səpələnti top atəşi

a rapid fire * беглый огонь
Sənsiz də keçinərik!
sərbəst adam (heç kəsdən asılı olmayan adam)
OBASTAN VİKİ
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.
Nuridə Atəşi
Nuridə Atəşi (Qədirova) və ya Nuridə Atəşi — Məşhur azərbaycanlı yazar, Qafqazın arxeologiyası və tarixi üzrə ixtisaslaşmış alim, pedaqoq və tarixçi. Almaniyada N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, Almaniya Jurnalistlər İttifaqının "Berlin bərabər imkanlar" komitəsinin sədr müavini, Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri və Almaniya Jurnalistlər Birliyinin üzvüdür. Nuridə Qədirova - Atəşi (22 avqust 1965) Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır.
Yaylım atəşi
Yaylım atəşi — hərbi ehtiram göstərilməsi üçün boş patronlarla açılan atəşdir. Xüsusi hallarda toplardan yaylım atəşi açıla bilər. Yaylım atəşi zamanı boş partonlarla 3 dəfə atəş açılır.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Cəhənnəm Atəşi Klubu
Cəhənnəm Atəşi Klubu (ing. Hellfire Club) və ya Uikomblu Müqəddəs Frensis Ordeni (ing. Order of the Friars of St. Francis of Wycombe) – XVII əsrdə Böyük Britaniyada yaradılmış gizli cəmiyyət. Cəmiyyət özündə yüksək mənsəb sahiblərini, varlı əyanları, iş adamlarını birləşdirirdi. Klub toplantılarında pis hərəkətlər qəti olaraq cəzalandırılırdı. == Tarixi == Klubun qurucusu Frensis Deşvud idi. O, qəribə şəxsiyyətə sahib bir insan idi. Bir sıra Avropa ölkələrinə səyahət edir və qayıtdıqdan sonra klub qurmaq qərarına gəlir. 1733-cü ildə qurduğu kluba Dilettanti Cəmiyyəti adını verdi və üzvlük üçün 40 nəfərə dəvət göndərir.
Avtomatik top
Avtomatik top — sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Brilliant top
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV–XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla "atəşə tutan" komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT — cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Top (şahmat)
Top — Şahmat fiquru. Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kiçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.
Krop-top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Krop top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Anadolu atəşi rəqs qrupu
2001-ci ildə Türkiyədə fəaliyyətə başlayan "Anadolu atəşi"nin 175 nəfərdən ibarət heyəti var. Qısa müddətdə professionallığı və ifa tərzilə sənətsevərlərin diqqətini cəlb edən "Anadolu atəşi" 2002-ci ildə "Avroviziya" yarışmasındakı çıxışından sonra məşhurluq qazanıb. Qrupun rəhbəri Mustafa Ərdoğandır.
Gümüş top (Portuqaliya)
Gümüş top (por. Bola de Prata) — Portuqaliya Premyer Liqasının mövsüm ərzində bombardir olmuş oyunçusuna təqdim edilən mükafat. Əgər mükafata eyni anda 2 və ya daha çox futbolçu namizəd olarsa bu halda mükafat daha az oyun keçirmiş futbolçuya təqdim edilir. Mükafat ilk dəfə olaraq idman qəzeti sayılan A Bola tərəfindən 1952/53 mövsümünün sonunda sahibinə təqdim edilmişdir.
Qızıl top 1956
Qızıl top mükafatı, UEFA-ya üzv olan ölkələrin idman jurnalistləri arasında baş tutan səsvermə ilə Avropanın ən yaxşı futbolçusuna təqdim edilir. Bu mükafatı ilk dəfə 1956-cı ilin 18 dekabrında Stenli Metyuz qazanmışdır.