Qozağacı
Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir.
== Toponimikası ==
Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir.
== Coğrafiyası və iqlimi ==
Kənd dağətəyi düzənlikdə yerləşir.
== Əhalisi ==
Əhalisinin sayı 400 nəfərdir.
== Təhsil ==
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.