Qrifon
Qrifon- bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi varlıq.
Qrifon – qrif sözündən olub yırtıcı quşların, eləcə də qartalın, şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar qartalı Günəş və Səma Tanrısının rəmzi kimi qəbul ediblər. Yunanlar bu rəmzi quşu "qor", qədim misirlilər "xar", "qar" və yaxud "xeru" adlandırırdılar. Bu da ərəblərin "huru" (hürü) sözünün eynidir. Qədim Babilistanda yarı-qrif, yarı-insan olan əfsanəvi varlığa "karibu" deyirdilər. Yəhudilərə isə bu söz təhrif olunmuş "xuruvim" formasında keçmişdir.
Qrifon-Qədim şərqdə, eləcə də Misir, Mesopotomiya, Şumer, Manna və başqa dövlətlərin mifologiyasında işlənirdi. Memarlığa təsir etmişdi.
Tarixi mənbələrdə qrifonla bağlı bir çox məlumatlar vardır.