Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «A» – 2488
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

ABCO

is. [fars.] Arpa suyu, pivə. [Mübaşir Məmməd:] Sən öl, gecəni xoş keçirmək üçün abcodan yaxı şey yoxdur. M.İbrahimov.

ABDAL

[ər.] 1. is. Sərsəri, avara, dərbədər. Gözəllərin olar xümsü zəkatı; Nə aşiqə, nə abdala yetişməz.
подробнее

ABDALLAŞMAQ

f. Abdal olmaq, sərsəri olmaq.

ABDALLIQ

is. Axmaqlıq, sərsərilik, səfillik.

ABDAR

sif. [fars.] 1. Sulu, şirəli, təravətli, lətafətli.
подробнее

ABDARLIQ

is. Mənalılıq, parlaqlıq, gözəllik, təravət. Kəlamın abdarlığı.

ABDƏST

b a x dəstəmaz. _ Abdəst almaq – dəstəmaz, namazdan qabaq əl-üzü yuma.
подробнее

ABDƏSTXANA

[fars.] köhn. bax ayaqyol

ABDUQ

is. Su qatılmış qatıq; atılama, ayran.

ABERRÁSİYA

is. [lat.] fiziol. 1. Həqiqətdən yayınma. 2. məc. Göz aldanması.

ABGƏRDƏN

is. [fars.] Misdən, alüminiumdan və s.-dən qayrılmış uzunsaplı çömçə.

ABGÜŞT

is. [fars.] köhn. Bozbaş, piti. Məşədi getdi, abgüştü öz əlində buğlanabuğlana gətirdi.
подробнее

AB-HAVA, ABÜ

HAVA is. [fars. ab və ər. həva] Bir yerin, ölkənin iqlimi, təbiət (su, hava, isti-soyuqluq) cəhətdən vəziyyəti.
подробнее

AB-HAVALI

sif. Yaxşı iqlimi olan, səfalı. Təbiətcə zəngin, ab-havalı və sakit bir yerə getmək qərarına gələn Şamil də Araz ilə Günəşin olduğu həmin kəndə gəlib çıxdı. A.Şaiq.

ABXAZ

is. Abxaziyanın əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam. Abxaz xalqı. Abxaz dili.

ABXOR

is. [fars.] köhn. Su içmək üçün qab, parç.

ABI

sif. Açıq-göy, mavi rəngli. Abı çit. Abı kağız.
подробнее

ABIR

is. [fars.] 1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət.
подробнее

ABIR-HƏYA

is. b a x abır 1-ci mənada. _ Abır-həyadan salmaq – biabır etmək, rüsvay etmək.
подробнее

ABIRLAMA

“Abırlamaq”dan f.is.; danlaq.