riyakar
rizə
OBASTAN VİKİ
Riza Fazıl
Riza Emir oğlu Fazıl (30 may 1929 – 26 noyabr 2016, Simferopol) — krım tatar yazıçısı və jurnalisti. Krım Tatar Yazıçılar Birliyinin sədri (2008—2016). Özbək SSR-nin əməkdar mədəniyyət işçisi (1973). Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010). 1944-cü ildə Krımdan deportasiya edilən Krım tatarlarının bir hissəsi ilə birlikdə Kostroma vilayətinin Makarevski rayonuna köçürüldü. 1955-ci ildə Kostroma Sovet Ticarət Texnikumunu bitirmişdir. 1959-cu ildə Səmərqənd Sovet Ticarət İnstitutunun İqtisadiyyat şöbəsini bitirdi. Təhsilini bitirdikdən sonra bir müddət Qırğızıstanın Oş şəhərində müfəttiş və baş mühasib kimi işlədi. 1965-1980-ci illərdə Daşkənddə mərkəzləşən "Lenin bayrağı" adlı krım tatar qəzetinin tərcüməçi və şöbə müdiri vəzifələrində çalışmışdır. Krıma qayıtdıqdan sorna 1980-1994-cü illərdə "Yıldız" (Ulduz) jurnalının nəşriyyatında poeziya şöbəsinə rəhbərlik etmiş və məsul katibi olmuşdur.
İmam Riza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir. Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim (ə) İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir.
Məhəmməd Riza Bayramı
Məhəmməd Riza Bayramı (d. 1965, Ərdəbil) — yazıçı. Məhəmməd Riza Bayramı 1340 nəci ildə, Savalanın ətəyində yerləşən Latıran kəndində dünyaya göz açdı. o gənclik çağlarında Səməd Bəhrəngi nin yazılarına maraqlandı. Bayramı savalan öykülərindən "dağ məni səsləndi" ilə Almanianın qızılı ayı mükafatını və İsveçrə il kitabı ödülünü qazandı. Yuta Həmil Rayş , dağ məni səsləndi öyküsünü almancaya çevirib. bayramı son 25 ildə İranın ən yaxşı öykü yazanlarından biri dir. o indi İran öykü evi nin məsuludur. Yaşıl bağın ölüləri adlı ruman, Məhəmməd Riza Bayramının Azərbaycan tarixinə yazdığı önəmli əsərdir. bu roman, İranda çeşidli davranışlarla qarşılandı.
Məhəmməd Riza Golzar
Məhəmmədrza Gülzar (21 mart 1977, Tehran) — İranlı gitaraçı və kinoaktyor.Tehranda doğulmuş azərbaycanlı aktyordur.
Məhəmməd Rəşid Riza
Məhəmməd Rəşid Riza (ərəb. محمد رشيد رضا‎; 23 sentyabr 1865 və ya 18 oktyabr 1865 – 22 avqust 1935, Qahirə) — misirli dini və ictimai xadim. Əsli Liviyadan olmuş Riza 1898-ci ildə Misirə gəlib Qahirədə tanınmış "Əl-Mənar" (Mayak) jurnalında çalışmışdır. Rəşid Rıza, Cəmaləddin Əfqanini və Məhəmməd Əbdunun fikirlərini inkişaf etdirmiş, Qərb müstəmləkəçiliyinə qarşı çıxmış, Xilafətin bərpa olunmasının tərəfdarı kimi tanınmışdır. 1340/1922-ci ildə Riza "Xilafət və ya böyük imamət" yazınını yayımlamışdır. Orada o, Xilafətin prinsiplərini açıqlamış, xəlifənin seçilməsi ideyasını irəli sürmüşdür. Rizaya görə xəlifə ölkəsini qorumalı, ölkədə şəriət qanunlarının işləməsini təmin etməlidir. Xilafətin krallığa çevrilməməsi üçün xəlifə özəl bir qurum qarşısında sorumlu olmalıdır. Ölkə başçısı şəriət qanunlarını pozarsa, bu qurum onu vəzifəsindən çıxara bilər. 1342/1924-cü ildə Türkiyədə respublikaçılar Osmanlı xilafətinə son qoyduqdan sonra M. R. Riza Xilafətin dirçəldilməsi istəklərinin reallaşmayacağını anlamışdır.
Yusuf riza gilani
Yusuf Reza Gilani (9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.
Anna Rizatdinova
Anna Rizatdinova — 16 iyul 1993-cü ildə Ukraynanın Simferopol şəhərində anadan olmuşdur. Tatar əsilli Ukraynalı bədii gimnastdır. Dünya Çempionu və Yay Universiada Oyunlarının Çempionudur. 3-cü dərəcəli Olqa III Ordeninə layiq görülmüşdür. Ukraynanın 2015 Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Anna Rizatdinova 16 iyul 1993-cü ildə Ukraynanın Simferopol şəhərində anadan olmuşdur. == Karyerası == Anna Rizatdinova ilk uğurlarına gənc yaşlarında qazandı. 18 yaşı olarkən Dünya 3-cüsü oldu. Bu uğurdan sonra o dəfələrlə Dünya Çempionatının mükafatçısı oldu. 1 dəfə qızıl, 2 dəfə gümüş və 9 dəfə isə bürünc medal qazandı Dünya Çempionatlarında.
Hüsen Rizazadə
Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır. == Olimpiadalarda iştirakı == 2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır. 2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir . Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər. Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir. Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq.
Kərim Rizayev
Kərim Novruz oğlu Rizayev (Rzayev) (25 dekabr 1914, Ordubad, Naxçıvan qəzası – 1 avqust 1995, Bakı) – metallurq, təsərrüfat rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1980). == Həyatı == 1912-ci il dekabr ayının 25-də Ordubad şəhərində anadan olmuşdur. 1941-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1941-ci ildə RSFSR Sverdlovsk vilayətinin "Ural qızıl" trestində mühəndis kimi başlamışdır. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. Ordudan tərxis olunduqdan (1946) sonra Kalininqrad vilayətindəki Kəhrəba zavodunun direktoru (1946–1950), Kəhrəba fabrikinin rəisi, emal fabrikinin baş mühəndisi (1950–1953), Kəhrəba kombinatının baş mühəndisinin müavini (1953–1955) və kombinatın direktoru (1955–1962) olmuşdur. 1962-ci ildən Azərbaycan xalq təsərrüfatı sistemin də müxtəlif vəzifələrdə çalışmış, dağ-mədən və metallurgiya idarəsinin rəisi (1962–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Əlvan Metallurgiya Birliyinin (1965–1979) və Azərbaycan Respublikası Əlvan Metallurgiya İdarəsinin (1979–1987) rəisi işləmişdir. Yüksək ixtisaslı mütəxəssis və bacarıqlı təşkilatçı olan Rizayev Azərbaycanda əlvan metallurgiyanın inkişafı üçün çox iş görmüş, bu sahədə səriştəli və hazırlıqlı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdir. Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı seçilmişdir. 1995-ci il yanvar ayının 1-də Bakı şəhərində vəfat etmişdir.
Novruz Rizayev
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.
Ramiz Rizayev
Ramiz Həsən Qulu oğlu Rizayev (2 noyabr 1939, Naxçıvan) — Azərbaycan alimi, kimya elmleri doktoru, AMEA-nın həqiqi üzvü. Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R. Rizayev "Neft və neft-kimya sintezi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Azərbaycan Dövlət Universitetində fiziki-kimya fənni ilə dərs demişdir. AMEA-nın Kimya Problemləri İnstitunun baş mütəxəssisdir. 1993-cü il 3 iyul tarixindən Ramiz Rizayev Rusiya Federasiyası fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir, Azərbaycan Prezidentinin Fərmanı ilə Moskvada, 1994-cü 15 avqust tarixindən səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib. 2005-ci ildə vəzifəsindən geri cağırılıb.
Rizalit
Rizalit və ya rezalit - binanın bir hissəsi, binanın ana gövdəsində çıxıntı şəklində olan və tam hündürlüyü ilə gedən hissəsidir. Bu memarlıq elementləri, binanın mərkəzi hissəsi ilə ümumilikdə simetrik olur . Orta, yan və künc rizalitləri də vardır . Rizalit fasadın məkan təşkilinə müxtəliflik gətirir. Yan gövdələrdən fərqli olaraq, binanın əsas həcmi ilə bütünlük təşkil edirlər. .
Rizaəddin bin Fəxrəddin
Rizaəddin bin Fəxrəddin və ya tam adı Rizaəddin bin Fəxrəddin bin Seyfəddin eş-Şirdani (tatar. Ризаэтдин Фәхретдин; 4 yanvar 1859, Kiçüçat[d], Buqulma qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 11 aprel 1936 və ya 12 aprel 1936, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — tatar tarixçisi, ədib, pedaqoq, ilahiyyatçı, dini və ictimai xadim. Dini, siyasi və pedaqoji mövzularda yazdığı çoxsaylı əsərlər ilə cədidçilik hərəkatının tərəfdarı olmuş və nəşr etdiyi "Şura" jurnalı ilə Rusiya imperiyasındakı müsəlmanlar üçün siyasi müzakirə üçün əhəmiyyətli bir orqana çevirmişdir. Rizaəddin bin Fəxrəddin Samara quberniyasının Kiçüçat kəndində molla ailəsində anadan olub. O, atasının rəhbərlik etdiyi kənddə məktəbdə, daha sonra yaxınlıqdakı Şelçeli kəndindəki mədrəsədə oxuyub. 30 yaşında molla olub və İlbek kəndindəki mədrəsəyə rəhbərlik edib. 1891-ci ildə qazı seçildi, yəni Rusiyada müsəlmanlar üçün dini idarəetməyə üzv oldu. Bu səbəbdən geniş dini fəaliyyətini göstərə biləcəyi Ufada məkanına köçdü. 1905-ci il Birinci rus inqilabı zamanı, o, Müftilər yığıncağında geniş bir islahat proqramı təqdim etdi. Bu proqram digər məsələlərlə yanaşı idarəçiliyin Qazaxıstan müsəlmanları üzərindəki məsuliyyətinin uzadılmasını da əhatə etmişdir.
Xose Rizal
Xose Rizal (José Protacio Rizal Mercado y Alonso Realonda; 19 iyun 1861[…], Kalamba[d], İspaniya imperiyası – 30 dekabr 1896[…], Manila, İspaniya imperiyası) — Filippin şairi və yazıçısı, müstəqillik uğrunda mübarizənin öncülü idi. O, yazıları və çıxışları ilə xalqının milli kimliyinə töhfələr verən yenilikçi, uzaqgörən bir qəhrəmandır. Onun əslən ispan dilində olan "Noli Me Tangere" və "El Filibusterismo" romanları İspan hökmranlığı altında müstəmləkə həyatını təsvir edir və Filippin məktəblərində tədris olunur.
Sabir Rizayev
Sabir Əkbər oğlu Rizayev (17 aprel 1924, İrəvan – 20 dekabr 1978, İrəvan) — ssenarist, dramaturq, sənətşünas, teatr və kino tənqidçisi. Ermənistan SSR əməkdar incəsənət xadimi (1975). Sabir Əkbər oğlu Rizayev 17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rizayev həmin vaxt Moskvada "İnostrannaya literatura" ("Xarici ədəbiyyat") jurnalının redaksiyasında "Türk ədəbiyyatı" şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirmiş, 1942-ci ildə könüllü olaraq müharibəyə getmişdir. İkinci Dünya müharibəsi qurtardıqdan sonra İrəvana qayıtmış və "Kommunist" qəzetində işləmişdir. 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlamışdır. Sabir Rizayev 1951-ci ildə İrəvan Teatr İnstitutunu bitirmişdir. O, 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra "Armenfilm" kinostudiyasında ssenari şöbəsinə rəhbərlik etmiş, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləmişdir.

Значение слова в других словарях