Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrifon
Qrifon- bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi varlıq. Qrifon – qrif sözündən olub yırtıcı quşların, eləcə də qartalın, şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar qartalı Günəş və Səma Tanrısının rəmzi kimi qəbul ediblər. Yunanlar bu rəmzi quşu "qor", qədim misirlilər "xar", "qar" və yaxud "xeru" adlandırırdılar. Bu da ərəblərin "huru" (hürü) sözünün eynidir. Qədim Babilistanda yarı-qrif, yarı-insan olan əfsanəvi varlığa "karibu" deyirdilər. Yəhudilərə isə bu söz təhrif olunmuş "xuruvim" formasında keçmişdir. Qrifon-Qədim şərqdə, eləcə də Misir, Mesopotomiya, Şumer, Manna və başqa dövlətlərin mifologiyasında işlənirdi. Memarlığa təsir etmişdi. Tarixi mənbələrdə qrifonla bağlı bir çox məlumatlar vardır.
Qrifon (personaj)
Qrifon – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Sınaq Tısbağasının həmkarıdır.
Palçıq qrifonu
Palçıq qrifonu (rus. грязевой грифон, ing. mud grifon) — palçıq vulkanları üzərində qaz, su və palçıq xaric edən kiçik çıxışlar, hündürlükləri 10-la sm-ə çatır.
Qlikon
Qlikon (q.yun. Γλυκών) — təbabət tanrısı Asklepinin insan başlı ilan və ya at yallı şir şəklində təcəssümü. Qlikon kultu II əsrdə yalançı peyğəmbər Abonotixli Aleksandr tərəfindən təqdim edilmişdir. Arxeoloji tapıntılara əsasən, Antonin Piy və Mark Avrelinin hakimiyyəti illərində Roma imperiyasında Qlikon təsviri olan sikkələr geniş yayılmışdır. Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir. İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".
Qrafen
Qrafen — karbonun çoxatomlu təbəqəsi. Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen yer kürəsində ən möhkəm material hesab olunur. Bundan başqa o elektrik cərəyanını keçirir və şəffaflığı ilə diqqəti çəkir. Şəffaflıq xüsusiyyətinə görə bir sıra materialların, məsələn, sensor displeylərin yaradılması üçün əvəzsizdir. Belə hesab edilir ki, qrafenin tezliklə elektronika sənayesində geniş tətbiqinə başlanacaq. Rus alimləri Konstantin Novselov və Andrey Qeym qrafen yaradılması üçün apardıqları elmi işlərinə görə 2010-cu ildə Fizika sahəsində Nobel mükafatına layiq görülüblər. Karbonun təbii allotrop modifikasiyası olan qrafitin izole olunmuş təbəqəsi qrafen adlanır. Qrafit qədim zamanlardan məlum olsa da və müxtəlif məqsədlərlə çox geniş istifadə olunsa da, bu mineralı təşkil edən təbəqələri bir-birindən ayırmaq yalnız son illərdə mümkün olmuşdur. İlk dəfə 2004-cü ildə K. S. Novoselov və A. K. Geim mexaniki üsulla qrafen təbəqəsini qrafitdən ayırmağa müvəffəq olmuş və onun elektrik və optiki xassələrini tədqiq etmişlər.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Qrinok
Qrinok (ing. Greenock, şot.kelt Grianaig) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
Qrifino
Qrifino 1945-ci ilə qədər (Qrefenhagen) - Polşada, Şetsindən 20 km cənubda, Odra çayından 3 km şərqdə və Almaniya ilə sərhəddə yerləşən şəhərdir. Kənd əvvəlcə balıqçılıq qəsəbəsi kimi yaranmışdır. Qreyfenhagen 1254-cü il martın 1-də Barnimin fərmanı ilə şəhər hüquqlarını aldı. 1653-1679-cu illərdə İsveç hakimiyyəti altında idi. 1877-ci ildə Qrifino ilə Şetsini birləşdirən bir dəmir yolu xətti çəkildi. 1930-cu ilə qədər şəhərdə dörd sənaye müəssisəsi var idi - kimya zavodu, sabun zavodu, konserv zavodu və keçə papaq fabriki. 1945-ci ilin martında "Vallonia"SS-nin 28-ci diviziyasının iştirakı ilə Qrayfenhagen yaxınlığında ağır döyüşlər başladı. İkinci Dünya Müharibəsinin sonunda 70% dağıdılan şəhər bütün Şərqi Pomeraniya ilə birlikdə Polşa dövlətinin tərkibinə daxil oldu. 1945-ci ildə Polşalı məcburi köçkünlər şəhərə gəlməyə başladılar. 1946-cı ildə Qrifinoda elektrik stansiyası, dəyirman və dəri zavodu tikildi, Polşa məktəbləri açıldı.
Gihon
Gihon (təq. 1206, Yaponiya – təq. 1260, Okinava prefekturası) — Tenson sülaləsindən sonra Ryukyu kralı. Hakimiyyətə gələndə 44 yaşında idi. Hakimiyyət dövrü ölkədə xəstəlik və təbii fəlakətlər yayılmışdı. 1254-cü ildə gənc əyanlardan olan Eysonu özünə köməkçi götürdü. Lakin ölkəni fəlakətdən qurtara bilməyəcəyini görüb taxtdan imtina edərək yerini Eysoya verdi. Beləliklə Tenson sülaləsinin hakimiyyəti də bitdi. Ölüm tarixi məlum deyil.
Riton
Riton (yun. Rhyton) — buynuz, heyvan başı ya da gövdəsi şəklində düzəldilmiş antik qablara verilən ümumi ad. Həm içki qabı həm də dini ayinlərdə libasya (nəzir mayesi) tökmək üçün istifadə edilmişdir. Klassik Afina çömlekləri, məsələn, qırmızı rəsmlə vazalar, əsasən mifologiyadan mövzularla boyanır. Standart mövzular rhyta və şarab qabları ilə satyrları təsvir edir. Bu mövzular, satyrların kişilik orqanları ilə birləşdirilərək kompozisiyada maraqlı bir şəkildə təşkil edilir, lakin bu açıq cinsellik və bir qədər də məzəli mövzu gecikməli inkişafı ifadə edir, bu da Aristophanesin p'yeslərində ifadə olunan Afina mizahı ilə uyğundur. Böyük mədəniyyətlərin bəzəkli və qiymətli rhytaları cəsur deyil, şatirikdir, bu da demokratik vaza rəsmlərinə əlavə satirik ölçü verir. Satyrların şərab və rhyta ilə əlaqəsi Nonnus'un eposu Dionysiacada qurulmuşdur. O, Dionysosun şərab hazırlamağın ixtirası zamanı üzümlərin ilk tapdağında olan satyrları təsvir edir: ...meyvə qırmızı şirə ilə ağ köpüklə qabarcıq atdı. Onlar buğa qoynuzları ilə onu qazandılar, çünki hələ görməmiş idilər, belə ki, qarışıq şərabın qabı bu ilahi adı "Winehorn" aldı.
Pifon
Pifon və ya Piton ( q.yun. Πύθων) — qədim yunan mifologiyasında Apollon tərəfindən işğal edilməmişdən əvvəl Delfi orakulunun girişini qoruyan, Qayanın oğlu (varianta görə, Hera) hesab edilən ilan. Başqa bir versiyaya görə, Pifon özü Apollondan əvvəl peyğəmbərliklər vermişdir. Pifiya onun şərəfinə adlandırılmışdır.
Frederik Qrifit
Frederik Qriffit (ing. Frederick Griffith, 1877 və ya 1879, London – 17 aprel 1941, London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur. == Həyatı == 1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub. == Qriffit təcrübəsi == 1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir. Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
II Qriqor
II Qriqor Sənəkərim (doğum tarixi bilinmir - 1166) — 1096 - 1103 və ya 1105 – ci ildən 1166 - cı ilə kimi hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == II Qriqor taxtda atası Sənəkərimi əvəz etmişdi. Onun hakimiyyəti əsasən Cənubi Sünik ərazisini – Balk havarını (Qafan) əhatə edirdi. Onun hakimiyyəti dövründə Sünik knyazlığı xeyli zəifləmiş, Gəncədəki Səlcuqlu əmiri bir neçə Sünik qalasını ələ keçirmişdi. Kişi varisi olmadığına görə, (qardaşı 1166-cı ildə Səlcuqlu əmiri ilə döyüşdə öldürülmüşdü) ölümündən sonra taxta qızı Kət və Xaçın zadəganlarından olan Vaxtanq-Həsənin oğlu Həsən Hərəkərəçi keçmişdi.
I Qriqor
I Qriqor Aşotyan (doğum tarixi naməlum — 1072 və ya 1084) – Sünik knyazlığının 1044/51 – 1072/84 – cü illərdə hakimiyyətdə olmuş dördüncü knyazı. == Bioqrafiya == I Qriqor taxtda qardaşı II Smbatı əvəz etmiş, Loru hakimi ilə münasibətləri gücləndirmişdi. 1046 – cı ildə Sünik knyazı I Qriqor və Loru hakimi Torpaqsız Davidin orduları öz ərazilərini genişləndirməyə çalışan Şəddadilər sülaləsindən olan Dəbil hakimi Əbüləsvara qarşı döyüşmüşlər. Səlcuqluların Cənubi Qafqaza yürüşü zamanı I Qriqor Sünikin bütün hərbi qüvvəsini öz idarəsi altında birləşdirmişdi. Lakin Alp Arslanın ordusu ilə müqayisədə zəif orduya malik olduğunu görən I Qriqor Süniki dağıntılardan xilas etmək üçün Səlcuqlulardan vassal asılılığını qəbul etməyə məcbur oldu. Varisi olmadığına görə I Qriqordan sonra taxta Xaçın zadəgan sülalələrindən olan arvadının böyük qardaşı Sənəkərim keçmişdi.
Jack Griffo
Cek Deyvis Qriffo (11 Dekabr, 1996-ci il doğumlu) Amerikan aktyordur. Nickelodeon telekanalında gedən İldırımadamlar (2013–2018) teleserialında Maks Sandermen rolu ilə daha çox tanınır. Həmçinin Uğursuz kinosunda da tanınmışdır. == Karyerası == Cek Qriffo ilk dəfə televiziyada Disney XD kanalında gedən "Zərbə!" və "Baketa və Skineranın epik macəraları" seriallarında çıxış edib. Hal-hazırda, Qriffo, Nickelodeon kanalında 2013-cü ildən bəri yayımlanan Amerikanın sitkomu "İldırımadamlar" teleserialında Maks Sandermen rolunu oynayır. Həmçinin "Uğursuz!" və "Adamın parçalanması", "Oh, bu mənim atamdır!" teleserialında və digər layihələrdə də iştirak etmişdir. Həmçinin, qonaq aktyor kimi "Dəniz Polisi: Los-Anceles" serialında da rol oynayıb. == Filmoqrafiya == == Mükafat və nominasiyalar == Qriffo Kids' Choice Award mükafatlandırılmasında "Sevimli aktyor" mükafatına 5 dəfə namizəd görülüb. İlk dəfə 2014-cü ildə, ikinci dəfə 2015-ci ildə, üçüncü dəfə 2016-cı ildə, dördüncü dəfə 2017-ci ildə, və beşinci dəfə 2018-ci ildə namizəd görülmüşdür.
Krilon burnu
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır. Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Krilon yarımadası
Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada. Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m) Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Qreyon Kyei
Qreyon Kyei (12 avqust 1995-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Reyms klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Kyei Stad Reyms akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Reyms klubu ilə 12 aprel 2015-ci ildə etmişdir. O, 74-cü dəqiqədə Nikolas de Previlli əvəz etmişdir. Həmin görüşdə Reyms Liqa 1 görüşündə Nitsaya 1-0 hesabı ilə məğlub olmuşdur.
Qrifli firəngtoyuğu
Qrifli firəngtoyuğu (lat. Acryllium vulturinum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin firəngtoyuqları fəsiləsinin qrifli firəngtoyuğu cinsinə aid heyvan növü.
Qrifonlu ev
Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur. Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi. Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü. Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir.
Qriqol Abaşidze
Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914, Zeda Rqani[d], Kutaisi quberniyası – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı. Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.. Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir. Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
Qriqol Baqrationi
Qriqol Baqrationi və ya Gürcüstan şahzadəsi Qriqol (ing. Prince Grigol of Georgia; 24 yanvar 1789, Tiflis – 21 sentyabr 1830, Sankt-Peterburq) — Bagrationidən bir gürcü kral şahzadəsi.
Qriqol Robakidze
Qriqol Titoviç Robakidze (gürc. გრიგოლ ტიტეს ძე რობაქიძე; 28 oktyabr 1882 – 19 noyabr 1962, Cenevrə) — gürcü yazıçısı, publisist və ictimai xadimi; gürcü simvolistlərinin "Mavi buynuzlar" ədəbi qrupunun üzvü. Qriqol Titoviç Robakidze 1880-ci il oktyabrın 28-də Rusiya imperiyasının eyniadlı quberniyasının Kutaisi qəzasının Svir kəndində anadan olub. Altı yaşından Kutaisi İlahiyyat Məktəbində, 1895-1901-ci illərdə Kutaisi İlahiyyat Seminariyasında təhsil alıb. Mənəvi təhsil aldıqdan sonra 1901-ci ilin avqustunda Yuryevsk (indiki Tartu) Universitetinin hüquq fakültəsinin tələbəsi olub. Lakin həmin ilin dekabrında təhsil haqqını ödəyə bilmədiyinə görə xaric edilib. Almaniyaya getmiş və 1902-1906-cı illərdə Leypsiq Universitetinin fəlsəfə fakültəsində təhsil almışdır. 1908-ci ildə Rusiya imperiyasına qayıdan Qriqol Robakidze Kutaisi və Tiflisdə gürcü və xarici ədəbiyyatdan kütləvi mühazirələr oxuyur. O, Rusiyanın paytaxtında olub, burada rus şair və yazıçıları ilə tanış olur. Onların arasında Andrey Belıy, Zinaida Gippius, Valeri Bryusov və başqaları var idi.
Qriqol Vaşadze
Qriqol Vaşadze (gürc. გრიგოლ ვაშაძე;' d. 19 iyul 1958, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan diplomatı və siyasətçisi, Gürcüstan Xarici İşlər Naziri (6 dekabr 2008-25 oktyabr 2012). Qriqol Vaşadze Tbilisdə Nodar Vaşadze və Elene Bakradzenin ailəsində doğuldu. 1975-ci ildə Tbilisi 61 saylı orta məktəbi bitirdi. 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq fakültəsini bitirdi. 1981-1988-ci illərdə Sovet İttifaqının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar şöbəsində, sonra isə Kosmos və Nüvə Silahları şöbəsində fəaliyyət göstərdi. 1988-1990-cı illər arası Diplomatik akademiyanın aspirantı idi. 1990-cı ildən 2008-ci ilə qədər Vaşadze şəxsi bizneslə məşğul idi və qurduğu "Georgia Arts Management" və "Gregory Vashadze and BR" şirkətlərini idarə edirdi. 2008-ci ildən dövlət xidmətinə qayıdaraq fevralın 6-sı Gürcüstan Xarici İşlər nazirinin müavini təyin edildi.