Residual risk

Qalıq risk – bütün informasiya təhlükəsizliyi tədbirləri həyata keçirildikdən sonra qalan potensial risk.
Residual data
Reverse engineering
OBASTAN VİKİ
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
Ekoloji risk
Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr. Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər. Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır. Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz. Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır. Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir: itkinin(ziyanın) miqdarı (kəmiyyəti) təhlükəli amillərin yaranması ehtimalı itkinin miqddarının və yaranması ehtimalının qeyri-müəyyənliyi. İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər və ətraf mühitin çirklənməsi başa düşülür. Sosial zərər — əhaliyə dəyən ziyanın qaytarılmayan əvəzi, insanların ömrünün qısalması,sağlamlığının pisləşməsi,rifah halı deməkdir.
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
Risk faktoru
Risk faktoru- müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri , həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır. Əgər risk fatorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlar da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır ki, onlar da analoji təsnifata malikdir. Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkərli diabeti və b. xəstəliklərə irsi meyillik mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkərli diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru köklük hesab olunur.
Risk menecment
Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir. Risk ehtimaldır, deməli onu miqdarca faizlərlə ifadə etmək mümkündür. Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz.
Seysmik risk
Seysmik risk — zəlzələ nəticəsində binaya, sistemə və ya digər obyektə dəyən ziyan. Seysmik risk idarəetmə məqsədləri üçün müəyyən bir müddət ərzində baş verə biləcək təhlükəli hadisələrin potensial, iqtisadi, sosial və ekoloji nəticələri kimi müəyyən edilmişdir. Əgər Yüksək seysmik təhlükə zonasında yerləşən bina seysmik mühəndislik prinsiplərinə uyğun tikilərsə daha az risk altında olar. Seysmik riskin səviyyəsini əsasən iki amil təyin edir: Seysmik təhlükə, yəni ərazidə müəyyən seys-mik effektin təzahürü ehtimalı Seysmik dayanıqlıq - fiziki obyektlərin zəlzələ¬lər nəticəsində zədələnmə dərəcəsi ehtimalı Seysmik riskin müəyyən edilməsi risklərin idarə edilməsində mühüm addım olan riskin azaldılması ilə bağlı qərarların qəbulu prosesinin əsasını təşkil edir. Böyük şirkətlər və digər müəssisələr (məsələn, yerli hökumətlər) binaların strukturunun möhkəmləndirilməsi və ya fövqəladə halların planlaşdırılması kimi digər risklərin azaldılması tədbirləri üçün məhdud vəsaitlərin ən yaxşı şəkildə necə ayrılacağını müəyyən etmək üçün əmlak "portfellərini" təhlil edir. İri şirkətlər və digər qurumlar binalarının strukturunun yenidən qurulmasına və ya şəraitin planlaşdırılmasına, eləcə də digər risklərin azaldılmasına yönəlib. Seysmik risk seysmik modelləşdirmə kompüter proqramlarından istifadə etməklə müəyyən edilir. Məsələn HAZUS kompüter proqramı. 1999-cu ildə ASTM, adətən Ehtimal olunan Maksimum Zərər və ya PML tədqiqatları kimi tanınan kommersiya mülkiyyəti üçün seysmik itki təxminlərinin hesabatı üçün təlimatlar hazırladı. Bu təlimatlar işin həcmini, rəyçinin ixtisaslarını və itki təxminlərini bildirmək üçün müvafiq terminologiyanı müəyyən edir.