Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kursant
Hərbi Akademiya və Hərbi Liseylərdə təhsil alan Tələbələrə Kursant deyilir.
Varrant
Səhm üçün varrant (və ya sadəcə varrant) – firmanın öz səhmləri üçün yazdığı call-opsiondur. Adətən, varrantlar tipik call-opsionlara nisbətən daha uzun müddətə (məsələn, 5 il və daha çox) emitasiya olunur. Eləcə də müddətsiz varrantlar da buraxılır. Varrantlar adətən, Amerika opsionları kimi müddəti bitmədən də icra oluna bilərlər, lakin onların bəziləri üzrə mümkün ödəmə anınadək müəyyən ilkin müddət keçməlidir. == Varrantın icra qiyməti == Varrantın icra qiyməti fiksə oluna və ya varrantın müddəti dövründə artma istiqamətində dəyişə bilər. Varrantın buraxılma anında icra qiyməti adətən, baza aktivinin bazar qiymətindən daha yüksək təyin olunur. Buraxılma anında bir varrant adətən, sahibinə bir səhmi müvafiq icra qiymətinə almaq hüququ verir. Varrantların əksəriyyəti səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunurlar, yəni səhmlər bölündükdə və ya dividendlər səhmlərlə ödənildikdə varrant sərmayəçiyə dəyişmiş icra qiymətinə bir səhmdən daha az və ya çox səhm almaq hüququ verir. == Varrantın və call-opsionun müqayisəsi == Varrantın call-opsiondan fərqləndirici cəhəti – varrantların məhdud miqdarda olmasıdır. Həmişə məhdud sayda varrant buraxılır və onların sayı varrantlar icra olunduqca azalır.
Bulbophyllum curranii
Bulbophyllum curranii (lat. Bulbophyllum curranii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Paullinia cuarana
Quarana (port. guaraná, lat. Paullinia cupana) — paulliniya cinsinə aid bitki növü.
Andrey Urqant
Andrey Urqant (rus. Андрей Ургант; 28 noyabr 1956, Leninqrad) — sovet və rus aktyoru, teleaparıcı, şoumen. == Həyatı == Andrey Urqant 1956-cı ildə aktyorlar Lev Milinder və Nina Urqantın ailəsində anadan olub. Teleaparıcı və aktyor İvan Urqantın atasıdır. Aktyor haqqında "Moskovskiy komsomoleç" qəzetində yazılan məqalədə Urqant soyadının eston mənşəli olduğu bildirilir, eyni məlumatı "Arqumentı i faktı" qəzeti də dərc edib.1977-ci ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.1977-1979-cu illərdə V.F. Komissarjevski adına Sankt-Peterburq Akademik Teatrında işləyib. 1979-1981-ci illərdə orduda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Lenin komsomolu adına Leninqrad teatrına qəbul olunur və burada yeddi il işləyir.Andrey Urqant 1982-ci ildən filmlərdə çəkilir. Aktyorun kinoda ilk əhəmiyyətli rolu, rejissor Yuriy Maminin 1993-cü ildə çəkdiyi iki seriyalı "Parisə pəncərə" (Rusiya-Fransa, 1993) filmində olmuşdur. Film keçmiş SSRİ ərazisində və ABŞ-da nümayiş etdirilmiş və yetərincə uğur qazanmışdır. Urqant uzun müddət Sankt-Peterburq televiziyasında çalışıb.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Bruklin Netsdə forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
İvan Urqant
İvan Andreyeviç Urqant (rus. Иван Андреевич Ургант; d. 16 aprel 1978, Leninqrad, Rusiya SFSR, SSRİ) — Rusiya aktyoru, şoumeni, teleradio aparıcısı, müğənnisi, musiqiçisi və prodüseri. Hazırda "Pervıy Kanal"da yayımlanan "Axşam Urqantı" və "Smak" verilişlərinin aparıcısı, "Projektorperishilton" verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib. Dəfələrlə "TEFİ" mükafatının laureatı olub. 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib. Onun filmoqrafiyasında — "Yolkalar" və "Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 25-dən çox film var.
Durrat əl Bəhreyn
Durrat əl Bəhreyn (ərəb. درة البحرينج‎ — «Bəhreyn mirvarisi») — Hind okeanına aid Fars körfəzində yerləşən süni olaraq hazırlanmış arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxildir. Ölkənin Northern City və Diyar əl Muharrak arxipelaqlarından sonra ən böyük üçüncü süni arxipelaqıdır. Adalar paytaxt Manamadan 40.5 km cənubda yerləşir == Coğrafiya və təsvir == Durrat əl Bəhreyn ölkənin cənub-şərqində yerləşir. «Böyük torpağa» iki avtomonil körpüsü vastəsi ilə birləşir. Körpülər bir dairə xətti ilə keçir. Bütün adalar və onların ətraf akvatoriyaları bir ellips formasınma malikdir. Uzunluqları 4,5 və 3,5 km-dir. Adaların ümumi sahəsi 5 km² yaxındır.
Şagird və kursant taboru
Şagird və kursant taboru - Silahlı qüvvələrin tabeçiliyində olan,zabit,gizir,müddətdən artıq və ya müddətli hərbi qulluqçuların təhsil aldığı məktəblərdir.Digər orqanların (DİN,DQ,DTX,MN,FHN vəs.) akademiyalarının şəxsi heyyətidə kursant,şagird və ya müdavim adlandırılırlar.
De minimis non curat lex
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. == Nümunə == Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Cürcan
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Cübran Xəlil Cübran
Cübran Xəlil Cübran (ərəb. جبران خليل جبران‎ Jubrān Khalīl Jubrān; ing. Kahlil Gibran; 6 yanvar 1883[…], Bişari[d], Osmanlı imperiyası – 10 aprel 1931[…], Nyu-York, ABŞ) — Livan yazıçısı. Cübran Xəlil Cübran "Qələmlər cəmiyyətinin" yaradıcısı və sədri, Amerikada yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuşdur. == Həyatı == Onun şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmır. Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Cübran Xəlil Cübran haqqında ən dolğun məlumatı onun yaxın dostu və silahdaşı, "Qələmlər cəmiyyətinin" məsləhətçisi Mixail Nüeymənin "Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu" (Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti) kitabından alırıq. 1934-cü ildə nəşr olunmuş bu əsəri sovet şərqşünası Kraçkovski yeni ərəb ədəbiyyatı tarixinin,ümumiyyətlə, ərəb ədəbiyyatının böyük hadisəsi adlandırmışdır. Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər onların arasında səmimi bir münasibət olmuş, qürbət həyatı bu iki yazıçını yaxınlaşdırmışdır. Məhz bu yaxınlıq, Cübranın həyatının incəliklərinə bələd olma Nüeyməyə olduqca hərtərəfli, dəyərli bir əsər yaratmağa imkan vermişdir.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Əhməd şah Dürrani
Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı. == Həyatı == Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu. 1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi. Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı. Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi.
Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi”
Zəxireyi-Nizamşahi — XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun“Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.
Bürran-i Süfla (Pərsabad)
Bürran-i Süfla (fars. بران سفلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 649 nəfər yaşayır (121 ailə).
Bürran-i Ülya (Pərsabad)
Bürran-i Ülya (fars. بران عليا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,180 nəfər yaşayır (236 ailə).