Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «T» – 175
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TI TO TR TU
 

TAB GƏTİRMƏK

dözmək, tablaşmaq; ~ davam gətirmək, duruş gətirmək.

TABAQ ... BAŞINDA ÇATLADI

bax: çanaq ... başında çatladı.

TABDAN DÜŞMƏK

gücü, taqəti tükənmək, heyi qalmamaq; ~ heydən düşmək.

TAXTA ÇIXMAQ

hakimiyyətə gəlmək, vəzifəsinin icrasına başlamaq.

TAXTDAN SALMAQ (DÜŞÜRMƏK)

hakimiyyətdən məhrum etmək, hakimiyyətinə, idarəçiliyinə son qoymaq.

TAXTI BOŞ QALMAQ

1. Varisi olmamaq; ocağını yandıracaq kimsəsi olmamaq. 2. Ölmək.

TAQƏTDƏN DÜŞMƏK

bərk yorulmaq, zəifləmək; ~ amanı kəsilmək, əldən düşmək, gücdən düşmək, əhədi kəsilmək (üzülmək), n
подробнее

TAQƏTDƏN SALMAQ

çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq,  əldən-ayaqdan salmaq, əhədini kəsmək, nəfəs
подробнее

TAQƏTİ KƏSİLMƏK

zəifləmək; ~ girdən düşmək, gücdən düşmək, taqətdən düşmək.

TAQQANAĞI ÇIXMAQ

bax: kösövü çıxmaq.

TALEYİ İLƏ OYNAMAQ

riskli işə girişmək; həyatı, taleyi ilə bağlı riskli qərar vermək; ~ taleyi tərəzinin gözünə qoyulma
подробнее

TALEYİ TƏRƏZİNİN GÖZÜNƏ QOYULMAQ

bax: taleyi ilə oynamaq.

TALEYİ ÜZ ÇEVİRMƏK (DÖNDƏRMƏK)

günü-güzəranı pisləşməyə doğru getmək; ~ bəxti dönmək, ruzigarı bəd əsmək.

TALEYİ ÜZÜNƏ GÜLMƏK

həyatında xoş, firavan dövr başlanmaq; ~ bəxti açılmaq, bəxti üzünə gülmək, üzünə gün doğmaq.

TALEYİN İXTİYARINA (ÜMİDİNƏ) BURAXMAQ

köməksiz və himayəsiz qoymaq, bir işi, fəaliyyəti dayandırmaq; ~ əlini üstündən çəkmək.

TALEYİN ÜMİDİNƏ QALMAQ

bax: Allah ümidinə qalmaq.

TALEYİNİ KOR QOYMAQ

öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq, uğursuzluğa düçar olmaq.

TAMAH DİŞİNİ ÇƏKMƏK

tamahını, nəfsini saxlamaq; ~ tamahına yiyəlik etmək, nəfsini gözləmək, nəfsinə hakim olmaq.

TAMAH DİŞİNİ İTİLƏMƏK

həvəslənmək, iştahası artmaq, nəfsinə hakim olmamaq; ~ ağzının suyunu axıtmaq.

TAMAH GÜC GƏLMƏK

iradəsi zəif olmaq, nəfsinə qalib gələ bilməmək, nəfsini saxlaya bilməmək; ~ nəfsinin qulu olmaq, ta
подробнее