quqquluqu 2021
ququ
OBASTAN VİKİ
Quql
Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkət. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tez Google Guys kimi adlandırılır.Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər. Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir. Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən Don't be evil (azərb. Pis olma‎)-dır.
Quqllamaq
Quqllamaq (ing. To google) — internetdə məlumat tapmaqdan ötürü Google axtarış sistemindən istifadə etməyi izah edən neologizm fel. Sadəcə Google-də deyil, digər axtarış sistemlərində axtarış apararkən bu sözdən istifadə oluna bilər. Adını məşhur axtarış sistemi və şirkət olan Google-dən alan söz ABŞ Dialekt Dərnəyi tərəfindən "2002-ci ilin ən faydalı sözü" seçilmişdir. 15 iyun 2006-cı ildə rəsmi olaraq Oksford İngiliscə Lüğətinə və iyun 2006-cı ildə Merriam-Uebster Universitet Lüğətinin 11-ci nəşrinə daxil edilmişdir.Bu sözdən ilk dəfə fel kimi 8 iyun 1998-ci ildə Google-nin qurucularından biri Larri Peyc tərəfindən bir e-poçt məktubunda istifadə edilmişdir. Marka dəyərinin düşməsindən və marka adının məhsul adına çevrilməsindən ehtiyatlanan Google adının "ümumi internet axtarışları" mənasında istifadə edilməsini dəstəkləmir. Buna görə də 23 fevral 2003-cü ildə şirkət yeni sözləri təqib edən Word Spy saytının yaradıcı Pol Makfidresə xəbərdarlıq məktubu göndərmişdir."Washington Post" qəzetindəki bir məqaləsində Frank Arends bir Google vəkilindən aldığı və "Quqllamaq" felinin düzgün istifadəsindən bəhs edən məktubu ələ almışdır. Bu narahatlığa görə Merriam Uebster Universitet Lüğətinin lüğət yazıçıları felin ilk hərfini kiçiltmişdir. Lakin Oksford İngiliscə Lüğətinin tərtibçiləri belə addım atmamışlar. Google 25 oktyabr 2006-cı ildə xalqa açıq etiraz yayımlayaraq "Google" sözünün yalnızca Google Inc.
архео́граф гре́ческий заро́дыш осетро́вый переплы́ть светоотда́ча тромп вразноты́к заку́пщица капиту́л попа́сть проти́вность ры́бное самопа́льщик чего до́брого almug Bangor inapt regime roisterous urgence велосипед неприменение проноситься созревание