QANTARĞA

Qaytarmaq feili ilə bağlıdır. “Atı istiqamətləndirmək, lazım gəldikdə dayandırmaq vasitəsi”dir. Qantarğa kəm (atın ağzına vurulur), yüyən (minicinin tutduğu qayış hissəsi) kəlləlik (başa keçirilən hissə) və s-dən ibarət olur. Türkmən dilində qantarmaq feili var, qantarğanı yəhərin qaşına ilişdirməyə deyirlər. De­məli, sözün kökü feillə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QANSIZ
QANTƏPƏR

Digər lüğətlərdə