RİYAZİYYATÇI

сущ. математик, математикадин специалист.
RİYAZİYYAT
RİYAZİYYATŞÜNAS
OBASTAN VİKİ
Riyaziyyatçı
Riyaziyyatçı — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəsisdir. Riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, gedən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkün olur. Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini genişləndirmişdir. Onlara müxtəlif elm və tədqiqat sahələrində, fizika, astronomiya, kimya, biologiya, geologiya, mühəndislik, iqtisadiyyat, sığorta işi, meterologiyada, loqistikada, şəkillərin rəqəmli emalında, təhlükəsizlik texnikasında və əlbəttə informasiya texnikasında rast gəlinir. Praktikada rast gəlinən və müəyyən alqoritmik xarakterə malik olan bütün sahələrdə, o cümlədən tarix, sosiologiya, psixologiya, tibb, dilçilik, idmanda,…riyaziyyatın tətbiqi ilə bir çox uğurlar qazanılmışdır. "Riyaziyyatın bu sahədə tətbiqi yoxdur" ifadəsi tez-tez öz qüvvəsini itirir, riyaziyyat elminin dəqiq tətbiq sahələrinin həddlərini göstərmək çətindir. Riyaziyyatçı dərəcəsini ali məktəbdə təhsil yolu ilə almaq mümkündür. Universitetlərdə bu iki pilləli sistemdə həyata keçirilir. Birinci pillədə riyaziyyat üzrə bakalavr (4 illik təhsil), ikinci pillədə isə magistr (iki illik daha ixtisaslaşmış və tədqiqata meyilli təhsil) dərəcələrinə yiyələnmək olur.
Akif Hacıyev (riyaziyyatçı)
Aleksandr Aleksandrov (riyaziyyatçı)
Aleksandr Daniloviç Aleksandrov (rus. Алекса́ндр Дани́лович Алекса́ндров; 22 iyul (4 avqust) 1912, Volın[d], Ryazan quberniyası[d] – 27 iyul 1999[…], Sankt-Peterburq[…]) — SSRİ və Rusiya riyaziyyatçısı, fiziki, filosofu, alpinisti, akademik. == Həyatı == Aleksandr Daniloviç Aleksandrov 4 avqust 1912-ci ildə anadan olmuşdur. O, 1951-ci ildən Sov.İKP üzvü olmuşdur. Aleksandrov 1952–1964-cü illərdə Leninqrad Universitetinin rektoru olmuşdur. Onun tədqiqatları həndəsəyə aiddir. Aleksandrovun fiqurların metrik xassələrini öyrənmək üçün kəşf etdiyi üsullar həndəsənin tədqiqat sahəsini genişləndirmişdir. Onun nisbilik nəzəriyyəsi və fəlsəfənin əsaslarına dair tədqiqatları da var. Aleksandrov 1964-cü ildən SSRİ EA akademiyasının üzvü olmuşdur. O, 1949-cu ildə alpinizm üzrə SSRİ idman ustası olmuşdur.
Fikrət Əliyev (riyaziyyatçı)
Fikrət Əhmədəli oğlu Əliyev (13 avqust 1949, Nüvədi, Meğri rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik. == Həyatı == Əliyev Fikrət Əhmədəli oğlu 13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub. “History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın “Fizika-riyaziyyat və texnika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.
Fuad Ələsgərov (riyaziyyatçı)
Fuad Tağı oğlu Ələsgərov (23 yanvar 1951, Bakı) — Texnika elmləri doktoru, professor. Rusiya “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin ali riyaziyyat kafedrasının müdiri. == Həyatı == Ələsgərov Fuad Tağı oğlu 1951-ci il yanvarın 23-də Bakıda anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika- riyaziyyat fakültəsini bitirib. 1975-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda (İPİ) təcrübəçi, aspirant, kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, həllərin seçimi və analizi laboratoriyasının müdiri işləyib. F.Ələsgərov 1981-ci ildə REA İPİ-də “sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə “İnterval seçim” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə “Lokal aqreqatlaşdırma modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. F.Ələsgərov Avropa ölkələrinin və ABŞ-nin bir çox universitetlərində, məsələn, Kaliforniya Texnologiya Universitetində (1992, 1994-1995, Pasadena, ABŞ), Bosfor Universitetində (1995-2001, İstanbul, Türkiyə), “Paris I” Universitetində (2002, Fransa), Turku Universitetində (2004, Finlandiya), Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzində (2006, 2007, Turin, İtaliya) dəvətli professor işləyib. F.Ələsgərov 2003-cü ildən “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsində ali riyaziyyat kafedrasının müdiridir.
Fərman Məmmədov (riyaziyyatçı)
Fərman İmran oğlu Məmmədov (25 iyun 1955, Qıraq Kəsəmən, Ağstafa rayonu) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin baş elmi işçisi, riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Fərman İmran oğlu Məmmədov, 25 iyun 1955-ci ildə Azərbaycan SSR Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki ADNSU) "Tətbiqi riyaziyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1984-cü illərdə AzTU-nun "Ali riyaziyyat" kafedrasında əyani aspirant, 1984-cü ildən 2005-ci ilə kimi asistent və dosent vəzifələrini icra etmişdir. 2007–2010-cu illərdə Türkiyənin Diclə Universitetində professor, 2006–2007 və 2011–2013-cü illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Riyazi analiz" və "Riyazi fizika tənlikləri" şöbəsinində baş elmi işçi vəzifəsində işləmişdir. 2013-cü ildən SOCAR Neftqazelmitədqiqatlayihə institutunda aparıcı elmi işçi vəzifəsində işləyir. == Elmi Tədqiqat sahəsi == Sobolev-Poincare tipli (həmçinin kəsr tipli) çəkili inteqral bərabərsizliklər. Dəyişən üstlü Lebeq fəzalarında Hardi operatorunun məhdudluq və kompaktlıq xassələri hardi-Littlvud maximal operatorlarının onların kəsr tərtibinin çəkili dəyişən üstlü Lebeq fəzalarında məhdudluğu. Xüsusi törəməli elliptik və parabolik tipli tənliklərin keyfiyyət nəzəriyyəsi. Harnak bərabərsizliyi, Həllər ailəsinin Hölder mənasında kəsilməzliyi, aprior qiymətləndirmələr, aradan qaldırıla bilən məxsusiyyət, fraqmen-Lindelef tipli teoremlər, varlıq və yeganəlik məsələləri, Maye axınları üçün Poiseuil tipli düstur, Filtrasiya məsələlərində Düpit düsturu tipli nəticələr.
Fəxrəddin Məmmədov (riyaziyyatçı)
Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub. === Təhsili === 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır. == Fəaliyyəti == 1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib. 8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.
Fəxrəddin İsayev (riyaziyyatçı)
Hüseyn Hüseynov (riyaziyyatçı)
Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor == Həyatı == Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977–1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980–1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982–1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib. 1993–2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..
Kazım Həsənov (riyaziyyatçı)
Həsənov Kazım (1 avqust 1934, Tovuz rayonu – 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Kazım Həsənov 1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub. 1942–1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953–1958-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959–1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1961–1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967–1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti 1988–2015-ci illərdə isə həmin kafedranın professoru olub. Tədqiqat sahəsinə Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələləri aid idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Kərim Kərimov (riyaziyyatçı)
Kərim Abulxaliq oğlu Kərimov (1917, Hil – 1987) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, Ç. İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. == Həyatı == Kərim Abulxaliq oğlu Kərimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1941-ci ildə bu universiteti bitirmişdir. Kərim Kərimov 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950–1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik edib. 1959-cu ildən başlayaraq professor K. Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriyada materialların dinamik xassələrinin keçirilmiş tədqiqinə baxılmış və tədqiqatlar üçün nəzəri əsaslar verilmişdir. Əvvəllər hər hansı eksperimental bazanın olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Dinamik möhkəmlik üzrə materilların dinamik xassələrinin tədqiqini akad. X. A. Raxmatulinin və prof.
Oqtay Əfəndiyev (riyaziyyatçı)
Qabil Əliyev (riyaziyyatçı)
Qabil Qəribxan oğlu Əliyev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi ritaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963–1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında "Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей" mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967–1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə "Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir. 1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir..1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir. 1957–1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsi,tələbə 1963–1966-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant 1967–1979-cu il Moskva Dövlət Universiteti, "Bərk Cisim" kafedrasında, doktorant 1966-cı il- Fizika-riyaziyyat elmləri namizədi.(20.02.01-Deformasiya olan berk cisim mexanikası) Dissertasiyanın adı: "Устойчивость нелинейно-упругих армированных цилиндрических оболочек при натяжении связей" 1980-ci il Moskva Dövlət Universiteti, fizika-riyaziyyat elmləri doktoru.(20.02.01-deformasiya olan bərk cisim mexanikasıeхanikası). Dissertasiyanın adı:"Теоритические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" 1985-сi il -mexanika ixtisası üzrə professor. •1961–1963-cü illərdə elmi işçi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1967–1970-ci illərdə böyük elmi işçi. •1970–1992-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Kompozit mexanikası" şöbəsinin müdiri, •1992–2007-ci illərdə Türkiyənin Marmara Universitetinin və Niqde Universitetinin Fən-Ədəbiyyat Fakultəsinin professoru, •2007-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və mexanika institutunun "Tətbiqi Riyaziyyat"şöbəsinin müdiridir.
Rauf Hüseynov (riyaziyyatçı)
Rauf Vəli oğlu Hüseynov (12 iyun 1940, Göyçay – 21 fevral 2019) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri (2007-2019), fizika-riyaziyyat elmlər doktoru (1999), professor (2009), AMEA-nın müxbir üzvü (2007). Rauf Hüseynov 12 iyun 1940-cı ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyat fakültəsini bitirib. 1964-1967-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində aspirant, 1991-1994-ci illərdə isə həmin universitetin doktorantı olub. Rauf Hüseynov 1972-1979-cu illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. O, 1979-1990-cı illərdə Çingiz İldırım adına Politexnik İnstitutunun Gəncə filialında müəllim, dosent, Ali riyaziyyat kafedrasının müdiri olub. 1990-2002-ci illərdə R.V. Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçi, aparıcı elmi işçi, Funsional analız şöbəsinin müdiri, baş elmi işçi vəzifələrində işləyib. Rauf Hüseynov 2002-2005-ci illərdə Türkiyə Respublikasının Afyon şəhərinin Hocatepe Universitetinin professoru, 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyib. Alim 2007-2019-cu illərdə isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri vəzifəsini icra edib. Rauf Hüseynov 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru, 1999-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, 2009-cu ildə professor elmi adını alıb.
Sabir Mirzəyev (riyaziyyatçı)
Sabir Mirzəyev (tam adı: Mirzəyev Sabir Sultan oğlu; 23 sentyabr 1948, Masallı, Azərbaycan SSR, SSRİ) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1994). Sabir Mirzəyev 1948-ci il sentyabrın 23-də Azərbaycanın Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1956–1966-cı illərdə Masallı rayonunun Bədirli kənd orta məktəbində oxuyub. 1966–1971-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin təhsil alıb. 1978-ci ildən BDU-da çalışır. 74 elmi məqalənin, 10 dərslik və 11 dərs vəsaitin müəllifidir. 18 elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir. Ailəlidir, üç övladı var. 2015-ci ildən Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışır, BDU 1994 — h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1978–1993, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU Həmçinin 1974-h/h kimi AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin baş elmi işçisidir. İnstitutun nəzdindəki Dissertasiya şurasının Elmi Tematik seminarının sədridir.
Sergey Abramov (riyaziyyatçı)
Sergey Mixayloviç Abramov (rus. Сергéй Миха́йлович Абра́мов; 25 mart 1957, Moskva) — informasiya texnologiyaları və kompüter sistemləri sahəsində Rusiya alimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2006-cı ildən), fizika-riyaziyyat elmləri doktoru (1996). 1980-ci ildə Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirmişdir. 1986-cı ildən Proqram Sistemləri İnstitutunda (Pereslavl-Zalesski), 1991-ci ildən bu İnstitutun Çoxprosessorlu Sistemlər üzrə Tədqiqat Mərkəzinin direktoru; Rusiya Federasiyası Təhsil Nazirliyinin Rusiya Regional Problemlər Elmi-Tədqiqat İnstitutunun direktor müavini olmuşdur. Абрамов, Сергей Михайлович (учёный) на официальном сайте РАН Биография Сергея Михайловича Абрамова Электроника — Наука. Технология. Бизнес. 2009, № 1, с.
Tahir Abdullayev (riyaziyyatçı)
Tahir Həsən oğlu Abdullayev (1904, Qıraq Kəsəmən, Qazax qəzası – Bakı) — Alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasının müdiri. Tahir Abdullayev 1904-cü ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Qıraq Kəsəmən kənd məktəbini bitirdikdən sonra ikiillik Pedaqoji İnstituta daxil olmuşdur. 1924-cü ildə institutu bitirib Qazax müəllimlər seminariyasında riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və müharibənin sonuna qədər döyüşən orduda qulluq etmişdir. Müharibədən sonra ali təhsil almışdır. Dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Dövlət Universitetində müəllim işləmiş, sonralar isə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Riyaziyyat kafedrasında əvvəlcə dosent, sonra professor, ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışmışdır. 100-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə ona qədər elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Uilyam Brounker (riyaziyyatçı)
Vilyam Brounker (ing. William Brouncker; 1620[…] – 5 aprel 1684, London) — İngilis riyaziyyatçısı; London krallıq cəmiyyətinin yaradıcılarından biri və ilk prezidentidir; 1668-ci ildə rasional ədədin loqarifminin sonsuz sıraya ayrılma qaydasını vermiş və bununla da (Merkator və Nyutonla bərabər) funksiyanın sonsuz sıralar şəklində ayrılışının əsasını qoymuşdur.
Vaqif Abdullayev (riyaziyyatçı)
Vaqif Maarif oğlu Abdullayev (18.08.1973) — riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin "Ümumi və tətbiqi riyaziyyat" kafedrasının professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları" laboratoriyasının aparıcı elmi işçisi. Vaqif Maarif oğlu Abdullayev 1973-cü il 18 avqustda Lerik rayonunun Şinəbənd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və Kibernetika" fakültəsini bitirmişdir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 164 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 95 Respublikada çıxmış elmi əsərlərinin sayı: 69 Çoxnöqtəli ayrılmamış şərtlərlə verilmiş adi diferensial tənliklər sistemi ilə təsvir olunan məsələlərin ədədi həll üsulunu (sürüşdürmə üsulunu) təklif etmişdir; Çoxnöqtəli yüklənmiş adi diferensial tənliklər sistemi ilə təsvir olunan Koşi və ayrılmamış şərtlərlə verilmiş sərhəd məsələlərin ədədi həll üsullarını təklif etmişdir; Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərtlərlə verilmiş adi və yüklənmiş diferensial tənliklər sistemi ilə təsvir olunan məsələlərin ədədi həll üsulunu (bükülmə üsulunu) təklif etmişdir; Müşahidələr əsasında toplanmış və paylanmış parametrli sistemlərin əks əlaqə ilə idarə olunması məsələlərini tədqiq etmiş, onların ədədi həlli üçün düsturlar almış və həlli üçün yanaşma təklif etmişdir; Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərtlərlə verilmiş adi və yüklənmiş diferensial tənliklər sistemi ilə təsvir olunan proseslər üçün optimal idarəetmə məsələlərə baxmış, zəruri şərtlər almış və ədədi həll alqoritmini təklif etmişdir; Qeyri-lokal nöqtəvi və inteqral şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən sərhəd məsələlərin ədədi həlli üçün yanaşma vermişdir; Qeyri-lokal şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən tərs məsələlərin ədədi həlli üçün yanaşma vermişdir; Qeyri-lokal şərtlərlə verilmiş paylanmış parametrli sistemlərdə optimal idarəetmə məsələlərini tədqiq etmiş, zəruri şərtlər almış və məsələlərin ədədi həll alqoritmlərini vermişdir. Qeyri-lokal şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən tərs məsələlərin ədədi həlli üçün üsul vermişdir. Optimization of the right-hand sides of nonlocal conditions of a controllable system with multipoint and integral objective functional // "Optimization", 2024, Vol. 73, No.1, P. 205-228, https://doi.org/10.1080/02331934.2022.2098125 Rod temperature regulation using current and time-delayed feedback // "Quaestiones Mathematicae ", 2023, Vol.46, No.10, pp.1991–2011. Optimizing the Placement and Number of Measurement Points in Heating Process Control // "Autom. Remote Control", 2023, Vol.84, No.6, pp.726–742 Optimization of Control Points for Controlling the Heating Temperature of a Heating Medium in a Furnace// Part of the book series. Edited By: Panos M Pardalos (University of Florida, USA) and Themistocles M Rassias (National Technical University of Athens, Greece).
Vilyam Brounker (riyaziyyatçı)
Vilyam Brounker (ing. William Brouncker; 1620[…] – 5 aprel 1684, London) — İngilis riyaziyyatçısı; London krallıq cəmiyyətinin yaradıcılarından biri və ilk prezidentidir; 1668-ci ildə rasional ədədin loqarifminin sonsuz sıraya ayrılma qaydasını vermiş və bununla da (Merkator və Nyutonla bərabər) funksiyanın sonsuz sıralar şəklində ayrılışının əsasını qoymuşdur.
İlham Məmmədov (riyaziyyatçı)
İlham Tofiq oğlu Məmmədov (1 iyul 1955, Bakı – 10 dekabr 2003, Bakı) — riyaziyyat elmləri doktoru (1981), professor (1988), AMEA-nın müxbir üzvü (2001), Azərbaycan Lenin komsomolu mükafatı laueratı (1982). İlham Məmmədov 1 iyul 1955-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonundan olan Məmmədov 1970-ci ildə orta məktəbi qızıl medalla bitirib. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə daxil olub və 1975-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. İlham Məmmədov əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başlayıb. 1975-1982-ci illərdə Azər­­bay­­can Dövlət Neft və Sənaye Universitetinin Tətbiqi-riyaziyyat kafedrasında assistent olaraq çalışıb. O, 1982-ci ildən həyatını Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu ilə bağlayıb. Belə ki, 1982-2001-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, elmi işlər üzrə direktor müavini, şöbə müdiri, 2001-2003-cü illərdə isə direktor vəzifəsini icra edib. İlham Məmmədov 1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyasının Rəyasət Heyətinin, Azərbaycan Riyaziyyat Cəmiy­yətinin üzvü olub. 2000–2002-ci illərdə NATO-nun elm komitəsinin ilk azərbaycanlı eksperti olan Məmmədov AMEA Riyaziyyat və Mexanika İnstitutunun və Bakı Dövlət Universitetinin nəzdində Birləşdirilmiş Dissertasiya Şurasının həmsədri (2003), "Riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktoru, "AMEA-nın xəbərləri" jurnalının fizika-riyaziyyat və texnika buraxılışının redaktor müavini olub.
İlqar Məmmədov (riyaziyyatçı)
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun "Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi" laboratoriyasının müdiri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin "Diferensial tənliklər və optimallaşdırma" kafedrasında 0,5 ştat dosent vəzifəsində müəllim, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvü İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur. O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. 1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Məmmədov 1211.01 – "Diferensial tənliklər" və 1214.01 – "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi" mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.
Əkbər Əliyev (riyaziyyatçı)
Əliyev Əkbər Bayram oğlu (4 yanvar 1950, Qaracalar, Qardabani rayonu – 21 aprel 2024) — Azərbaycan alimi. Əkbər Əliyev 1950-ci ildə Gürcüstan Res., Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Ailəlidir. 3 övladı var. [1] Elmi rütbəsi- professor İxtisasın adı- Diferensial tənliklər Namizədlik dissertasiyasının mövzusu: Evolyusion tənliklərin və xüsusi törəməli hiperbolik tənliklərin həllərinin asimptotikası Doktorluq dissertasiyasının mövzusu: Hiperbolik operatorlar üçün qlobal həll olunan məsələlər Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 150 xaricdə çıxmış elmi əsərlərinin sayı- 50 Əsas elmi nailiyyətləri Qeyri-xətti hiperbolik operatorlar üçün birtərəfli məsələlərin qlobal həll olunması şərtlərini müəyyən etmiş. Yarımxətti hiperbolik tənliklər sisteminin və psevdohiperbolik tənliklərin qlobal həll olunması üçün Fucita tipli kriteriyalar müəyyən etmişdir. Глобальная разрешимость задачи Коши для одного класса систем полулинейных гиперболических уравнений. //Funksiyal nəzəriyyəsi və harmonik analizin problemləri. Akademik İ. İ. İbrahimovun 100-illik yubileyinə həsr olunmuş beynəlxalq konf.materialları.-Bakı 2012.- s.11/ Казимов А.А. Existence, non-existence and asymptotic behavior of global solution to the Cauchy problem for systems of semilinear hyperbolic equations with damping terms. // Nonlinear Anal.: Theory, Meth.
Əli Əhmədov (riyaziyyatçı)
Əli Əhmədov (25 dekabr 1943, Əfəndilər, Cəbrayıl rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Əli Əhmədov 25 dekabr 1943-cü il Cəbrayıl rayonunun Əfəndilər kəndində anadan olub. 1950–1960-cı illərdə Füzuli rayonunun Arayatlı kənd orta məktəbdə oxuyub. 1961–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1966-cı ildən BDU-da çalışır. Ailəlidir, üç övladı var. 1961–1966 — tələbə, Mexanika-riyaziyyat fakültəsi, 1996 — h/h, kafedra müdiri, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1995 — h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1972–1995, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1978–1979, elmi stajor, ABŞ-nin Viskonsin Universiteti 1966–1972, kiçik elmi işçi, Azərbaycan EA-nın Kibernetika İnstitutu Apardığı dərslər: Funksional analiz, Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, Operatorlar nəzəriyyəsi (İxtisas kursu). 150-dən artıq elmi məqalənin, 1 monoqrafiyanın və 6 kitabın müəllifidir. 2 elmlər доктору вя 7 elmlər namizədi yetişdirmişdir. 1969 — Bakı, Azərbaycan:Funksional analiz üzrə beynəlxalq konfrans 1982 — Minsk, Belorusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans 1985 — Novosibirsk, Rusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans 1988 — Voronej, Rusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans 1989 — Russe, Bolqarıstan:Diferensial tənliklər və tətbiqləri üzrə IV beynəlxalq konfrans 1995 — Bəhreyn:Xalis və tətbiqi riyaziyyat üzrə beynəlxalq konfrans 1997 — Təbriz, İran:İran riyaziyyatçılarının illik konfransı 2000 — Barselona,İspaniya:Riyaziyyatçıların III Avropa konqresi 2001 — Elazığ,Türkiyə: Türkdilli dövlətlərin riyaziyyat üzrə I beynəlxalq konfrans 2006 — Təbriz, İran: İran riyaziyyatçılarının illik konfransı 2006 — Ujqorod, Ukrayna:Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri üzrə beynəlxalq elmi konfrans 2007 — Zəncan, İran:İran riyaziyyatçılarının illik konfransı 2007 — Sakariya, Türkiyə: Türk dünyası matematik simpoziumu 2008 — Aliqarh, Hindistan: ICAA-2008 2008 — Novorossiysk, Rusiya: Furye sıraları və onların tətbiqləri- beynəlxalq simpozium 2008 — Bakı, Azərbaycan: İdarəetmə və sənayedə optimallaşdırmanın tətbiqləri -II beynəlxalq konfrans 2008 — Plovdiv, Bolqarıstan:Tətbiqi riyaziyyat və hesablama texnikası üzrə beynəlxalq konfrans Intern.
Araz Əliyev (riyaziyyatçı)

Значение слова в других словарях