QAYSAQ

1. Sözün kökü qay (“bərk təbəqə”) hissəsidir, qaysa “bərkiməyə meyilli ol­maq”dır. Qaysaq “bərkimiş” deməkdir.

2. Dilimizdə qa sözü olub və “qabıq” mə­nasında işlədilib. Zənn edirik ki, qaysaq sözünün kökü həmin qa (qay) kəl­mə­sidir. Qaysaq “qabıq bağlamağa başlamaq”, “meyil etməkdir” (-sa şəkilçisi bunu sübut edir: susamaq –“su istəmək”, qaysaq –“qabıq bağlamağa meyil etmək” deməkdir). Bəzən qaysaq yerinə, qasnaq da işlədilir, bunun heç bir mənası yoxdur, yalnız təhriflə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QAYRAMAQ
QAYSAVA

Digər lüğətlərdə