Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «Ü» – 273
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
ÜÇ ÜF ÜL ÜM ÜN ÜR ÜS ÜZ
 

ÜÇ CÜT, BİR TƏK

lap az; ~ iki cüt, bir tək.

ÜÇ GÜN AZAR, BİR GÜN MƏZAR

xəstə yatmaqdansa, ölmək daha yaxşıdır.

ÜÇ QƏPİYƏ DƏYMƏZ

bax: bir qara pula dəyməz.

ÜÇ MİSQAL DİLİNİ QOYUB BİR BATMAN BAŞI İLƏ DANIŞIR

söhbət zamanı suallara başı ilə cavab verən adam haqqında deyilən ifadə.

ÜÇDƏ ALACAĞI YOX, BEŞDƏ VERƏCƏYİ

işləri qaydasında gedən, heç kimdən asılılığı olmayan adam haqqında deyilən ifadə.

ÜFÜRSƏN, CANI ÇIXAR

arıq, zəif, cansız adam haqqında işlədilən ifadə.

ÜLGÜC ÜSTƏ YERİMƏK

təhlükəli işə girişmək, riskli, qorxulu taktika seçmək.

ÜMİD BAĞLAMAQ (BƏSLƏMƏK)

yaxşı bir şeyin olacağına inanmaq; birinə arxayın olmaq.

ÜMİD ÇIRAĞI YANDIRMAQ

hər şeyin yaxşı olacağına inam oyatmaq; ~ ümid vermək.

ÜMİD VERMƏK

arzusunun, istəyinin həyata keçəcəyinə inandırmağa çalışmaq; gözlənilən bir şeyin gerçəkləşəcəyinə i
подробнее

ÜMİDİ BOŞA (PUÇA) ÇIXMAQ

gözlədiyi olmamaq, arzusu reallaşmamaq, heç nəyə gümanı qalmamaq

ÜMİDİ DOĞRULMAQ

arzusu, niyyəti və planları həyata keçmək, reallaşmaq.

ÜMİDİ HƏR YERDƏN ÜZÜLMƏK

tək, əlacsız və ümidsiz olmaq; ~ gözünü çəkmək.

ÜMİDİ KƏSİLMƏK

ümidsiz qalmaq, inamı olmamaq; ~ əli üzülmək.

ÜMİDİ ÜZÜLMƏK

çarəsiz, ümidsiz qalmaq, çıxış yolu tapa bilməmək; ~ əlacı kəsilmək.

ÜMİDİNİ İTİRMƏK

arzusunun, istəyinin həyata keçəcəyinə, müsbət nəticəsinə daha inanmamaq; ~ əlini üzmək, ümidini kəs
подробнее

ÜMİDİNİ KƏSMƏK (ÜZMƏK)

bax: ümidini itirmək.

ÜMUMİ DİL TAPMAQ

bax: dil tapmaq.

ÜNSİYYƏT BAĞLAMAQ (QURMAQ)

aralarında yaxşı münasibət yaranmaq, bir-biri ilə razılaşa bilmək.

ÜRƏK BULANDIRMAQ

nifrət hissi oyatmaq, iyrəndirmək.