RÜSVAY
RÜSVAYÇILIQ
OBASTAN VİKİ
Xixon rüsvayçılığı
Qərbi Almaniya-Avstriya futbol qarşılaşması, 1982 FİFA Dünya kuboku çərçivəsində 25 iyun 1982-ci ildə İspaniyanın Xixon şəhərindəki El Molinon stadionunda oynanılan və 1-0 Qərbi Almaniyanın qalibiyyəti ilə nəticələnən qarşılaşmadır. Bu oyun, tarixə qara bir ləkə olaraq keçməsi ilə yanaşı futbolda qayda dəyişikliklərinin baş tutmasına səbəb olan oyunlardan biri olmuşdur. Bu oyun Alman futbol tarixinə Nichtangriffspakt von Gijón (Xixon aqressiyasızlıq müqaviləsi) və Schande von Gijón (Xixon rəzaləti) olaraq keçmişdir. Qeyd: O illərdəki sistemə görə qalibiyyətə 2, bərabərliyə isə 1 xal verilirdi. Xallar bərabər olduqda isə ilk olaraq qol fərqi nəzərə alınırdı. Qərbi Almaniya, Avstriya, Əlcəzair və Çilidən ibarət 2-ci qrupda Əlcəzair ilk oyununda Almaniyanı 2-1 məğlub edərək kubokda bir Avropa komandasını məğlub edən ilk Afrika komandası oldu. Əlcəzair Çili ilə oyunu bir gün əvvəl qalibiyyətlə başa vurmuşdu. Qrupdakı son oyun Qərbi Almaniya ilə Avstriya arasında oynanılacaqdı. Qərbi Almaniyanın Avstriyanı 1-0, ya da 2-0 məğlub etməsi halında, Qərbi Almaniya və Avstriya top fərqi ilə Əlcəzairi üstələyəcəkdi. Qərbi Almaniyanın 3, ya da daha çox fərqlə qazanması halında Avstriya, oyunun heç-heçə, ya da Avstriyanın qalibiyyəti ilə bitməsi halında isə Qərbi Almaniya qrupda qalaraq kubokdan kənarlaşacaqdı.

Значение слова в других словарях