QATIRQUYRUĞU

I
сущ. бот. хвощ (многолетнее споровое травянистое растение). Göl qatırquyruğu болотный хвощ, meşə qatırquyruğu лесной хвощ, tarla qatırquyruğu полевой хвощ
II
прил. хвощовый. Qatırquyruğu kolluğu хвощовые заросли
QATIRXANA
QATIRQUYRUĞUKİMİLƏR
OBASTAN VİKİ
Qatırquyruğu
Qatırquyruğu (lat. Equisetum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinə aid bitki cinsi. Bu cins 100 milyon il əvvəl Paleozoy erası meşələrində geniş yayılmışkən, bu gün aid olduğu Equisetidae yarımsinfinin yeganə həyatda qalan üzvüdür. Sözügedən erada, qatırquyruğuna yaxın bəzi bitkilərin 30 metr hündürlüyə çata bildiyi təxmin olunur. Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər - Eguisetaceae) və bir cins (qatırquyruğu - Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ tarla qatırquyruğu (Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E. xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E. martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E. gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır.
Bataqlıq qatırquyruğu
Bataqlıq qatırquyruğu (lat. Equisetum palustre) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.
Budaqlı qatırquyruğu
Budaqlı qatırquyruğu (lat. Equisetum ramosissimum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Equisetum elongatum var. ramosissimum (Desf.) Milde Hippochaete ramosissima (Desf.) Milde ex Bruhin Presla ramosissima (Desf.) Dulac == Yarımnövləri == Equisetum ramosissimum var. huegelii (Milde ) Christenh. & Husby Equisetum ramosissimum var.
Qatırquyruğu (sinif)
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi. Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Qatırquyruğu (sıra)
Qatırquyruğu (lat. Equisetales) — qatırquyruğukimilər şöbəsinin qatırquyruğu sinfinə aid bitki sırası.
Qatırquyruğu acılıq
Qışlayan qatırquyruğu
Qışlayan qatırquyruğu (lat. Equisetum hyemale) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan. Sporların yetişmə dövrü iyun-avqust aylarıdır.
Tarla qatırquyruğu
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Çöl qatırquyruğu
Qatırquyruğukimilər
Qatırquyruğu (lat. Equisetaceae) — qatırquyruğu sinfinin qatırquyruğu sırasına aid bitki fəsiləsi. Müasir qatırquyruğukimilər üçün özünəməxsus yarpaqlar xarakterikdir. Onların yarpaq ayaları reduksiyaya uğrayıb tünd yaşıl və ya rəngsiz dişciklər və ya qın formasına çevrilib. Qın gövdəni sıx əhatə edir və aşağı meristem toxumaların müdafiəsini təmin edir. Müasir qatırquruğukimlərdə sporongioforlar (sporongi daşıyan orqanlar) qalxanabənzər formadadırlar. Lakin məhv olmuş qədim buğumlarda bunlar yarpaqşəkilli formadan başqa bütün müxtəlif formalarda olmuşlar. Buğumluların əksəriyyəti bərabərsporludur. Lakin az sayda məhv olmuş növlər müxtəlifsporlu olmuşdur.
Qatırquyruğuyabənzər acılıqotu
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. Azərbaycanın nadir btkilərindəndir. LC. Quru daşlı-qayalı yerlərdə rast gəlinir. Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.

Digər lüğətlərdə