1. Ədədlərin, sayların yazıda işarəsi. 3 rəqəmi. 15 rəqəmi.
– [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı.
Rəqəmlər düzülüb yan-yana; İkiylə başlayanı var; üçlə başlayanı var; hələ beşi, yeddini demirəm.
□ Ərəb rəqəmləri – orta əsrlərdə ərəblərdən əxz olunmuş 1, 2, 3, 4 və b. rəqəmlər.
Roma rəqəmləri – qədim romalılardan əxz olunmuş I, II, III, IV və b. rəqəmlər.
2. klas. Yazı, yazı ilə qeyd, işarə.
□ Rəqəm etmək (qılmaq) klas. – 1) yazmaq, yazı ilə işarə etmək. Bir naməyə dərdimi rəqəm qıl; Sultanıma ərz et, kərəm qıl! Füzuli;
2) şəkil çəkmək.
Rəqəm olunmaq klas. – 1) yazılmaq, yazı ilə işarə olunmaq;
2) şəkil çəkilmək, çəkilmək.
Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu.