Yunan qabaq piroqu
Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də xatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur.
1/2 stəkan zeytun yağı
1 stəkan xırda doğranmış yaşıl soğan
3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış
5 iyi yumurta
1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır)
1 stəkan un
3 çay qaşığı qabartma tozu (baking powder)
1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. *Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz)
1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən *Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər)
1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm)
zövqə görə istiot
zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika)
üzərini bəzəmək üçün qabaq dilimləri
Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın.
Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.