəş işığı) sözlərindən ibarətdir. Azərbaycanda olan bütün qalalar dəniz və çay kənarlarında tikilmişdir.
Qızqala (Loru)
Qızqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 8 km cənubda, Saratovka kəndindən 1,5–2 km məsafədə yerləşir. Erməni mənbələrində Qızqala kimi qeyd edilir. Toponim ərəb dilində oğuz etnonimini əks etdirən qız (ğuz>qız), etnonimi ilə qala sözünün birləşməsindən əmələ gəlib, «oğuz qalası yanında olan kənd» mənasını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Getavan (Çayqəsəbəsi) qoyulmuşdur.
Qızqala (Qırxbulaq)
Qızılqala — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. Kənd 1728 ci ildə Əli Əbdürrəhman oğlunua məxsus olduğu yazılır. Digər adı Ampert. Yaxınlığında, Ambert dağında "Qız qala" qalasının adındandır. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir.
Qızqala (dəqiqləşdirmə)
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin) Dağlar Qızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
Böyük Qızqala (Qəzvin)
Böyük Qızqala (Qəzvin) (fars. قزقلعه بزرگ‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 77 nəfər yaşayır (36 ailə).
Qızqala mis-polimetal təzahürü
Qızqalası
Qız qalası — Bakıda yerləşən qədim memarlıq abidəsi. Qız qalası həmçinin bu mənaları ifadə edə bilər: Qız qalası (Cəbrayıl) — Cəbrayıl rayonu ərazisində yerləşən qala. Qız qalası (Gədəbəy) — Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən tarixi memarlıq abidəsi. Qız qalası (İsmayıllı) — İsmayıllı rayonunun Xanəgah kəndində yerləşən və müdafiə-gözətçilik məqsədilə tikildiyi güman edilən qülləli qala. Qız qalası (Miyanə) — Miyanədə qala Qız qalası (İstanbul) — İstanbulda, Bosfor boğazında, kiçik bir adada tikilmiş qala. Qız qalası kilsəsi — Türkiyədə, Qars ilinin Ani şəhər xarabalığında XIII əsrə aid erməni kilsəsi. Qız qalası (Ərdəmli) — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşən qala. Qız Qalası su anbarı — su-elektrik stansiyası. Qız qalası — Lerik rayonu ərazisində dağ. Qız qalası — Şamaxı rayonu ərazisində dağ.
Qızqalası, Erdemli
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Qızqalası (Biləsuvar)
Qızqalası (fars. قيزقلعه سي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 811 nəfər yaşayır (136 ailə).
Qızqalası (Ərdəmli)
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.

Digər lüğətlərdə