Qreypfrut
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır.
== Botaniki təsviri ==
Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir.
Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir.
== Ekologiyası ==
Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.