Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır.
Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış.
mal əti - 500 qram
iri çiy krevetkalar - 7-8 ədəd
qurudulmuş "şiitake" göbələkləri - 10 ədəd
balaca kələm - 1 ədəd
toyuq bulyonu - 150-200 ml
göy soğan - 3-4 ədəd
zəncəfil kökü - 3 sm
şəkər tozu -1 xörək qaşığı
ağ şərab - 1 xörək qaşığı
küncüt yağı - 2 çay qaşığı
nişasta
duz
istiot
Şiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın.
Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin.
Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.