Qamış. (“Koroğlu” dastanının lüğəti)
Mənim atım atım-atım atılar,
Qulaqları qarğı kimi çatılar,
Ucuzluqda min tümənə satılar,
Alma gözlüm, qız birçəkli Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”)
*
Məni görüb atım-atım atılı,
Qarğı qulaq bir-birinə çatılı,
Ucuzluqda min tümənə satılı,
Bahalıqda yox qiymətin Qırat, gəl!
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Əsəd”)