Qaqauzca
Qaqauz dili — qaqauzların danışdığı dil. Oğuz dil qrupuna daxildir. Moldovada 140 000, Balkan yarımadasında 100 000, Ukraynada 32 000, Bolqarıstanda 10 000 nəfər bu dildə danışır.
Moldovanın Çadır-Lunq, Vulkaneşt, Komrat, Ukraynanın İzmail vilayətində və qismən Qazaxıstan və Özbəkistanda yayılmışdır. Moldova və Bessarabiya ərazisində əsasən iki dialekti vardır: çadırlunq-komrat (mərkəzi) və vulkaneşt (cənub). 1956-cı ildə kiril qrafikası əsasında əlifbası tərtib olunmuşdur.