qabağında yeddi qat təzim etmək

to be doubled up / to bend double / to bend in two / to bend oneself into a triangle / to fold up like a carpenter’s rule / to stand at attention / thumbs to trouser seams / to spring to attention with hands at one’s sides гнуться (согнуться, свернуться, перегнуться) в три погибели / держать руки по швам
qabağında tir-tir əsmək
qabağındakı hərif (xam) deyil
OBASTAN VİKİ
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Qərbi Qat
Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). Qərbi Qat dağları ayrıca bir sistem deyildir.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac — Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
Yeddi gözəl
Yeddi gözəl (fars. هفت پیکر‎, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Məhsuldar qat (alt pliosen)
Şeytan göz qabağında (film, 1987)
Filmdəki hadisələr bizim günlərdə cərəyan edir. Burada Azərbaycan jurnalistlərinin cəmiyyətimizin inkişafına mane olan mənfi hallara qarşı, mənəvi təmizlik, paklıq, prinsipiallıq uğrunda mübarizəsindən danışılır. Kino əsərinin qəhrəmanı respublika qəzetinin əməkdaşı Teymurdur (Fəxrəddin Manafov). O, haqq-ədalət naminə əlində hakimiyyət olan adamlara qarşı mübarizəyə atılır. Şantaj, hədə-qorxular, açıq-açığına pul təklif olunması-bütün bu vasitələr işə salınır. Lakin namuslu jurnalisti ələ almaq mümkün olmur... 1) 1988-ci ildə Bakıda XXI Ümumittifaq kinofestivalı *Filmə I Mükafat verilmişdir. Ssenari müəllifi: Asim Cəlilov Quruluşçu rejissor: Oqtay Mirqasımov Quruluşçu operatorlar: Ələsgər Ələkbərov, Nizami Abbasov Quruluşçu rəssamlar: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Rejissor-stajçı: T. Məmmədov Rejissor: Nadir Əzməmmədov Montaj edən: Tamara Nərimanbəyova Geyim üzrə rəssam: Tatyana Əmirova Əlbəsəçi: Anna Dubova Qrim rəssamı: Berta Roqova Dekor rəssamı: Nazim Hacıyev Fotoqraf-rəssam: Fərhad Behbudov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistentləri: A. İbrahimov, E. Şərifov Operator assistentləri: Etibar Şirinov, V. Romanov Montajçı assistentləri: S. Babayeva, L. Nuriyeva İşıq texniki: Niyazi Zeynalov İşıq ustası: N. Daşdəmirov, Əbdülnəsir Kutiyev, İ. Kramarenko Məsləhətçi: K. Məmmədov (daxili işlər general-mayoru) Çalır: Rafiq Babayevin İdarəsilə İnstrumental Ansambl Trüklərin quruluşu: Nizami Musayev Kaskadyorlar: A. Andreyev, V. İvanov, Y. Şmerkoviç Redaktorlar: Ramiz Fətəliyev, Əhmədağa Qurbanov İnzibati qrup: Ş. Balakişiyev, P. Sultanov, Liliya Zöhrabova Filmin direktorları: Sahib Quluzadə, Tamara Kazaçenko, Nadir Əliyev Fəxrəddin Manafov — Teymur Larisa Xələfova — Sona Həsən Məmmədov — Sabir Rasim Balayev — Nəzərov Hamlet Xanızadə — Paşayev Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Nazimzadə Hacı İsmayılov — balıqçı Radmila Əliyeva — Leyla Nadir Əzməmmədov — "Kamaz" sürücüsü Tahir Tahirov (T. Tahirov kimi) — Sultançik Eldəniz Rəsulov — Oqtay Rəşid Mahmudzadə — Fufa Nəsir Sadıqzadə — mehmanxana müdiri Ramiz Əzizbəyli — SES direktoru Muxtar Maniyev — Rizvan Hacımurad Yegizarov — Heydərov Tofiq Mirzəyev — baş redaktor Alim Məmmədov — Cəbiyev Yasin Qarayev — birinci oğlan Fərhad Hüseynov — ikinci oğlan Gümrah Rəhimov — milis işçisi Tariyel Qasımov Təvəkkül İsmayılov — sürücü Nazir Əliyev — bazar müdiri Telman Əliyev — milis rəisi Sadıq Hüseynov — dəmiryol işçisi M. Qarayev Vidadi Həsənov — brokanyer E. Namazov Elman Şeydayev R. Qiyasov A. İbrahimov Dadaş Kazımov — aşpaz D. Monaximova Emin Mirabdullayev — Sabirin oğlu Xuraman Abbasova Nəcibə Hüseynova — Sabirin arvadı A. Qurbanəliyev Elman Qurbanov Ömür Nağıyev — brokanyer Oqtay Mirqasımov — özbək satıcı (titrlərdə yoxdur) Fikrət Məmmədov — milis işçisi (titrlərə yoxdur) Hüseyn Muradov — Teymuru güdən (titrlərdə yoxdur) Gündüz Abbasov — redaksiya işçisi (titrlərdə yoxdur) Nüsrət Kəsəmənli — redaksiyaya daxil olan (titrlərdə yoxdur) Cahangir Aslanoğlu — redaksiyaya daxil olan (titrlərdə yoxdur) Vəliəhd Vəliyev (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Sona (Larisa Xələfova) (titrlərdə yoxdur) Tələt Rəhmanov — bazar müdiri (Nazir Əliyev) (titrlərdə yoxdur) Rəfael Dadaşov — Heydərov (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Həmidə Ömərova — katibə (titrlərdə yoxdur) Həsən Əbluc — mehmanxana müdiri (Nəsir Sadıqzadə) (titrlərdə yoxdur) Mübariz Əlixanoğlu — milis işçisi (titrlərdə yoxdur) Ramiz Məlikov — sürücü (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — katibə (titrlərdə yoxdur) Pərviz Bağırov — "Kamaz" sürücüsü (Nadir Əzməmmədov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Teymuru güdən (Hüseyn Muradov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — baş redaktor (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Mixail Qorbaçov (şəkil) (titrlərdə yoxdur) Vladimir Lenin (şəkil) (titrlərdə yoxdur) Mingəçevir Şəhər Partiya Komitəsi Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.