Rute

die; -, -n 1. çubuq, qamçı, qırmanc; 2. (Schwanz) quyruq; 3. (zum Schlagen, Züchtigen) fələkə; 4. erkək hey-vanlarda cinsiyyət orqanı
rußig
Rutengänger
OBASTAN VİKİ
Bulbophyllum rutenbergianum
Bulbophyllum rutenbergianum (lat. Bulbophyllum rutenbergianum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Calliandra rutenbergiana
Acacia pervillei (lat. Acacia pervillei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia pervillei var.
Cessi Ruterford
Cessi Ceyms Ruterford (21 avqust 1991, Nyuböri-Park (Kaliforniya), Kaliforniya) — eyni zamanda Jesse kimi də bilinən amerikalı müğənni, bəstəkar və aktyor. Alternativ rok qrupu The Neighbourhood-un ifaçısıdr. Qrup üzvləri ilə birlikdə yazdığı "Sweater Weather" mahnısı ABŞ-də Billboard hit-paradında birinci yer olmuşdur.
Ruten Qaqloyev
Ruten Qaqloyev (12 (24) fevral 1888 – 19 iyul 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və şairi, mühəndis və ictimai xadim. oset. Музукк Сидæйнаг təxəllüsü ilə əsərlərini yazmışdır. Gələcəkdə Transqafqaz avtomagistralı olacaq Roki keçidindən keçən bir tuneli olan Zaramaq - Uanel yolunun bir hissəsinin layihəsi ona məxsusdur. 12 fevral 1888-ci ildə Sidan kəndində Cav dərəsindəki çoxuşaqlı Qıbi və Saba Qaqloyevlərin ailəsinə anadan olmuşdur. Dzau kəndində ibtidai məktəbi bitirdikdən sonra, Tiflisdəki 3-cü gimnaziyaya daxil olur. Gimnaziyanı gümüş medalla bitirir. Sonra gimnaziya direktorunun məsləhəti ilə 1906-cı ildə Mokovo Universitetinin Fizika və Riyaziyyat fakültəsinə daxil olur və burada üç il oxuyur. Sonra 1913-cü ildə mühəndis-mexanik dərəcəsi ilə bitirdiyi Moskva Ali Texniki Məktəbinin birinci kursuna daxil olur. Tələbə ikən ədəbi fəaliyyətlə məşğul olmağa başlayır.
Rutendo Nyahora
Rutendo Nyahora (1 noyabr 1988) — Zimbabveli marafonçu. Rutendo Nyahora Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Rutendo Nyahora birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 47 dəqiqə 32 saniyəyə qət edərək 157 marafonçu sırasında 92-ci yeri tutdu.
Rutenium
Rutenium (Ru) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 44-cü element.1844-cü ildə Kazan Universitetinin professoru Karl Karloviş Klaus (1796-1864) tərəfindən analiz üçün ona Peterburqdan göndərilmiş platinin emalı tullantılarını analiz edərkən kəşf olunmuşdur (1828-1845-ci illərdə Peterburq sikkəxanasında ural planetindən pul kəsilirdi). Klaus yeni elementi öz vətəninin şərəfinə adlandırıb (latın dilində Rusiyanın adı Ruthenia adlanır). Görünür aydınlaşdırmaq lazımdır ki, Klaus Derpt şəhərində anadan olmuşdur və bu şəhər 1704-cü ildən Rusiya imperiyasına daxil idi (1893-cü ildən Yurev, indi isə Estoniyada Tartu şəhəri). Lakin, ilk dəfə olaraq “ruten” adını Vilhelm Ozann (1797-1866) düşünmüşdür. O, xam platində kəşv etdiyi 3 elementdən birini belə adlandırmışdır. Lakin, Berselius Orannın aldığı nəticələri təsdiq etmişdir, o isə məşhur isveç kimyaçısı ilə mübahisədə özünün haqlı olduğunu sübut edə bilmədi. Berselius Klausun da nəticələrini təsdiq etmədi! Amma, o, Oranndan fərqli olaraq nüfuzlu Berselius qarşısında durmağı bacardı və nəhayətdə onu inandıra bildi ki, o, haqlıdır. Odur ki, ruteniumun kəşvi şərəfi Klausda qaldı. Platin və palladium elementlərinin sərtləşdirilməsində, göz müalicələrində, yumurta qabıqlarının qalınlıq ölçümlərində, qələmlərin uclarında və elektrik kontaklarının istehsalında istifadə edilir.
Rutenium (VIII)oksid
Rutenium (VIII) oksid – formulu RuO4 olan qeyri-üzvi birləşmədir. Rutenium (VIII) oksid ilk dəfə Karl Klaus tərəfindən 1860-cı ildə kəşf edilmişdir. Rutenum (VIII) oksid sarı-narıncı kristallar əmələ gətirir. Rutenium tetraoksid uçucu birləşmədir və asanlıqla sublimasiya olur. 100 ° C-dən çox qızdırıldıqda, partlayışla parçalanır. Güclü oksidləşdirici maddədir, ozon qoxusu verir, spirt ilə reaksiyaya daxil olduqda partlayış baş verir. Suda orta dərəcədə həll olunur, sulu məhlulları zəif bir turşudur pK1 =11.0. Rutenium qızdırıldıqda oksigenlə oksidləşir: R u + 2 O 2 → 1000 o C R u O 4 {\displaystyle {\mathsf {Ru+2O_{2}\ {\xrightarrow {1000^{o}C}}\ RuO_{4}}}} Ruteniumun kalium bromat ilə oksidləşməsi nəticəsində: 5 R u + 8 K B r O 3 + 4 H 2 S O 4 → 80 o C 5 R u O 4 + 4 B r 2 + 4 K 2 S O 4 + 4 H 2 O {\displaystyle {\mathsf {5Ru+8KBrO_{3}+4H_{2}SO_{4}\ {\xrightarrow {80^{o}C}}\ 5RuO_{4}+4Br_{2}+4K_{2}SO_{4}+4H_{2}O}}} Rutenium(IV) oksidi qızdırılaraq parçalanması nəticəsində: R u O 2 + O 2 → 700 − 1400 o C R u O 4 {\displaystyle {\mathsf {RuO_{2}+O_{2}\ {\xrightarrow {700-1400^{o}C}}\ RuO_{4}}}} Kalium tetroksarutenatın (VI) xlor ilə oksidləşməsindən: 2 R u O 2 → 1300 o C R u + R u O 4 {\displaystyle {\mathsf {2RuO_{2}\ {\xrightarrow {1300^{o}C}}\ Ru+RuO_{4}}}} K 2 R u O 4 + C l 2 → R u O 4 ↓ + 2 K C l {\displaystyle {\mathsf {K_{2}RuO_{4}+Cl_{2}\ {\xrightarrow {}}\ RuO_{4}\downarrow +2KCl}}} Rutenum (VIII) oksid qızdırıldıqda parçalanır: R u O 4 → 100 o C R u O 2 + O 2 ↑ {\displaystyle {\mathsf {RuO_{4}\ {\xrightarrow {100^{o}C}}\ RuO_{2}+O_{2}\uparrow }}} Güclü oksidləşdiricidi. Xlorid turşusunun durulaşmış məhlulu ilə reaksiyaya daxil olur: R u O 4 + 10 H C l → H 2 [ R u C l 6 ] + 2 C l 2 ↑ + 4 H 2 O {\displaystyle {\mathsf {RuO_{4}+10HCl\ \xrightarrow {} \ H_{2}[RuCl_{6}]+2Cl_{2}\uparrow +4H_{2}O}}} 4 R u O 4 + 32 H C l → 2 ( R u C l 3 ⋅ R u C l 4 ] ↓ + 9 C l 2 ↑ + 16 H 2 O {\displaystyle {\mathsf {4RuO_{4}+32HCl\ {\xrightarrow {}}\ 2(RuCl_{3}\cdot RuCl_{4}]\downarrow +9Cl_{2}\uparrow +16H_{2}O}}} Qələvilərlə reaksiyaya daxil olur: 4 R u O 4 + 4 K O H → 4 K R u O 4 ↓ + O 2 ↑ + 2 H 2 O {\displaystyle {\mathsf {4RuO_{4}+4KOH\ {\xrightarrow {}}\ 4KRuO_{4}\downarrow +O_{2}\uparrow +2H_{2}O}}} 2 R u O 4 + 4 K O H → 100 o C 2 K 2 R u O 4 + O 2 ↑ + 2 H 2 O {\displaystyle {\mathsf {2RuO_{4}+4KOH\ {\xrightarrow {100^{o}C}}\ 2K_{2}RuO_{4}+O_{2}\uparrow +2H_{2}O}}} 2 R u O 4 + 2 H 2 O 2 → 100 o C 2 R u O 2 ↓ + 3 O 2 ↑ + 2 H 2 O {\displaystyle {\mathsf {2RuO_{4}+2H_{2}O_{2}\ {\xrightarrow {100^{o}C}}\ 2RuO_{2}\downarrow +3O_{2}\uparrow +2H_{2}O}}} Rutenium tetroksid çox zəhərli, uçucu, güclü oksidləşdirici maddədir, buna görə möhürlənmiş ampulalarda saxlanmalıdır. Справочник химика / Редкол.: Никольский Б.П. и др..
Ruterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…], Delaver[d], Ohayo – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Ruterford atom modeli
Rezerfordun atom modeli — 1911-ci ildə Ernest Rezerford tərəfindən irəli sürülmüş fiziki model.+2 yüklü alfa zərrəcikləri (+2) qızıl təbəqənin üzərinə, arxasına film çəkilmiş şəkildə yerləşdirilir. H e + 2 {\displaystyle He^{+2}} ) və şüaların lövhəyə dəydikdən sonra yolları çəkilir. Rezerford öz təcrübəsi ilə atomun diametrini çox kiçik bir sapma ilə hesabladı (22 min alfa hissəciklərindən biri kənara çıxdı).) Kənarlaşmanın səbəbi çox güman ki, o zaman daha həssas ölçmə metodunun mövcud olmamasıdır.Rezerfordun atom modeli Günəş sisteminə bənzədilir. Plakaya göndərilən şüaların çoxu birbaşa boşqabdan keçirdi. Onun protonlarla dolu bir nüvəsi var və onun ətrafında fırlanan elektronlar planetlərə bənzədilir. Təcrübə nəticəsində aşağıdakı nəticələr əldə edilmişdir: Atomda böyük dəliklər var. Şüaların kiçik bir hissəsinin sındığı, çox kiçik hissəsinin isə əks olunduğu müşahidə edilmişdir . Buradan aşağıdakılar öyrənildi: atomdakı + (müsbət) yüklər nüvə adlanan kiçik həcmdə toplanır. O, atom kütləsinin böyük hissəsinin nüvədə cəmləşdiyini bildirdi. Atomda nüvənin ətrafında müsbət yüklü hissəciklər qədər elektron var və elektronlar atom həcminin böyük hissəsini tutur.