QUŞQUN

Bu sözlə bağlı quşqunu düşük, quşqun qırmaq, quşqunu boş, quşqunsuz və s. ifadələr də işlədilir. Quşqun müxtəlif mənalara malikdir: quyruq, qasıq, selik, tumanbağı və s. Quşqunu düşük –arıq, zəif atla bağlı işlədilir, yeriyəndə dal ayaqları sözünə baxmır. Quşqun qırmaq kimisə təqib etmək deməkdir. Quş­qunsuz –çox səliqəsiz, natəmiz adama aiddir. Quşqunu boş - əxlaqsızlarla əlaqədar işlədilir. Quşqun mənbələrdə, o cümlədən “Kitabi–Dədə Qorqud” dastanında qusqun kimi yazılıb, qusmaq feili ilə bağlıdır. Quyruğun altından (natəmiz yerdən) keçdiyinə görə ona bu adı veriblər. M.Kaşğaridə “quş balası qusıncığ” ifadəsi var və buradakı qusıncığ sözü “natəmiz” mənasında işlədilib. Türk dillərində buna qudurğun da deyiblər, mənası “quşqun” (rusca пахва) kimi şərh olunub. Deməli, quşqun sözü, quyruqla əlaqədardır. Fars dilində ranəki “quşqun” deməkdir (ran quyruğun bədənə bitişdiyi yerdir). Deməli, quşqun onlarda da quyruqla əlaqədardır. Ruslar ona “подхвостник” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QUŞQONMAZ
QUŞQUNU BOŞ
OBASTAN VİKİ
Quşquna kəsilişi
Quşquna kəsilişi üst pliosenin ağçaqıl regiomərtəbəsinin istinad kəsi­lişi sayılır. Eyniadlı antiklinalın tağının və qanadlarının quruluşunda iştirak edərək Kür-Qabırrı çayarası ərazidə üzə çıxır. Burada alt ağçaqıl (113 m) dəniz fasiyasında (nazik qum, qumdaşı, vulkan külü və qabıqlı əhəngdaşı təbəqəcikli gillər) təmsil olunur və sarmat çöküntülərinin müxtəlif horizont­ları üzərində transqressiv və qeyri-uyğun yatır. Bu çöküntülər tərkibində mol­yusk faunası ilə yanaşı, qədim fil və digər onurğalıların sümüklərinin olması ilə də diqqəti cəlb edir. Üst ağçaqıl kontinental fasiya (225 m) ilə təm­sil olunmuşdur. Bu çöküntülərdə də onurğalıların, o cümlədən filin sümük­lərinə rast gəlinir.

Digər lüğətlərdə

астрогео́граф ба́рственность вывя́ливание мимо́зовые нама́щивание по-монасты́рски подсупо́нивать разграни́чиваться самши́товый электроэпиля́тор аристо́н бойска́утский ге́тманский диатри́ба коле́блющийся полудрёма целиба́т бурса melodic unallowed колокол мифологический привешивать пропускной шпионство