Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «AE» – 13
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AERODİNAMİ́K

sif. Aerodinamikaya aid olan, xas olan. Aerodinamik tədqiqat.
подробнее

AERODİNÁMİKA

[yun.] Havanın və digər qazların hərəkətindən, habelə qazların, onların içində olan cisimlərə təsirindən bəhs edən elm.

AERODRÓM

[yun.] Təyyarələrin və ya başqa uçucu aparatların havaya qalxması, enməsi və durması, habelə onların uçuşunu təmin etmək üçün müvafiq tikililəri olan meydança.

AEROFOTOQRÁFİYA

[yun.] Təyyarədən bir yerin fotoşəklini çəkmə.
подробнее

AEROXİZƏK

is. [yun. aero və xizək] Propeller vasitəsilə hərəkət edən xizək.

AEROKLÚB

[yun. aero və ing. klub] Təyyarəçilik ilə maraqlanan və ya məşğul olan şəxslərin ictimai təşkilatı (klubu).
подробнее

AEROLÓGİYA

[rus.] Havanın üst təbəqələrinin fiziki, kimyəvi və başqa xassələrini tədqiq edən elm.

AERONÁVT

[rus.] Uçucu aparatlarda havaya uçan adam.

AERONÁVTİKA

[yun.] Uçucu aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası.

AEROPLÁN

[fr.] b a x təyyarə. Qəzəl olmasaydı guya İranda; İndi biz uçardıq aeroplanda. Şəhriyar.

AEROPÓRT

[yun. aero və lat. port] Nəqliyyat təyyarələrinin müntəzəm uçuşlarını təmin etmək üçün lazım olan tikinti və avadanlıqla təchiz edilmiş böyük aerodrom. Bakı aeroportu.

AEROSƏPİN

is. [yun. aero və səpin] k.t. Alçaqdan uçan təyyarələr vasitəsilə səpin.

AEROSTÁT

[rus.] Balonun içində olan qazın qaldırıcı qüvvəsi sayəsində havaya qalxan havadan yüngül uçucu aparat; hava balonu.
подробнее