Vyana qazometri
Vyana qazometrləri — 1896-cı ildə Vyananın Simmering rayonunda tikilmiş qazometr binalarıdır.
Dörd oxşar strukturdan ibarət olan Vyana qazometrləri ölçülərinə və uzaqdan görünməsinə görə Simmerlinqin simvoludurlar. 1970-1978-ci illərdə Vyana qaz ehtiyacını təbii qazdan qarşılamağa başlayanda tərk edilmiş qazometrlər, 1999-cu ildən 2001-ci ilə qədər davam edən kompleks tikinti layihəsi ilə əyləncə mərkəzi, yaşayış kompleksi, tələbə yataqxanası və təşkilat-tərtib salonuna çevrilmişdir. Yenidən qurulma ilə Vyana qazometrləri dünyanın hər yerindən turistlərin və memarlıq mütəxəssislərinin ziyarət etdiyi bir turistik məkana çevrilmişdir. Klassik dizaynı ilə qazometrlər tarixi abidə kimi mühafizə olunurlar.
Bu, hər birinin həcmi 90.000 m³ olan, xarici fasadı kərpiclə örtülmüş olan 4 silindr teleskop formasında qaz çənidir. Qazometrin hündürlüyü yol səviyyəsindən ən son nöqtəsinə qədər 70 metr, diametri isə təxminən 60 metrdir. Onların fasadları qırmızı kirəmitlərlə örtülmüşdür.
1984-cü ildə qaz anbarı funksiyasını itirdikdən sonra, binalar 1995-ci ilə qədər şəhərin mərkəzində fəaliyyətsiz qalmışdırlar. Konstruktorların qazometrlərin transformasiyası üçün təqdim etdiyi layihələr arasından seçilənlər 1999-2001-ci illər arasında həyata keçirilmişdir.