SƏKKİZ-SƏKKİZ

нареч. по восемь. Səkkiz-səkkiz düzlənin стройтесь по восемь, səkkiz-səkkiz paylamaq раздавать по восемь
SƏKKİZ
SƏKKİZADAMLIQ
OBASTAN VİKİ
Səkkiz
Səkkiz — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Yeddidən sonra, doqquzdan əvvəl gəlir. Əski təsəvvurləri qoruyub cağımıza catdıran mənbələrdə elə səkkiz sayı ilə doqquz sayı da kainatın mifoloji modelinin ufuqi və şaquli vəziyyətini simvollaşdırır. Bundan savayı, bəzi turk xalqlarının mifoloji inamlarına gorə, səkkiz sayı qadın, doqquz sayı isə kişi başlanğıcını bildirir. Etiqada gorə, dord kimi səkkiz də yeraltı aləmin, gecənin, qışın simvoludur. Səkkiz sayının sehrli məna daşımasına, dunyanın ufuqi simvolunu təmsil etməsinə inanarlar. Yer kurəsini də səkkizguşəli duşunmuş və butun kainatı nurlandıran Gunəşi də elə səkkizşualı təsəvvur etmişlər. Yəni Gunəşin səkkiz şuası dunyanın səkkiz guşəsinə istilik, işıq paylayır. Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər daşımaqdadır. Belə ki, Azərbaycan Dovlətinin rəmzlərindən – gerb və bayrağındakı ulduz səkkizguşəlidir.
Altmış səkkiz
Altmış səkkiz — say sistemində ədədlərdən biridir. Altmış yeddidən sonra, altmış doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On səkkiz
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz səkkiz
Otuz səkkiz — say sistemində ədədlərdən biridir. Otuz yeddidən sonra, otuz doqquzdan əvvəl gəlir. Otuz səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx səkkiz
Qırx səkkiz — say sistemində ədədlərdən biridir. Qırx yeddidən sonra, qırx doqquzdan əvvəl gəlir. Qırx səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən səkkiz
Səksən səkkiz — say sistemində ədədlərdən biridir. Səksən yeddidən sonra, səksən doqquzdan əvvəl gəlir. Səksən səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 8, 11, 22, 44 və 88 ədədlərinə tam bölünür.
Yetmiş səkkiz
Yetmiş səkkiz — say sistemində ədədlərdən biridir. Yetmiş yeddidən sonra, yetmiş doqquzdan əvvəl gəlir. Yetmiş səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi səkkiz
İyirmi səkkiz — say sistemində ədədlərdən biridir. İyirmi yeddidən sonra, İyirmi doqquzdən əvvəl gəlir. İyirmi səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli səkkiz
Əlli səkkiz — say sistemində ədədlərdən biridir. Əlli yeddidən sonra, əlli doqquzdan əvvəl gəlir. Əlli səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 29 və 58 ədədlərinə qalıqsız bölünür.
Səkkiz vəzir problemi
Səkkiz vəzir problemi — Şahmat taxtasında səkkiz vəzirin bir-birini vurmadan necə yerləşdiriləcəyini müzakirə edən problemdir. Səkkiz vəzir problemi daha ümumi olan n vəzir probleminin xüsusi halıdır. n vəzir problemi n×n ölçülü şahmat taxtasında n sayda vəzirinin bir-birini vurmadan necə yerləşdirilməsi haqqında olan problemdir. Bu problem ilk dəfə 1848-ci ildə şahmat oyunçusu Maks Bezzel tərəfindən ortaya atılmışdır. Daha sonra Qauss, Qeorq Kantor tərəfindən haqqında araşdırmalar aparılmışdır. Məsələnin ilk həlli 1850-ci ildə F. Nauck tərəfindən verilmişdir. Həmçinin Nauck məsələni daha qlobal bir şəkilə nxn halına salmışdır. Səkkiz vəzir probleminin 92 həll yolu vardır. Digər həllər yuxarıdakı on iki həllin simmetrik çevrilməsi nəticəsində yaradılmışdır. N vəzir problemi hələlik 26-a kimi həll edilmişdir.
Səkkiz yarım (1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Səkkiz Gücün Alyansı
Səkkiz Gücün Alyansı Avstriya-Macarıstan, Böyük Britaniya, Almaniya İmperiyası, İtaliya, ABŞ, Rusiya İmperiyası, Fransa və Yaponiya İmperiyasını əhatə edən hərbi ittifaqdır. Bəzən Beynəlxalq Azadlıq Ekspedisiyası (ILE) adlandırılan qoşun və qüvvələrin birləşmiş kontingenti Alyans dövlətlərinin 45.000 əsgər və dənizçisindən ibarət idi . 27 sentyabr 1900-cü ildə N. P. Lineviçin komandanlığı altında Müttəfiq qoşunları Pekinə daxil oldular. Kampaniya zamanı müttəfiq qüvvələr 1900-cü ilin avqustunda Boksçu üsyanını yatırdılar və Çin imperiya ordusunu məğlub etdilər . İmperator hakimiyyəti qeyri-bərabər Yekun Protokolu imzalamalı oldu. Səkkiz gücün ittifaqı Çin tarixçiləri tərəfindən o zaman zəif Çini talan etmək istəyən güclü imperiyaların işğalı kimi, Boksçu üsyanı isə xarici işğalçılara qarşı üsyan kimi qiymətləndirilir. Səkkiz Qüvvə Alyansının humanitar tərəfi pərdə arxasında qalır. Yihetuanların müsbət qiymətləndirilməsi sovet tarixşünaslığı üçün də xarakterik idi. V. İ. Lenin 1900-cü ildə Boksçu üsyanını Avropa müstəmləkəçiliyinə qarşı hərəkat hesab edirdi. Nikolas Reyin " Pekində 55 gün" səfirlik məhəlləsinin və Beynəlxalq Azadlıq Ekspedisiyasının mühasirəsinə həsr olunmuş epik filmdir (1963).
Ardıcıl səkkiz silindrli mühərrik
Ardıcıl səkkiz silindrli mühərrik (çox vaxt I8 və ya L8 kimi qısaldılır), eyni xəttdə səkkiz silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Səkkiz silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən səkkiz silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl səkkiz silindrli mühərriklərə “maili səkkiz silindrlər”də deyilir. Silindr həcmi bir nəqliyyat vasitəsi alınarkən diqqət edilməsi ən vacib olan məsələlərdən biridir. İstifadə edilmiş bir avtomobil və ya sıfır kilometrlik bir avtomobil alarkən silindr həcmi nəzərə alınır. Nəqliyyat vasitəsinin fəaliyyətinə birbaşa təsir edən silindr həcmi, həm də yanacaq istehlakını təyin edən amillərdən biridir. 8 Silindrli mühərriklər əsasən performans maşınlarında olur. Xalq arasında “böyük mühərrik” olaraq bilinən səkkiz silindrli mühərrik həcmi, həm də at gücünün yüksək olduğuna işarədir. Silindrlər içərisindəki porşenlərin qarşılıqlı hərəkəti mühərrikin işləməsinə imkan verən enerjini yaradır. Silindrlər mühərrikdəki silindr gövdəsində 4 hissəli yerləşdirilmişdirlər.
Səkkiz yarım (film, 1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Səkkiz yüz (film, 2020)
Film real hadisələrə əsaslanır. 1937-ci ilin payızında Yaponiya imperatorunun ordusu Çinin şimalının böyük hissəsini işğal edir. Çin hərbi birləşmələri düşmənin irimiqyaslı hücumuna tab gətirməyərək pərən-pərən olur. Yaponlar artıq neytral status daşıyan və xarici konsessiyaların (Böyük Britaniya, Fransa) yerləşdiyi Şanxay şəhər mərkəzinin astanasındadır. Düşmənə qarşı sona kimi döyüşmək istəyən 400-ə yüzə yaxın çinli əsgər və zabit ordunun şəhərdəki son istinadgahı olan Sihuan anbarından müqaviməti davam etdirir. Çayın bir sahilində restoranlar, kafelər, kazinolar və müharibəyə bir tamaşa kimi baxan insanlar, digər sahilində kütləvi dağıntılar, qan gölməçələri və ölüm-dirim müharibəsinə çıxan əsgərlər...
İyirmi səkkiz panfilovçu (film)
İyirmi səkkiz panfilovçu (rus. Двадцать восемь панфиловцев) — Andrey Şalyopa və Kim Drujininin çəkdiyi 1941-ci ildə Moskvanın müdafiəsi zamanı sovet əsgərlərinin əfsanəvi şücaətindən bəhs edən rus bədii filmi. Filmdə Dubosekovo qovşağında müdafiəni həyata keçirən və 1941-ci il noyabrın 16-da Moskvaya gedən alman tanklarının hücumlarını dəf edən general İ.V.Panfilovun komandanlığı altında 316-cı atıcı diviziyasının əsgərlərinin fəaliyyəti göstərilir. Başlanğıcda film üçün vəsait toplanması kraudfandinq köməyi ilə həyata keçirilib və sonda toplanan məbləğ 34.746.062 rubl təşkil edib. Daha sonra Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Qazaxıstan Mədəniyyət Nazirliyi maliyyələşdirməyə qoşulub. Film istehsalının müxtəlif mərhələlərində maliyyə, təşkilati və texniki dəstək Gaijin Entertainment tərəfindən təmin edilib. Filmin premyerası 16 noyabr 2016-cı ildə Volokolamskda baş tutdu, geniş həcmli prokatı noyabrın 24-də başladı. 8 may 2020-ci ildə komanda filmin tam versiyasını ictimaiyyətə təqdim etdi. Filmin vəsaitinin toplanması, istehsalı və yayımı onun tarixi dəqiqliyi ilə bağlı bloqqosferdə və mediada qızğın müzakirələrlə müşayiət olundu. Film sənət tarixçiləri və peşəkarlar tərəfindən qarışıq rəyləri alsa da, tamaşaçılar tərəfindən müsbət qarşılandı, MDB-də 385 milyon rubl topladı və VTSİOM-un sorğusunun nəticələrinə görə Rusiyada ilin ən yaxşı filmi oldu.
İyirmi səkkiz panfilovçu (film, 2016)

Digər lüğətlərdə