Neft qiymətləri
Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi.
Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur.
Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir.
Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir.
XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi .
1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.