QAZOMETR

сущ. газометр (лабораторный прибор для собирания, хранения и т.д. газов)
QAZOLİN
QAZOMETRİK
OBASTAN VİKİ
Qazometr
Qazqolderlər və ya Qazometrlər — hava qazı, təbii qaz, mayeləşdirilmiş qaz və bioqaz kimi yanan qazları atmosfer təzyiqində və ətraf mühitin temperaturunda saxlamaq üçün istifadə edilən tikililərdirlər. XIX əsrdə dünyanın bir çox yerlərində kömür qazı ilə işıqlandırma və isitmə xidmətlərini təmin etmək üçün qazometrlər tikilmişdir. Qazometrlərə yerüstü qaz konteynerləri, yeraltı saxlama çənləri və yeraltı mağaralar daxildir. Onlar ümumiyyətlə poladdan tikilmiş, ətraf mühitə vizual təsir göstərən böyük həcmli tikililərdirlər. Çox istifadə olunanların həcmi ümumiyyətlə bir neçə kubmetrdən başlayır və 350.000 kubmetrə qədər çatır. Böyük qazometrlər diametri təxminən 60 metr və həcmi 50.000 km³-ə qədər olan tikililərdirlər. İlk dəfə müasir kimyanın banisi Antuan Lavuazye 1789-cu ildə öz təcrübələrində qazı saxlamaq və qaz axını təmin etmək üçün qazometr adlı qab hazırlamışdır. Lavuazye qazometri kimi tanınan ilk istehsal qurğusunda saxlama sistemi yox idi. Qaz işıqlandırmasının ixtiraçısı Şotland mühəndisi Uilyam Merdok bu sistemi işləyib hazırlayıb. 1798-ci ildə ilk qazometr Birmingemdəki Soho fabrikinin kiçik qaz zavodunda quraşdırılmışdır.
Vyana qazometri
Vyana qazometrləri — 1896-cı ildə Vyananın Simmering rayonunda tikilmiş qazometr binalarıdır. Dörd oxşar strukturdan ibarət olan Vyana qazometrləri ölçülərinə və uzaqdan görünməsinə görə Simmerlinqin simvoludurlar. 1970-1978-ci illərdə Vyana qaz ehtiyacını təbii qazdan qarşılamağa başlayanda tərk edilmiş qazometrlər, 1999-cu ildən 2001-ci ilə qədər davam edən kompleks tikinti layihəsi ilə əyləncə mərkəzi, yaşayış kompleksi, tələbə yataqxanası və təşkilat-tərtib salonuna çevrilmişdir. Yenidən qurulma ilə Vyana qazometrləri dünyanın hər yerindən turistlərin və memarlıq mütəxəssislərinin ziyarət etdiyi bir turistik məkana çevrilmişdir. Klassik dizaynı ilə qazometrlər tarixi abidə kimi mühafizə olunurlar. Bu, hər birinin həcmi 90.000 m³ olan, xarici fasadı kərpiclə örtülmüş olan 4 silindr teleskop formasında qaz çənidir. Qazometrin hündürlüyü yol səviyyəsindən ən son nöqtəsinə qədər 70 metr, diametri isə təxminən 60 metrdir. Onların fasadları qırmızı kirəmitlərlə örtülmüşdür. 1984-cü ildə qaz anbarı funksiyasını itirdikdən sonra, binalar 1995-ci ilə qədər şəhərin mərkəzində fəaliyyətsiz qalmışdırlar. Konstruktorların qazometrlərin transformasiyası üçün təqdim etdiyi layihələr arasından seçilənlər 1999-2001-ci illər arasında həyata keçirilmişdir.

Digər lüğətlərdə