QAÇAQLIQ
QAÇAN
OBASTAN VİKİ
İnsan qaçaqmalçılığı
İnsan qaçaqmalçılığı və ya immiqrant qaçaqmalçılığı (qanunsuz köç kimi də tanınır) — Amerika Birləşmiş Ştatlarının mövcud qanunlarına əsasən, “bir və ya bir qrup şəxsin bir və ya bir neçə ölkənin qanunlarını pozaraq, beynəlxalq sərhədlərdən gizli bir şəkildə keçməklə və ya saxta sənədlərdən istifadə etməklə, yaxud aldatma yolu ilə qeyri-qanuni formada ölkəyə daxil olması və ya bu işə şəraitin yaradılması, nəqliyyatla təmin etmə və s. hallarda baş verən cinayətdir. İnsan qaçaqmalçılığı termini yerinə həm Türkiyə Respublikası qanunlarında, həm də Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına (qısaca: UNTOC) əlavə olaraq hazırlanmış Dəniz, Hava və Quru Yolu ilə Miqrantların Qaçaqmalçılığına Qarşı Protokolda müntəzəm olaraq immiqrant qaçaqmalçılığı terminindən istifadə olunur. 2000-ci illərin əvvəllərindən etibarən insan qaçaqmalçılığı daha da artmış və bu gün artıq qeyri-qanuni miqrasiya dünyanın bütün ölkələrində özünə mühüm yer tutmuşdur. İnsan qaçaqmalçıları özlərinin qaçaqmalçılıq cinayətlərini qaçacaq şəxsin və ya şəxslərin razılığı ilə həyata keçirirlər. Qaçaq olmaq istəyən şəxslər üçün ən çox yayılmış səbəblərin arasında məşğulluq, yeni iqtisadi imkanlar, şəxsi/ailə vəziyyətinin yaxşılaşdırılması, həmçinin təqiblərdən və ya münaqişə vəziyyətlərindən qaçmaq kimi səbəblər daxildir. 2011-ci ildə başlamış Suriya vətəndaş müharibəsindən sonra öz ölkəsindən köçmək istəyən Suriya əhalisinin kütləvi hərəkəti nəticəsində bu coğrafiyada insan alverçilərinin sayında əhəmiyyətli artım müşahidə olunmuşdur. Aralıq dənizi və Egey dənizi sahillərində miqrant qaçaqmalçılığına görə çox sayda ölümlə nəticələnən hadisələr baş vermişdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının vermiş olduğu məlumatlara əsasən, 2015-ci ildə Aralıq dənizindən dəniz yolu ilə Avropaya təxminən bir milyon qaçqın gəlmiş və onlardan 2900-ə yaxınının öldüyü və ya itkin düşdüyü müəyyən edilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) “İtkin düşən miqrantlar layihəsi”nə əsasən, 2015-ci ildə miqrasiya zamanı 3800-dən çox ölüm hadisəsi qeydə alınmışdır.

Digər lüğətlərdə