Qualcomm
Qualcomm — Simsiz rabitə vasitələrinin hazırlanması və tədqiqi üzrə ixtisaslaşan şirkətdir.
1985-ci ilin iyulunda 7 sənaye veteranı Doktor İrvin Cakobsun evində (San Dieqoda) ideyanı muzakirə etmək üşün yığışdılar. Bu xəyalpərəstlər — Franklin Antonio, Adelia Kofman, Andryu Kohen, Kleyn Gilhousen, Irvin Cakobs, Andrev Viterbi və Harvey Vayt — qərara gəldilər ki, "Keyfiyyətli rabitə" qursunlar və plan telekamunikasiya sahəsində inkişaf etmiş şirkət qurmaq idi, tarix Qualcomm Incorporated ilə başladı.
1985 — Qualcomm yaradılır.1985 — ci ilin iyulunda 7 insan — Franklin Antonio, Adelia Kofman, Andryu Kohen, Kleyn Gilhousen, Irvin Cakobs, Andrev Viterbi və Harvey Vayt Qualcommun əsasını qoyurlar, şirkətin ilk ofisi Kaliforniyanın La Hoiya şəhərinda açılır.1985 — Qualcomm ilk müqaviləsini imzalayır və CDMA ilə işləməyə başlayır, təhlükəsiz rabitə üçün amerika ordusu tərəfindən istifadə olunan unikal rəqəmsal simsiz texnalogiya idi. 1988 — Qualcomm şirkəti M2M rabitəsində pionerdirlər.1988 — ci ilin avqust ayında, Şirkət OmniTRACSı peyk əsasında məlumatların ötürülmə sistemi daşıma sahəsi üçün işə salmışdır.1989 — Qualcomm şirkəti Schneider National Trucking Company-dən ilk boyuk sifarişini alır.
1991 — Qualcomm ictimai şirkət olur.
1991 — ci ilin dekabrında Qualcomm şirkəti öz İPO-sunu edir, 4 milyon səhmləri NASDAQ ilə ictimaiyyətə təqdim edir.
1993 — Qualcomm mobil internetdə özünü pioner kimi özü müəyyənləşdirir, CDMA ilə böyük uğurlar əldə edir.
1993 — cü ilin fevralında Qualcomm CDMA üzərində əsas (TCP / IP) paketlər xidməti nümayiş etdirir.
1993 — cü ilin martında Qualcomm ilk iki rejimli CDMA-AMPS mobil telefon təqdim edir.