QABARMA DELTASI

qabarmaya məruz qalan laqun sahillərdə formalaşır. Qabarma nəticəsində yaranmış axın laqun sahilə soxularaq laqunun dibini və sahillərini yuyaraq yuyulma materiallarını sakit sahilə aparır və orada çökdürüb, Q. d. əmələ gətirir. приливная дельта tidal delta
QABARMA-ÇƏKİLMƏ ZONASI
QABARMA ZONASI
OBASTAN VİKİ
Qırmızı qabarma
Qırmızı qabarma — Okeanların dərin sulu rayonlarından qidalı maddələrlə zəngin olan sular sahil boyu zonalarda səthə qalxır, burada bioloji məhsuldarlığı xeyli yüksəkdir.Lakin bəzən əlverişli yaşayış sahələrində problemlər yaranır. Qidalanma həlqəsində nizamlanan iş prosesində adətən gözlə görülməyən qırılmalar, yaşayış mühiti üçün fəlakətli nəticələr baş verir. Qırmızı yosunların sayının kəskin artması ətrafda olan bütün canlıların zəhərlənməsinə, dəniz suyunun qan rənginə boyanmasına gətirib çıxarır. Okeanologiyada belə hadisəyə xüsusi ad verilmişdir və "qırmızı qabarma " adlanır. Bu hadisənin baş verməsi aşağıdakı formada olur. Sahil zonalarında kifayət qədər qida olduğuna görə xüsusi yosun növü olan dinoflagellyatlar sürətlə çoxalmağa başlayır.Onların sayı o qədər sürətlə artır ki, qidalanma zəncirinin digər həlqələri onları yeyib qurtara bilmir. Dinoflagellyatların sayı artdıqca bir-birinə söykənərək hər biri daha çox yuxarı qalxıb günəş işığına tərəf inkişaf edir. Nəticədə sularda onların toplanması kifayət qədər yüksək olur. Bütün sahil zonalarında olan sular qırmızı və ya qəhvəyi rəng alır. Bəzən dinoflagellyatlar suya zərərli maddələr buraxır, orada balıqlar və digər heyvanların ölümünə səbəb olur.Bu isə öz növbəsində hidrogen-sulfidin H2S (xarab olmuş yumurta iyində) həddən çox artmasına gətirib çıxarır.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Amazon deltası
Amazon deltası (port. Delta do Amazonas) — Amazon çayının mənsəbində formalaşır. Amazon çayının əsas və ən gur sulu qolu olan Tokantins çayının digər çaylarla birlikdə əraziyə axması ilə meydana gəlmişdir. Hər il deltaya 6 591 km³ su və 1 mld ton çöküntü gətirilir. Para və Amapa ştatları ərazisinə daxildir. Ərazisi meşələrlə örtülüdür. Güçlü axınlar səbəbindən çay öz gətirmə suxurlarını okeana çatdıra bilmir. Bu delta estuarinin 200—350 km dərinliyinə qədər geriliyir. Burada çayın axın sürəti 25 km/s-dır. Deltanın sahəsi getdikcə artmaq əvəzinə azalır.
Dnepr deltası
Dnepr deltası - Dnepr çayının aşağı axarında, onun Qara dənizin Dnepr limanının töküldüyü hissədə formalaşır. Bu sahəsinə görə Ukraynanın Dunay deltasıdan sonra ikinci böyük deltasıdır. Dunay deltasından fərqli olaq deltası üçbucaq formaya malik deyildir. == Hidroqrafiya == Dnepr deltası Konka qolunun mənsəbindən 50 km yuxarıda yerləşir. Delta dördbucaqlı formaya malikdir. Onun eni 10-12 km, bəzi hissələrdə 17 km çatır. Cənubdan Aleşkov qumları ilə əhatələnir. Delta 350 km² əraziyə sahibdir. Bura gölllər, gölməçələr, boğazlar, adalar daxildir. Öz ölçüsünə görə Böyük Potyomkin adası fərqlənir.
Don deltası
Don deltası (antik dövrdə — Maeotis bataqlığı) — Azov dənizi sahillərində yerləşən iki deltadan biri. Delta Don çayının mənsəbində qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Rostov vilayəti ərazisində yerləşir. Don çayı deltasının sahəsi 538 km² təşkil edir. Ölçüsünə görə Kuban deltasından 12,5 % kiçik olsa da, gursululuğuna görə Kubandan 1,5—2 dəfə çoxdur. Delta Taqanroq körfəzinin şimal-şərq sərhədi ilə sərhəddir. == Xüsusiyyətləri == Hazırda Don çayının deltası 538 km² təşkil edir. Delta Rostov-na-Donu şəhərindən aşağı ərazidə yerləşir. Don çayı deltada çoxlu qollara ayrılır: Kalança çayı, Köhnə Don, Böyük Kuterma, Perevoloka, Mokraya Kalanka və s. Üztəlik buradan Azov magistral kanalı keçir.
Dunay deltası
Dunay Deltası — Avropanın Volqa deltasından sonra ikinci böyük deltasıdır. Deltanın sahəsi 4152 km² təşkil edir. Deltanın 3446 km² (83,0 %) Rumıniyada, yerdə qalan hissəsi (17,0 %) isə Ukrayna ərazisində yerləşir. İl ərazində deltanın sahəsi böyüyür. Belə ki, çay vastəsi ilə gətirilən lil deltanı dənizə il ərzində doğru 40 metr irəliləyir. Vaxtı ilə Qara dənizə yaxın olan yaşayış məntəqələri ilbəil sahildən uzaqlaşır. Buna misal olaraq Vilkovo şəhərini göstərmək olar. 1746-cı ildə sahil xəttinə malik olan şəhər 2005-ci ilə artıq dənizdən 6 km aralıda qərarlaşır. Daim deltanın dəyişməsi əvvəllər Rumıniya ilə SSRİ sonradan isə Ukrayna arasında ərazi mübahisələrinə səbəb olur. == Tarixi == Yeni dövrdə delta strateji əməhiyyətə malik olması qonşu dövlətlərin ona ərazi iddiası etməsinə səbəb olmuşdur.
Hind deltası
Hind deltası (sindhi سنڌو ٽِڪور) — dünyanın ən iri çay deltalarından biri. Deltanın ümumi sahəsi 41,440 km² ərazini əhatə edir. Təqribi olaraq Ərəbistan dənizi daxilinə 130 km məsafədə uzanır. Bir çox deltalardan fərqli olaraq delta gildən təşkil olunmuşdur. Ərazisi güçlü şəkildə bataqlıqlaşmışdır. İl ərzində deltaya 250 – 500 mm arası yağıntı düşür. Pakistanın böyüklüyünə görə altıncı şəhəri olan Heydərabad burada yerləşir. Şəhər Hind çayının mənsəbindən 130 km şimalda qərarlaşır. Delta Ərəbistan dənizinin şimal-şərq sahilərində yerləşir. Delta vacid su quşlarının miqrasiya regionudur.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kür deltası
Kür deltası — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.
Mekonq deltası
Mekonq deltası — region Vyetnamın cənub-qərbində yerləşir. Bu hissədə Mekonq çayı çoxlu qollara bölünür və delta əmələ gətirir. Delta Vyetnamın cənub-qərb ərazisinin böyük hissəsini əhatə editr. Onun sahəsi 39 000 km²-dir. Deltada torpaq sahəsi yağışlar mövsümündən asılı olaraq dəyişir. XXI əsrdə delta «biloji xəzinə» kimi tanınır. Burada gölgədə indiyənə kimi araşdırılmamış 10 000 növ müəyyən edilmişdir. O cümlədən Laod dağ sıçovulu bu qəbildəndir. == Coğrafiya == Sərhədləri: şərq — Xoşimin, qərb — Mitxo, şimal — Tyaudok—Xaten. Deltaya həm də Fukuok adası daxildir.
Missisipi deltası
Missisipi deltası — dünyanın ən iri deltalarasından biri. Sahəsi 28.600 km² təşkil edir. Delta beş qoldan ibarət çay şəbəkəsi axır. Hər il Missisipi Meksika körfəzinə 1–1,5 milyon ton çöküntü materialları gətirir. Mineralla zəngin olan çay suyu duzlu okean suyunda zəngin yosun və planktonların olmasına səbəb olmuşdur. Balıq ovunun inkişafı üçün geniş imkanlara sahibdir. İl ərzində deltadan 1 milyona tona yaxın balıq ovlanılır. Delta ərazisində kənd təssərüfatının əkinçilik qolu olduqca yaxşı inkişaf etmişdir. Burada çəltik, pambıq, şəkər qamışı və soya əkilir.
Neman deltası
Neman deltası (lit. Nemuno delta) — Neman çayının Baltik dənizinə töküldüyü yerdə formalaşdırdığı relyef forması. Delta bir neçə çay qolları və kanallardan ibarətdir. Neman deltasında polderlər və su-bataqlıq ərazilər üstünlük təşkil edir. Bu regionun zəngin təbiəti ərazidə ekoturizmin inkişafına böyük təkan verir. Neman deltasında əsas ayrılan qol Atmata çayıdır. Digərləri daha balacadır: Pakalne, Upayte, Skirvite, Varusne və s. Deltanın ortasında Litvanın ən böyük adası — Rusne yerləşir. Adada deltanın ən böyük yaşayış məntəqəsi Rusne var. Məntəqənin əhalisi 1630 nəfərdir.
Neva deltası
Neva deltası — Neva çayının mənsəbində yerləşə delta. Sankt-Peterburq şəhərinin tarixi hissəsi burada yerləşir. Artıq XX əsrin əvvəllərinə kimi bütünlüklə inşa edilən bölgədir. == Tarixi == Deltada şəhər salınmasına qədər ərazi bütünlüklə qollarla parçalanmış, bataqlıqlaşmış ərazidən ibərət idi. Deltada bir çox xalqlar məskun olmuşdur. Burada finlərə məxsus Kalininka kəndi vardı. Ətrafında isə Avtovo (fin), Niençans (isveç) kəndləri mövcud idi. Burada şəhərin inşa edilməsinə 1703-cü ildə başlanılmışdır. Bir çox adalar bu zaman adlandırılır və bütünlüklə tikinti ərazisinə çevrilir. İri adalarda əsasən saraylar inşa edilirdi (Dovşan, Yeni Hollandiya).
Niger deltası
Niger deltası — Nigerin cənubunda Niger çayının əmələ gətirdiyi delta. Ölkənin sıx məskunlaşılmış regionlarından biridir. Niger hökumətinin məlumatına görə vilayət 70, 000 km² ərazini əhatə edir. Region ölkənin 7,5 % ərazisini əhatə edir. Əvvəllər vilayətin ərazisinə 3 ştat daxil idi: Delta, Bayels və Riverz. Ancaq 2000-ci ildə Olusequn Obasanconun hakimiyyəti dönəmində Niger deltasına 6 ştat daxil edilir: Abia, Edo, İmo, Kross River, Akba İbon və Ondo. Delta ərazisində ümumilikdə 31 mln insan yaşayır. Bu əhali 40 etnik qrupda birləşir. Etnik baxımından İco və İqbo xalqları üstünlük təşkil edir. == Neft sənayesi == İl ərzində deltadan 3 mln barel neft hasil edilir.
Nil deltası
Nil delası — Dünyanın ən böyük deltalarından biri olaraq, Aralıq dənizi sahili boyunca 240 km məsafədə uzanır. Delta qərbdə İsgəndəriyyədən başlayaraq şərqdə Port-Səidə qədər uzanır. Delta əvvəllər mövcud olmuş buxtanın yerində əmələ gəlmişdir. Nil deltasının sahəsi 24 min km²-dir. Qahirədən bir qədər aralıda, çayın mənsəbindən 160 km cənubda Nil qollara ayrılır. Nilin mənsəbini yunanlar "Delta" adlandırmışlar. Onlar deltanı "Δ" hərfinə bənzətmişlər. Bundan sonra dünyada olan bütün bu növ çay mənsəbləri delta adlandırılır. Misirin 80 milyonluq əhalisinin yarıya qədəri Nil deltasında cəmləşmişdir. Deltada yerləşən iri şəhərləri çıxmaq şərti ilə hər km² 1000 nəfər düşür.
Okavanqo deltası
Okavanqo deltası — Botsvanada, Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, planetin ən böyük daxili çay deltası. Delta bataqlaşmışdır və dayazdır. Deltaya çatan bütün su sonda buxarlanırvə heç bir dənizə və ya okeana axmır. Hər il təxminən 11 km3 (2.6 kub mi) su 6,000–15,000 km2 (2,300–5,800 kv. mil) sahəyə yayılır. Suyun çoxu cənuba doğru dağılır və Nqami gölünü qidalandırır. Okavanqo deltasının bataqlıqları əsasən Holosen dövründə qurumuş böyük çay sistemi olan qədim Makqadikqadi gölünün qalıqlarıdır. Delta, Tanzaniyanın Aruşa şəhərində 11 Fevral 2013 tarixində rəsmi olaraq elan edilən Afrikanın Yeddi Təbii Möcüzəsindən biri olaraq adlandırılmışdır. 22 iyun 2014-cü ildə Okavanqo deltası rəsmi olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış 1000-ci yer oldu. == Vəhşi həyat == === Fauna === Okavanqo deltası, indi populyar bir turistik məkan olan vəhşi təbiət üçün daimi və mövsümi bir evdir.
Qanq deltası
Qanq deltası — dünyanın ən böyük deltasıdır. Delta tarixi Belqaliya vilayəti ərazisində yerləşir. 240 çayın birləşməsindən meydana gəlmişdir. Əsasən Qanq və Brahmaputra çaylarının təsiri ilə formalaşır. Qanq deltası üçbucaq formaya malikdir. Sahəsi 105 640 km² təşkil edir, bu isə Missisipi deltasından iki dəfə böyükdür. Deltaya istiqamətlənən çaylar Hindistan, Butan, Nepal, Çin və Banqladeş ərazilərindən başlanğıcını götürür. Delta iki hissəyə bölünür: Qərbi (az aktiv) və Şərqi (çox aktiv). Qanq deltası labirintlər, bataqlıqlar, adalardan ibarətdir. Burada dünyanın ən böyük manqrov meşələri yerləşir.
Qızılirmaq deltası
Qızılirmak deltası — kifayət qədər geniş ərazini əhatə edən və bataqlıqlaşmış ərazi. Türkiyənin Qaradəniz bölgəsində Qızılirmaq çayının məsəbində yerləşir. Ramsar konvensiyasına və ya su-bataqlıq sahələri üzrə konvensiyaya görə Qızılırmak deltası su quşları ilə zənginliyi səbəbindən beynəlxalq əhəmiyyətə malikdir Deltanın düzənlik sahələri kənd təsərrüfatına gəlb edilmişdir. Delta bitki və quşlar aləminin rəngarəngliyi baxımından böyük əhəmiyyət daşıyır Delta qorunan bölgə elan edilmişdir. Deltanın sahəsi 56000 hektardır. Lil və qumla əhatələnmiş göllər vardır. Bunlara misal kimi Bafra, Balık və Gellari göstərmək olar. Bataqlaşmış sahələr dənizdən qum dyunləri ilə ayrılır. Qum dyunları bəzən 7-8 metrə çatır. == Biologiya == Deltanın təbii şəraiti dənizə yaxınlığı, meşələr, bataqlıqlar, dyunlar, qamışlıq, çay qolları və göllərlə səciyəvidir.
Samur deltası
Samur deltası — Azərbaycan və Rusiya sərhəddində yerləşən delta. Delta Samurçayın məsəbində formalaşmışdır. Delta unikal fiziki-coğrafi rayonu əmələ gətirir. Xəzər dənizinin sahil boyun ərazidə subtropik meşə əmələ gəlmişdir. Samur deltasının böyük hissəsi Rusiya Federasiyası, az bir qismi Azərbaycan ərazisində yerləşir. Xəzər sahili boyunca qumlu çimərliklər vardır. Deltanın sahəsi 800 km² təşkil edir ki, onunda 230 km² ərazisi dövlət tərəfindən qorunan ərazidir. 1935-ci ildən Gülgəriçayın mənsəbidə deltaya daxil olmuşdur. Samurçayın əmələ gətirdiyi delta daxili az qollu dimdikvari deltadır. == Hidroqrafiya == Deltada Samurçayı iki qola ayrılır: Böyük Samur (uzunluğu 9,3 km) və Kiçik Samur (uzunluğu 11,5 km).
Selenqa deltası
Selenqa deltası — Selenqa çayının Baykal gölünə tökülən hissəsində düzən bataqlıqlaşmış ərazidə yerləşir. İnzibati baxımından Rusiyanın Buryatiya Respublikası ərazisinə daxildir. Bu delta dünyada ən böyük şirinsulu höhzəyə açılan delta olmaqla yanaşı həm də ən böyük daxili deltadır. Qəliz hidrocoğrafi şəkilə malik olan deltanın formalaşmasında erozion-akumlyativ, abrazion-akumlyativ və seysmik-tektonik faktorlar nühüm rol oynayır. Selenqa deltası su quşlarının qidalanması və çoxalması baxımından mühüm rol oynayır. Həmçinin bölgə Rusiya Elmlər Akademiyasının quşları öyrənən əsas bölgələrdən biridir. Yaz ayları ərazidə yaranan toroslar səbəbindən çayın orta axarlarını daşqın basır. == Coğrafiya == Selenqa deltası Ust-Selenqa düzənliyi Baykal rift zonasını əhatə edir. Deltanın kənarlarında Proval və Sor-Çerkalovo körfəzləri yerləşir. Bu dünyada bütünlüklə şirinsu ilə əhatələnən ən böyük deltadır.
Terek deltası
Terek deltası 4 000 — 6 000 km² ərazini əhatə edən massivdən ibarətdir (bu isə Kuban deltası ilə eyni sahədir). Bu sahənin 500 km² irriqasiya bölgəsidir. Böyük əhəmiyyətə malikdir. Delta Karqalin stanisasından başlayır. Deltada kəskin eniş 56 metrdir. Bölgənin böyük hissəsini göllər, tuqay meşələri və şoranlıqlar təşkil edir. == Deltanın hidroqrafiyası == Terek deltasında yüksək inkişaf dinamizmi müşahidə edilir. Orta Asiya çaylarına xas xüsusiyyətlərindən dağlardan aşağı axarlara doğru çoxlu lil gətirir. Çayın gətirdiyi lil sayəsində Xəzər dənizi sahillərində geniş bir ərazini əhatə etməsinə baxmayaraq hazırda qapalı hövzəyə çevrilmək üzrədir. Deltada mövcud olan qollar: Prorva, Orta, Talovka və Yeni Terek.
Volqa deltası
Volqa deltası — Avropanın ən böyük çay deltası, dünyada isə 8-ci yeri tutur. Delta mənsəbdə Volqa çayının ən böyük qolu olan Buzan çayından başlayır. Deltada Volqanın 500 irili-xırdalı qolu vardır. Əsas qolları — Buzan, Bəxdəmir, Kazımyak, Köhnə Volqa, Bolda, Axtuba, Kiqaç (Axtuba və Baxdəmir gəmişilik üçün yararlıdır. Xəzər dənizinin səviyyəsinin 130 il ərzində azalması səbəbindən deltanın sahəsi 9 dəfə artmışdır. Delta unikal flora və faunaya mənsubdur. Bu səbəbdən 1919-cu ildə burada Həştərxan qoruğu yaradılmışdır (Hətta ümumdünya irsi siyahısına daxildir). == Volqa deltanında əsas qollar == Deltada qolların sayı relyefdən və axından asılı olaraq dəyişir. Qollar əsasən yuxarı və aşağı hissələrdə üstünlük təşkil edir. Kiçik qollar əsasən deltanın dəniz sahillərinə yaxın hissədə çoxalır.
Yanszı deltası
Yanszı deltası (çin. 長江三角洲) — Çinin şərqində, Cənubi Çin dənizi sahillərində, Yanszı çayının əmələ gətirdiyi delta. Deltaya Yansızı çayı il ərzində milyon tonlarla suxur gətirir. Region ərazisi üçbucağı xatırladır. Şanxay, Szyansu vilayətinin cənubu, Sjeszyan vilayətinin isə şimal hissəsini əhatə edir. Regionda U dialekti layılmışdır. Hazırda Yanszı deltası regionu Çinin iqtisadi baxımdan ən inkişaf etmiş regionudur. Burada ÜDM 21 % cəmləşmişdir. Regionda inşa edilən tikililər sayəsinı 99 600 km² ərazisi olan şəhər aqlomerasiyası meydana gəlmişdir. Yanszı deltası regionunda ümumilikdə 80 liliyon insan yaşayır.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.