SAĞ

sif.
1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən. Sağ ayaq. Sağ göz.
– Usta … sağ əlini qaldırıb, bir az havada fırladı. Çəmənzəminli.
[Qızın] sağ yanağındakı bir xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq.

// Sol qola müqabil olan qol tərəfdə yerləşmiş.
Alı kişi qabaqca sağ axurdakı ata yaxınlaşdı. Koroğlu”.
Yanır sağ döşündə qızıl bir nişan. S.Vurğun.

// Üzü cərəyana tərəf durduqda həmin səmtə uyğun gələn. Çayın sağ sahili. Arazın sağ kənarında.
2. Siyasi və ictimai həyatda qabaqcıl cərəyanlara düşmən olan; mürtəce, mühafizəkar.
// Hər hansı burjua partiyası üzvlərinin, yaxud siyasi, fəlsəfi cərəyan nümayəndələrinin əsas kütləsinə nisbətən daha mürtəce, daha mühafizəkar görüşləri müdafiə edən. Sağ leyboristlər. Sağ sosialistlər (bu məna parlament salonunda mürtəce partiyaların üzvlərinin sədrdən sağ tərəfdə oturması ənənəsindən gəlmişdir). Sağ partiyalar.
// İs. mənasında – sağlar. Sağlara meyil edən qruplar.
– Biz açarkən bizə düzgün yollar; Sürünür arxada sağlar, sollar. M.Müşfiq.

◊ Sağ əl məc. – ən yaxın adam, köməkçi sirdaş, sədaqətli dost, yoldaş.
Molla Məmməd … şeyxin sağ əlidir. E.Sultanov.
[Nazlı:] Mustafa Fərhad qardaşın sağ əlidir. Ə.Məmmədxanlı.

Sağ əli(n) başıma (başımıza, başınıza, başına) – birinə qismət olan, nəsib olan yaxşı bir şeyi, xoşbəxtliyi özü və başqaları üçün də arzu etmək mənasında ifadə.
Sağ gözü kimi istəmək – çox istəmək, həddindən artıq əzizləmək.
[1-ci əcinnə:] Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək. Ə.Haqverdiyev.

Sağına-soluna keçmək1) bax sağınasoluna göz gəzdirmək. Qara şal çuxalı əlindəki siyahıya baxıb məhbusların sağınasoluna keçdi. Mir Cəlal;
2) yaltaqlanmaq, yalaqlıq eləmək.
Düşdü əyyar onun ayağına; Soluna keçdi, gah sağına. S.Ə.Şirvani.

Sağına-soluna göz gəzdirmək – hər tərəfi yoxlamaq, nəzərdən keçirmək.
[Anam] sağına-soluna göz gəzdirir, yerə baxır, zıqqıldayırdı. Mir Cəlal.

Синонимы

  • SAĞ I 1. SAĞ Baxdı sola, baxdı sağa; alt budağa, üst budağa (R.Rza); SAĞ TƏRƏF Firəngiz sinə aşağı enəndə sağ tərəfə, Ceyran bulağının üstündəki yasxanaya
  • SAĞ salamat — gümrah
  • SAĞ canlı — diri

Омонимы

  • SAĞ SAĞ I is. Tərəf, solun əks tərəfi. Qızıl gənclik nərə çəkir sağımızda, solumuzda (M.Müşfiq). SAĞ II sif

Антонимы

  • SAĞ SAĞ – XƏSTƏ Bəli, sağları sağaldıram (S.S.Axundov); Xəstə gözlərini açdı (S.Qədirzadə). SAĞ – SOL Allah sağ əli sol ələ möhtac eləməsin (Ata
SAFÜRƏKLİLİK
SAĞ

Значение слова в других словарях