SƏPİN (toxum səpmə işi) Pambıq səpini planı da pozula bilərdi (M.Hüseyn); ƏKİN Hələ Səriyyə özü əkinə gecikirdi (M.Hüseyn); GÜZLÜK (payızlıq səpin) [Alo:] Toxum çuvalda qaldı, yenə güzlüyü yazlığa dəyişib tərəkəmə tərpənəndə səpərdik.. (S.Rəhimov); ZİRAƏT (köhn.) Belə məlum oldu ki, keçən il bu vilayətin pambıq və arpa-buğda ziraəti səlaqət imiş (C.Məmmədquluzadə).