GAR
GAVUR
OBASTAN VİKİ
Gav (Miyanə)
Gav (fars. گاو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 384 nəfər yaşayır (96 ailə).
Adi gavalı
Adi gavalı (lat. Prunus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Botaniki təsviri == Gavalını tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pektin (2% qədər), mineral maddələr, C,B vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr vardır. B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur. == Təbabətdə == Orta əsr müəllifləri gavalının müalicəvi xüsusiyyətlərindən misallar gətirirlər. Məhəmməd Mömin yazır ki, gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 q gavalını 0,7 suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır.
Afrika gavalısı
Afrika gavalısı (lat. Prunus africana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Amerika gavalısı
Amerika gavalısı (lat. Prunus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 8 m-dək olan, yarpağı tökülən ağacdır. Düz gövdəsi tükcüklü qabıqlı, iynəli budaqlı və açıq teksturalı çətirlidir. Enli çətirə malikdir. Yarpaqları növbəli yerləşir, oval formalıdır. Yarpaqların uzunluğu 2-4 sm-dir. Yarpağın yuxarı hissəsi tünd yaşıl, alt tərəfi hamar və açıqdır. Kiçik ağ çiçəkləri beş ləçəklidir və tək və ya qrupla yarpaqların qoltuğunda əməl gəlir.
Anna Gavalda
Anna Qavalda (fr. Anna Gavalda, 9 dekabr 1970[…], Bulon-Biyankur) — fransız yazıçısı. Onun əsərləri onlarca dillərə tərcümə olunub və böyük sevgiylə oxunur. == Bioqrafiya == Anna Gavalda Parisin prestijli Boulogne-Billancourt şəhər kənarında anadan olmuşdu. Anna'nın böyük nənəsi Sankt Peterburqda anadan olmuşdu və tanınmış Fulda nəslindəndir. Valideynlərin boşanmasından sonra, 14 il pansionda yaşamış, sonradan isə Sorbonna universitetinə daxil olmuşdu. 2007-ci ildə ekranlara Anna Gavalda'nın eyniadlı romanı əsasında? fransız rejissoru Klod Berrinin, Odru Totu baş rolda olmaqla "Sadəcə birlikdə" adlı film nümaiş olunmuşdur. 4 həftə ərzində filmi Fransada 2 milyon tamaşaçı izləmişdir.
Ağbulaq (Gavahın, Xocavənd)
Ağbulaq (əvvəlki adı: Masmına) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Masmına kəndi Ağbulaq kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağbulaq (Gavahın) kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ağbulaq (Gavbazə)
Ağbulaq — İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pirtac qəsəbəsindən 7,5 km cənub-şərqdədir.
Ağdaş (Gavbazə)
Ağdaş - İranın Kürdüstan ostanında kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pintac qəsəbəsindən 16 km cənubdadır.
Badamı gavalı
Bərm-i Gavmişi-yi se
Bərm–i Gavmişi–yi se (fars. برم گاوميشي سه‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 269 ailədə 590 nəfəri kişilər və 555 nəfəri qadınlar olmaqla cəmi 1.145 nəfərdir. Kəndin əhalisi qaşqayların Dərəşorlu tayfasının Aslanlı tirəsinə mənsubdur, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Dövlahtu (Gavork-i Nalin dehistanı)
Dövlahtu (fars. دوله تو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 678 nəfər yaşayır (103 ailə).
Gavar (Təbriz)
Gavar (fars. گوار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (45 ailə).
Gavdanəzar (Bicar)
Gavdanəzar (fars. گاودانه زار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə). Əhalisini kürdlər təşkil edir.
Gavdari-i Qaraney (Soyuqbulaq)
Gavdari-i Qaraney (fars. گاوداري قره ني‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Gavdil (Əhər)
Gavdil (fars. گاودل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Gavdol (Ərdəbil)
Gavdol (fars. گاودول‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Gavduşan döyüşü
Gavduşan döyüşü — 1774-cü ildə Xudat yaxınlığındakı Gavduşan çölündə Qarabağ, Şəki xanlıqları və Dağıstan hakimlərinin birləşmiş qüvvələri ilə Quba xanlığı arasında böyük döyüş oldu. Birləşmiş qüvvələr Qubanı və Şamaxını tutdular. Bu zaman Fətəli xan Salyana çəkildiyindən Dərbəndin müdafiəsinə həyat yoldaşı Tuti Bikə rəhbərlik edirdi. == Əmir Həmzə və Fətəli xan == 1774-cü ildə Qaraqaytaq usmisi Əmir Həmzənin, qazıqumuqlu Məhəmməd xanın, avarlı Ümmə xanın birləşmiş qüvvələri, habelə Tabasaran kadisi Rüstəmin, canqutaylı Əli sultanın, Dişsiz Məhəmmədin dəstələri Qubaya doğru hərəkət etdilər. Kostyukov, Əndəri və başqa yerlərin feodalları da bu koalisiyanın tərəfindən çıxış edirdilər. Yürüşün təşkilatçısı Fətəli xanın barışmaz düşməni Əmir Həmzə idi. Cənubi Dağıstan feodalları sürətlə hərəkət edirdilər ki, qubalılar onları dəf etmək üçün yeni qüvvə toplamağı bacarmadılar. Digər yandan onların müttəfiqləri Tarku şamxalı və Bunyak hakimi Tarku və Bunyakı müdafiə etməyə məcbur idilər. Qubaya yürüşün iştirakçıların məqsədləri Avar xanının və oğlanlarının intiqamını almaq idi. Fətəli xan və onun düşmənləri Xudatın yaxınlığına Gavduşan çölündə qarşılaşdılar.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Gavia adamsii
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia arctica
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia immer
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia lumme
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia pacifica
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia stellata
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.

Значение слова в других словарях