QABARIQ

sif.
1. Qabarmış, şişmiş, səthi hamar olmayan. Qabarıq şüşə. Qabarıq naxış.
// is. Şiş, çıxıntı, ur.
2. sif.zərf məc. Nəzərə çarpacaq halda, çox aydın.
Tehran qabarıq bir təzad içərisində öz adi həyatını yaşayırdı. M.İbrahimov.
Aləmi qatı toz dumanı bürüdü.
Qaçay, yolun sinəsindən qabarıq dalğalanan bu ağ-sarımtıl örtüyün içində itdi. İ.Məlikzadə.
Melodiya musiqi sənətinin bünövrəsi və onun ən qabarıq bir şəkildə eşidilən əsas cəhətidir. Ə.Bədəlbəyli.

Синонимы

  • QABARIQ qabarıq bax domba
  • QABARIQ şişkin — qalxıq

Антонимы

  • QABARIQ QABARIQ – YATIQ Sinəsi qabarıqdır, canlıdır biləkləri (S.Rüstəm); Onun sifəti bir qədər yatıqdır (“Jurnalist”)
QABARDİN
QABARIQLI

Значение слова в других словарях