rumınca
rupi
OBASTAN VİKİ
Rumıniya
Rumıniya, Romıniya və ya Romaniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). == Tarixi == Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Roman (Rumıniya)
Roman — Rumıniyada şəhər.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. == Demoqrafiya == 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Rumıniya bayrağı
Rumıniya bayrağı — Rumıniyanın Dövlət bayrağı.
Rumıniya gerbi
Rumıniya Respublikasının Dövlət Gerbi - Rumıniya parlamenti tərəfindən 10 sentyabr 1992-ci ildə qəbul edilib. Bu gerb Rumıniya krallığının kiçik gerbinə əsaslanır (1922—1947-ci illərdə istifadə edilib). Gerbin əsas elementi — dimdiyində xaç, caynaqlarında skeptron və qılınc tutan qızıl rəngdə qartaldır. Gerbin əsas rəngləri Rumıniya bayrağındakı əks etdirən qırmızı rəng, sarı rəng və göy rənglərdir. == Təsviri == Qartalın sinəsində yerləşən lövhə Rumıniyanın beş vilayətinin tarixi rəmzləri verilib. Qızıl qartal — Valaxiyanın rəmzi. İbtidai öküz — Moldovanın rəmzi. Şir və körpü — Olteniya və Banatın rəmzi. Qara qartal, yeddi qəsr, günəş və ay — Transilvaniyanın rəmzi. Delfinlər — Dobrucanın simvolu.
Rumıniya himni
Deșteaptă-te, române! ("Deştəpta-te, romıne!", azərb. "Oyan, Rumın!") — 1989-cu ildən Rumıniyanın dövlət himnidir. 1990-cı ildən 1994-cü ilədək Moldovanın da dövlət himni idi. Himnin sözlərinin müəllifi Rumın şairi Andrey Mureşanudur. Himnin musiqisin Anton Pann yazıb. == Himnin sözləri == == Xarici keçidlər == • Rumıniya himni Arxivləşdirilib 2006-10-23 at the Wayback Machine Romania: Deșteaptă-te, române!
Rumıniya kinosu
== İlk illər == Rumıniya tamaşaçıları Lümyer qardaşlarının filmilərini 1896-cı ildə izlədilər. Artıq 1897-ci ildə Rumın həvəskar operatorların sənədli filmləri ekrana çıxdı. "Daşqın", "Hərbi eskadranın gəlişi" və s. ilk Rumın filmlərindəndir. İlk bədii Rumın filmi isə 1912-ci ildə çəkilmişdir. Bu film Rumıniyanın türk işğalından azad olunmasına həsr edilmişdir. "Azadlıq müharibəsi" filminin təşəbbüskarı Buxarestdə "Lirik" teatrın sahibkarı Lion Popesku idi. Filmin rejissoru və operatoru fransız Done idi. Bu vətənpərvər ruhlu film şahzadə Karl və hərbi nazir Filipesku tərəfindən bəyənilmişdi. Nazirin əmri ilə çəkilişə lazım olan döyüşçü qüvvəsi cəlb olundu.
Azərbaycan-Rumıniya münasibətləri
Azərbaycan–Rumıniya münasibətləri — Azərbaycan Respublikası ilə Rumıniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29 iyun-1 iyul Rumıniya prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmudur. 13-15 iyul 1999-cu ildə Rumıniya Milli Müdafiə Nazirinin dəvəti ilə Azərbaycanın Milli Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada səfərdə olmuşdur. 14-17 fevral 2000-ci ildə Rumıniyanın Müdafiə Naziri V.Baybuk Azərbaycana səfər etmişdir.
Azərbaycan–Rumıniya münasibətləri
Azərbaycan–Rumıniya münasibətləri — Azərbaycan Respublikası ilə Rumıniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29 iyun-1 iyul Rumıniya prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmudur. 13-15 iyul 1999-cu ildə Rumıniya Milli Müdafiə Nazirinin dəvəti ilə Azərbaycanın Milli Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada səfərdə olmuşdur. 14-17 fevral 2000-ci ildə Rumıniyanın Müdafiə Naziri V.Baybuk Azərbaycana səfər etmişdir.
Rumıniya Dövlət Televiziyası
TVR (Televiziune Română) Rumıniyanın rəsmi dövlət kanalı. Bu kanalda milli yarışlar və beynəlxalq xəbərlərdə göstərilir. Kanalın mərkəzi Buxarest şəhərində yerləşir.
Rumıniya Kommunist Partiyası
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Komunist Partiya
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Pravoslav Kilsəsi
Rumın Pravoslav Kilsəsi (rum. Biserica Ortodoxă Română) — Rumıniyada avtokefal pravoslav kilsə. Mərkəzi Buxarest şəhərindədir.
Rumıniya Sosialist Respublikası
Rumıniya Sosialist Respublikası — müasir Rumıniya ərazisində 1947-ci ildən 1989-cu ilə qədər mövcud olmuş dövlət. 1947-ci ilin 30 dekabrından 1965-ci ilin 21 avqustuna qədər adı Rumıniya Xalq Respublikası (rum. Republica Populară Română) olub. 21 avqust 1965-ci ildən 1989-cu ilə qədər isə ölkə Rumıniya Sosialist Respublikası (rum. Republica Socialistă România) adlanıb. 1989-cu ilin dekabr ayında baş vermiş inqilab zamanı Nikolae Çauşeskunun diktaturası ləğv edilmiş və bununla da Rumıniya Sosialist Respublikasının mövcudluğuna son qoyulmuşdur. == Kommunistlərin hakimiyyətə gəlməsi == İon Antoneskunun hakimiyyəti zamanı kommunistlərin təqib edilməsinin miqyası çox böyük ölçülər aldı. 1944-cü ilə qədər Rumıniya Kommunist Partiyasının bütün liderləri ya həbsxanada idilər, ya da baş götürüb Moskvaya qaçmışdılar. Bununla da üzvlərinin sayı onsuz da az olan zəif partiya rəhbərliyini də itirmişdi. Buna görə də o Rumıniyanın siyasi arenasında əhəmiyyətli rol oynaya bilmirdi.
Rumıniya leyi
Rumıniya Leyi (ro, ro; ISO 4217 RON 946) ― Rumıniyanın rəsmî pil vahidi. 1 iyul 2005-ci il tarixindən etibarən Rumıniya pul vahidi “Ley”dən dörd sıfır atılmış, yeni pul vahidi “Yeni Rumıniya Leyi” adlı puldan istifadə edilməyə başlanılmışdır. Rumıniya Mərkəzi Bankının verdiyi məlumata görə, inflyasiya nisbəti 2014-cü ilin noyabr ayından 2015-ci ilin noyabr ayına kimi 0.65% təşkil etmişdir.
Rumıniya rabitəsi
Rumıniya tatarları
Rumıniya tatarları (həmcinin rumın tatarları, dunay tatarları, rum. Tătarii din România, krımtat. Romaniya Tatarları, tatar. Дунай татарлары, Dunay tatarları) — Rumınya ərazisində rəsmi tanınmış milli azlıq. Rumınya parlamentində bir nümayəndələri vardır. Rumıniyada 2002-ci ildə aparılan siyahıya alınmaya görə burada 24 min tatar yaşayır (ölkə əhalisinin 0,1 %). İslam dininə etiqat edən tatarların az bir qismi isə Moldovada yaşayır. Onlar krımtatar dilinin müxtəlif dialektlərində danışırlar. == Tarixi == Tatarlar müasir Rumıniya ərazisində XIII əsrdə peyda olmuşlar. Onlar monqol yürüşləri zamanı bölgəyə gəlmişlər.
Rumıniya şəhərləri
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Rumıniya inqilabı
Rumıniya inqilabı — Rumıniya prezidenti Nikolae Çauşeskunu hakimiyyətdən devirmək üçün 1989-cu ilin dekabrında xalq və Rumıniya ordusu tərəfindən həyata keçirilən inqilab. Rumıniya şərq blokunda sosialist rejimlərinin süqutu zamanı hakimiyyətin qanlı şəkildə dəyişdirildiyi yeganə ölkə oldu. == İnqilabdan əvvəlki şərtlər == 1965-ci ildən Rumıniyaya rəhbərlik edən Nikolae Çauşeskunun iqtisadi və inkişaf siyasətinin Rumıniyanın resurslarını sıxaraq həyata keçirməsi ölkədə geniş qıtlığa və yoxsulluğun artmasına səbəb oldu. 1970-ci illərdə pis maliyyə idarəçiliyi və yanlış investisiya qərarları nəticəsində Rumıniyanın xarici borcu çox yüksək həddə çatdı. Bu borcun qısa müddətdə bağlanması üçün aparılan qənaət siyasəti (ərzaq məhsullarının normaya salınması, evlərin 14°-dən yuxarı qızdırılmasının qadağan edilməsi), 1982-ci ildən ölkənin kənd təsərrüfatı və sənaye məhsullarının böyük hissəsinin ixracı, Parlament Sarayı kimi möhtəşəm və lazımsız tikinti layihələri, 13 min kənddən 6 mininin boşaldılıb sökülməsi və sakinlərinin yeni tikilmiş mənzillərə köçürülməsi qərarı narazılıqla yekunlaşıb. Nikolae Çauşesku 1980-ci illərdə partiya və hökumət üzərində sərt nəzarəti saxlamaq üçün sərt siyasət yürütməyə başladı. 1988-ci ildə Sovet İttifaqında tətbiq edilən açıqlıq (qlasnost) və yenidənqurma (perestroyka) siyasəti Rumıniyada qəbul edilmədi. SSRİ-nin nəzarəti altında olan digər şərq bloku ölkələrində SSRİ-də həyata keçirilən bu siyasətlərin yaratdığı islahat dalğasından sonra müxalifətə qarşı məzlum münasibət daha da kəskinləşdi. 1989-cu ilin oktyabr və noyabr aylarında Berlin divarının uçurulması və şərq bloku liderlərinin bir-bir sıradan çıxarılması Nikolay Çauşeskunun gələcəyi ilə bağlı narahatlığına səbəb olmadı. 1989-cu ilin noyabrında Rumıniya Kommunist Partiyasının 14-cü qurultayında Nikolae Çauşesku yenidən partiyanın baş katibi seçildi.
Rumıniya pasportu
Rumıniya pasportu — Rumıniya vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Rumıniyadan kənarda pasport sahibinə diplomatik nümayəndəlik, yardım tələbi və Rumıniya konsulluqları tərəfindən təmin edilən müdafiə hüququ verir. Pasport Rumıniya dövlətinə məxsusdur. Rumıniya 1 yanvar 2007-ci ildə Avropa Birliyinə qoşuldu və 31 dekabr 2008-ci ildə öz biometrik pasportunu verməyə başladı. Pasportun məlumat vərəqi rumın, ingilis və fransız dillərində çap olunur. Rumıniya şəxsiyyət vəsiqəsi olan Carte de Identitate artıq Avropa İttifaqı daxilində səyahət etmək üçün istifadə edilə bilər. Rumıniya hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqı və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb. Henley Visa Restrictions Index 2016 hesabatına əsasən, Rumıniya vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 153 ölkəyə gedə bilərlər. Bununla da Rumıniya vətəndaşları dünyada səyahət azadlığına görə 19-cu yerdədir.
Qazaxıstan–Rumıniya münasibətləri
Qazaxıstan–Rumıniya münasibətləri — Rumıniya Respublikası ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Ümumi məlumat == Qazaxıstan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr 15 iyul 1992-ci ildə qurulmuşdur. 1993-cü ilin noyabrında Rumıniyanın Qazaxıstan Respublikasındakı səfirliyi açılmışdır. 2003-cü ilin sentyabrında Qazaxıstan Respublikasının Rumıniyadakı Diplomatik Nümayəndəliyi açılır. 2012-ci ilin mart ayında Diplomatik Nümayəndəliyin Qazaxıstan Respublikasının Rumıniyadakı səfirliyinə çevrilməsinə dair Qazaxıstan Respublikası Prezidentinin Fərmanı imzalanır. == Siyasi münasibətlər == Qısa tarixi dövrdə iki dövlət ikitərəfli əməkdaşlığın bütün sahələrində, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə, habelə çoxtərəfli qarşılıqlı fəaliyyət sahəsində ciddi irəliləyişlər əldə etdilər. Qazaxıstan və Rumıniya müntəzəm siyasi dialoqlar aparır. Hər iki ölkənin parlamentlərində Dostluq Qrupları fəaliyyət göstərir. İki ölkənin millət vəkillərinin illik görüşləri keçirilir. İki ölkənin xarici işlər nazirlikləri arasında hər il siyasi məsləhətləşmələr baş tutur.
Rumıniya zəlzələsi (1802)
Rumıniya zəlzələsi — Rumıniyadakı Vrança dağlarında zəlzələ 26 oktyabr 1802-ci ildə Müqəddəs Paraskeva günündə baş verir. Riçter cədvəli üzrə intensivliyi 7,9 bal qiymətləndirilən, Rumıniyada qeydə alınan ən güclü zəlzələdir. Avropa tarixindəki ən güclü zəlzələlərdən biridir. Bu zəlzələ Şərqi Avropa və Balkanlarda, Sankt-Peterburqdan Egey dənizinə qədər iki milyon kvadrat kilometrdən çox ərazidə hiss edilir. Buxarest zəlzələsinin gücü Merkalli cədvəli üzrə VIII-IX bal qiymətləndirilir. Bir çox kilsənin arakəsmələri yıxılmış və Kotroçen monastırı dağıdılmışdır. Əsasən aşan sobalardan çox sayda yanğın baş verir. Bolqarıstanda Ruse, Varna və Vidin şəhərləri demək olar ki, tamamilə məhv olur Əsas zəlzələ ardından bir sıra yeraltı təkanlar qeydə alınır. Ən güclüsü 5,5 bal gücündə olur. == Dağıntı və itkilər == Əsas təkanlar günorta ilə 12 ilə 1 arasında Buxarestə qeydə alınır.
Rumıniya şəhərlərinin siyahısı
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Rumıniya–Türkiyə münasibətləri
Rumıniya—Türkiyə münasibətləri — Rumıniya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. == Tarixi == 1878-ci ilin noyabrında Rumıniya ilə Osmanlı İmperiyası arasında diplomatik münasibətlər quruldu. 30 avqust 1916-cı ildə Osmanlı İmperiyası Rumıniyaya müharibə elan etdi. 9 fevral 1934-cü ildə Rumıniya, Türkiyə, Yuqoslaviya və Yunanıstanla birlikdə Balkan sazişinin hərbi-siyasi birliyini qurdu. Bu birliyin yaradılmasından əvvəl 1933-cü ildə Rumıniya-Türk müqaviləsi imzalandı. 1938-ci ildə ölkələrin Buxarest və İstanbuldakı diplomatik nümayəndəlikləri səfirlik səviyyəsinə qaldırıldı. 1939-cu ildə Balkan Antantası, hərbi-siyasi bir birlik olaraq II Dünya Müharibəsinin başlaması ilə mövcudluğunu dayandırdı. Soyuq müharibə dövründə Rumıniya ilə Türkiyə arasında praktiki olaraq heç bir diplomatik təmas yox idi. 1989-cu ildə Rumıniyadakı inqilabdan sonra Rumıniya-Türkiyə münasibətləri xeyli dərəcədə istiləşdi. Türkiyə, Rumıniyanın NATO-ya üzv olmaq üçün namizədliyini dəstəklədi və Rumıniya da Türkiyənin Avropa Birliyinə üzv olmaq istəklərini dəstəklədi.
Ukraynanın Rumıniya səfirliyi
Ukraynanın Rumıniya səfirliyi (ukr. Посольство України в Республіці Румунії) — Ukraynanın Rumıniyanın Buxarest şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 1-də Ukrayna və Rumıniya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın Rumıniya səfirliyi yaradıldı. Ukraynanın Rumıniyada olan fövqəldə və səlahiyyətli səfiri Paun Roqoveydir. O, 2020-ci ildən bu vəzifədədir.
Azərbaycan-Rumıniya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Rumıniya futbol matçları
== Kişilər ==
Dunay-Qara dəniz kanalı (Rumıniya)
Dunay-Qara dəniz kanalı — Dunay çayını Qara dənizlə birləşdirən qısa yol. Həm də gəmiçilik üçün yaralı olan bir kanal. Kanal keçmiş liman şəhəri olan Çernavodedən Dunayın yatağından ayrılır. Mecidiyyə və Basarabi şəhərləri ərazisindən Konstansa dəniz limanına axır. bununla da iki şəhəri daxili limana çevirir. Poarta-Albedən isə kanal iki hissəyə bölünür. Kanal Dobruca platosundan axır. == Tarixi == Kanalın inşasına hələ Osmanlı imperiyası dönəmində ehtiyac yaranmışdır. Dunay-Qara dəniz kanalının inşası haqqında ilk qərar 1948-ci ildə verilmişdir. Rumıniya Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin sözlərinə görə bu layihənin təklifini ilk dəfə Stalin vermişdir.
Rumıniya 2015 Avropa Oyunlarında
Rumıniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Rumıniya ümumilikdə 147 idmançı ilə təmsil olunub.
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Rumıniyanın kişilərdən ibarət yığması 14-cı yeri tutmuşdur. Kişilər qadınlar ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Rumıniya «A» kateqoriyası üzrə 2 idmançı kvotası əldə etmişdir. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Rumıniya Avroviziya Mahnı Müsabiqəsində
Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională a Sindicatelor Libere din România-Frăția və ya qısaca rum. CNSLR-Frăția) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == 1993-cü ildə yaradılmışdır. == Fəaliyyəti == Konfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır. == Tərkibi == Bu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir.
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku (rum. Blocul Național Sindical və ya qısaca BNS) — Rumıniyanın ən iri və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Buxarest şəhərində yerləşir. == Tarixi == Blok 1991-ci ildə yaradılmışdır. == Fəaliyyəti == Təşkilatın əsas fəaliyyət istiqamətləri piket və mitinqlərin təşkili üzrə müxtəlif tədbirlərin, müəssisələrdə həmrəylik aksiyalarının, qurultayların, seminarların və kampaniyaların mütəmadi olaraq keçirilməsi, üzv təşkilatların və onların fəaliyyətinin əlaqələndirilməsidir. == Tərkibi == Bloku dövlət və eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri birləşdirir və 350.000 üzvü var. == Rəhbərləri == Təşkilata Dumitru Kostin rəhbərlik edir. == Beynəlxalq əməkdaşlıq == Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir. == Həmçinin bax == Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası == Mənbə == ICTUR et al.,, redaktor Trade Unions of the World (6th). London, UK: John Harper Publishing.
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədi ilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Rumıniya Xarici İşlər Nazirliyi
Rumıniya Xarici İşlər Nazirliyi (rum. Ministerul Afacerilor Externe) — Rumıniya hökumətinin xarici işlərindən məsul olan nazirlik.
Rumıniya antikommunist müqavimət hərəkatı
Rumıniya antikommunist müqavimət hərəkatı 1940-cı illərin sonlarından 1950-ci illərin ortalarına qədər aktiv olmuş, ayrı-ayrı fərdi döyüşçülər 1960-ci illərin əvvəllərinə qədər mübarizəni davam etdirmişdir. Bu, kommunist rejimə qarşı ilk və ən planlı formada olan silahlı müqavimət idi. Döyüşçülər bandit olaraq görülürdülər. 1989-cu ilin sonlarında Nikolae Çauşesku devrilməyincə, "anti-kommunist silahlı müqavimət" adlandırılanların təfərrüatları ictimaiyyətə açıqlandı. Yalnız bundan sonra ictimaiyyət bəzən özlərini "hayduk" adlandıran bir neçə kiçik silahlı dəstə haqqında, hansı ki, bəziləri on il hakimiyyətdən gizlədildiyi Karpat dağlarına sığınan bir neçə kiçik silahlı dəstə haqqında məlumat aldılar. Son döyüşçü 1962-ci ildə Banat dağlarında aradan qaldırıldı. Hərəkətin dərəcəsi və təsiri postkommunist Rumıniya mediasında, sağ qalanların xatirələrində və hətta tarixşünaslıqda avtoritar, antisemitizm və / və ya ksenofobik olduğu halda çox vaxt şişirdilir. Qrupların bir hissəsinin ideologiyası ümumiyyətlə gözdən yayınır və ya minimuma endirilir. Rumıniya müqavimətinin bəzən keçmiş Sovet blokunda ən uzun sürən silahlı hərəkatlardan biri olduğu deyilir. == Əvvəli == 1944-cü ilin mart ayında Qızıl Ordu, Bukovinaya, nasist Almaniyasının müttəfiqi olan Rumıniya ərazisinə doğru irəliləyir.