Astragalus regelii
Astragalus echinops (lat. Astragalus echinops) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT.
Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir.
Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru, daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir.