rododendron
rodologiya
OBASTAN VİKİ
Rodoxrozit
Rodoxrozit – Mn [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrorodoxrozit, kalsiumlu (1-19% CaO), kobaltlı (2,33%-dək CoO) rodoxrozitlər. == Xassələri == Rəng – təzə sınıqlarda müxtəlif intensivlikli çəhrayı və ya moruğu, getdikcə oksidləşərək ağ, bozumtul-ağ, yaşılımtıl-boz, sarımtıl-qəhvəyi, qara rəng alır; nadir hallarda rəngsiz olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – işıqkeçirən, yarımşəffaf; Sıxlıq – 3,5-3,7; Sərtlik – 4; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Morfologiya – kristallar: nadir rast gəlir; qalın lövhəvari, prizmatik, romboedrik, skalenoedrik; yəhərvari əyilmiş üzlər səciyyəvidir; İkiləşmə: {0112} üzrə nadir hallarda; Mineral aqreqatları: dənəvər, sıx, gizlikristallik kütlələr, böyrək-, salxım- və qabıqvarı, kollomorf əmələgəlmələr, konkresiyalar, sferolitlər, oolitlər, kalsit üzrə psevdomorfozalar və b. == Mənşəyi və yayılması == Mineralın ən iri, çox vaxt sənaye əhəmiyyətli yığınları dəniz tipli çökmə manqan yataqlarında, konkresiyaları – müasir dəniz çöküntülərində rast gəlir. Rodoxrozitin hidrotermal əmələgəlmələri, adətən, orta- və aşağıtemperaturlu polimetal və qızıl-polimetal filizlərində, bəzən isə volframit, kvars və başqa minerallarla birlikdə yüksək temperaturlu damarlarda müşahidə edilir. Mineralın bəzi peqmatitlərdə, metamorfikləşmiş manqan yataqlarında, manqan və dəmir-manqan filizlərinin aşınma qabığında tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: rodonit, manqanit, braunit, tefroit, qausmannit, hötit, hidrohötit, sfalerit, qalenit, markazit, pirit, arsenopirit, sərbəst qızıl, volframit, kvars, barit və b. Mineralın tapıldığı yerlər: Polunoçnoye, Cida (Rusiya); Qara-Oba (Qazaxıstan); Kalaxari (Botsvana), Byutt (ABŞ) və b. Azərbaycanda Tutqunçay hövzəsində (Kəlbəcər rayonu) rast gəlir.

Digər lüğətlərdə

испра́вничество практикова́ть сигилля́риевые трансли́роваться худерьба́ чрезме́рность вли́ться вы́гореть лао́сцы не́тель рогови́дный студио́зус су́слик кябра black cock emulsification hache index finger intramolecular kibbutzim prolific Ronald squadron leader моралист посчастливиться