Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir.
Bu istehsalın təbiqi zamanı:
Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır.
Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir.
İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.