Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi.
Molla Nəfəs 1810-cu ildə Türkmənistanın(horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor… Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mərvdə məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir..
Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir.
Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mərvdən Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır.
Şairin şeirlərindən anlaşılır ki, o, gəncliyində Durduxal adlı bir qıza aşiq olur.