Salomon adaları

coğ. Salomon m

salnaməçi
salon
OBASTAN VİKİ
Salomon Smaliyanov
Salomon Smaliyanov Rusiyada anadan olan məşhur saxtakar və Bernhard Əməliyyatının iştirakçısıdır. O həmçinin Nasist həbs düşərgəsindən xilas olmağı bacarmışdır. Müharibə öncəsi saxta valyutalar hazırlayan Smaliyanov Nasist milisləri tərəfihndən həbs olunmuşdur. Haqqında Avstriya istehsalı olan və 2008-ci ildə xarici dildə ən yaxşı film nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş "Saxtakarlar" (The Counterfeiters) filmi çəkilmişdir.
Salomon qızılböcəyi
Salomon qızılböcəyi (lat. Ancylocheria salomonii) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Böcəyin bədəni yaşılımtıl – firuzəyi rəngdədir. Qanadüstlükləri və ön döş üzərində narıncı ləkələr vardır, ətrafları yaşıl rəngdədir. Çin, İran, Türkiyə, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan (Zaqatala, Qəbələ, Şəki, Göyçay, Yevlax, Naxçıvan MR) ərazilərində rast gəlinir. 1919-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1928-ci ildə M.Axnazarov tərəfindən Naxçıvanda 1 fərd, 1929-cu ildə E.Hauser tərəfindən Ordubadda 2 fərd, qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir. Cənubi Qafqaz qovağından ibarət olan çaykənarı tuqay meşələrində məskunlaşır. Növün ekologiyasına dair məlumat yoxdur.
Katolikos II Salomon
Katolikos II Salomon — Albaniyanın XXXI katolikosu.
Katolikos I Salomon
Katolikos I Salomon — Albaniyanın XXIX katolikosu.
Azor adaları
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
BES adaları
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Bacuni adaları
Bacun adaları (ing. Bajun Islands, Baajun Islands) və ya Bacuni adalrı (ing. Bajuni Islands, it. Isole dei Bagiuni) — Hind okeanı sahilləri boyunca, Somalinin cənubunda uzanan adalar. Adalar sayları elədə çox olmayan Bacuni xalqının köklü yaşayış yeri sayılır. Kisimayo (Chisimaio) Kandaivu (Kandhaivu) Fuma (Fuma) Koyama (Coiama) Nqumi (Ngumi) Tenina (Thenina) Tovay (Chovaye) Teqadi (Tegadi) Tula (Chula) Çandraa (Chandraa) Darkasi (Darkasi) Ambu (Ambu) Qua (Gua) Tovai adasında daşdan şəhərin qalıqları vardır. Bu tip tikililər Keniyanın Lamu arxipelaqında rastlanılır. 1913-cü il məlumatına görəyalnız iki iri adada yaşayış vardır — Tovai (və ya Çovae 0°52′19″ c. e. 42°09′33″ ş.
Bacılar adaları
Bacılar adaları (ing. Sisters' Islands, malay Pulau Subar Laut, çin. 姐妹岛, tam. சகோதரிகள் தீவு) — Sinqapur dövlətinin tərkibinə daxil ola, iki adadan ibarət olan adalar qrupu. Dinqapur adasının cənubunda, Sinqapur körfəzində yerləşir. Malay dilində Subar-Laut (Böyük bacı adası) və Subar-Darat (Kiçik Bacı adası) olaraq adlandırılırlar. Ensiz ancaq dərin kanalla bir-birindən ayrılar. Adaya bərə vastəsi ilə gəlmək mümkündür. Subar-Laut 39 km², Subar-Darat 17 km² sahəyə sahibdir. Əfsanəyə görə Sinqapur adasında bir dul qadın və iki qızı vardı.
Baham adaları
Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir. Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur. Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir.
Balear adaları
Balear adaları — İspaniyaya bağlı beş böyük və onları əhatə edən bir neçə kiçik adadan ibarət olan muxtar birlik. İspan dili ilə birlikdə katalan dili də bu bölgənin rəsmi dildir. Bölgəni ən böyük adaları Malyorka, Minorka, İbitsa, Kabrera və Formenteradır. Tarixi mənbələrə görə, 2600 ildir ki, insanların buralarda yaşadığı bilinməkdədir. Tarixdə müxtəlif zamanlarda Balear Adaları romalıların, kartacalıların, əlcəzairlilərin və ispanların idarəsində qalmışdır. E.ə. 122-ci ildə adalar romalıların əlinə keçmiş, 466-cı ildə vandallar hakim olmuşdur. Vandallarla Şərq Roma İmperatorluğu arasında davam edən mübarizədən sonra , adalar Şərqi Roma İmperatorluğuna daxil oldu. Səkkizinci əsrdə adalar , Ərəblərin əlinə keçdi. Balear Adaları 903'te edilən müqvilədə Əməvi Dövlətinə daxil oldu.
Balleni adaları
Balleni adaları (ing. Balleny Islands) — Üç böyük adadan və çoxlu sayda kiçik adalardan ibarət, insan yaşamayan arxipelaqdır. Vulkan mənşəli Cənub okeanı (Somov dənizi) və cənubdan Yeni Zelandiya ilə əhatələnmişdir. Arxipelaqa üç böyük ada daxil olur — Yanq, Bakl və Sterj adaları. Həmçinin bir çox xırda adacıqlardan və qayalardan ibarətdir. Adaların hündürlüyü dəniz səviyyəsindən 1524 m yüksəkliyə qədər çatır. Ərazinin çox hissəsi buzlaqlarla örtülmüşdür. Arxipelaqın uzunluğu təxminən 160 kilometrə qədər uzanır. Adalarda Adeli pinqvini və Antarktika pinqvininlərinin böyük koloniyaları yerləşir. Adalar Antarktika haqqında konvensiyaya görə Yeni Zelandiyaya yaxın olan Antarktika ərazisinə (Rossa ərazisi) daxil edilmişdir.
Barer adaları
Barer adaları — Laptevlər dənizində yerləşən Pyotr adaları tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Cənub adasında şimal-şərqdə yerləşir. Adalar uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə istiqamətlənir. Materikin şelf hissəsində qumdan ibarət adalardır. Adalar Vasili Vasilyeviç Pronçişeviç tərəfindən 1736-cı ildə kəşf edilmişdir.
Batu adaları
Batu adaları (ind. Kepulauan Batu) — Hind okeanında yerləşən elədə böyük arxipelaq. Sumatra adasından qərbdə, Nias və Mentavay adaları arasında yerləşir. İnzibati baxımından Şimali Sumatra vilayətinə daxildir.. İndoneziya və Malay dillərində daş və ya qaya mənasını verir. Arxipelaqa 48 ada daxildir. Sahəsi 1154 km²-dir. Tanahmasa adasından akvator xətti keçir. 1154 km² ərazinin 1125 km² üç adanı əhatə edir: Pini, Tanahmasa və Tanahbala. Tanahbala — 467,6 km².
Baunti adaları
Baunti (ing. Bounty Islands) — arxipelaq 13 adadan ibarət olub Yeni Zelandiyanın Cənub adasından 650 km cənub-şərqdə yerləşir. Yeni Zelandiyanın daxili adalar bölgəsinə daxildir. Baunti adaları Ümumdünya irsi siyahısına daxildirlər. Adalar 179° 02' — 179° 07' ş. u., və 47° 40' — 47° 45' c. e. koordinatları arasında yerləşir. Adaların ümumi sahəsi 1,35 km², ən hündür nöqtəsi 90 metr təşkil edir. Əsas qrup (47°45′ c.
Begiçev adaları
Begiçev adaları — Laptevlər dənizinin cənub-qərbində, Xatanqa körfəzinin girəcəyində yerləşən iki adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Yakutiya ərazidində yerləşir. Adalar 1908-ci ildə rus dənizçisi və səyahətçisi Hikifor Akekseeviç Beqiçev tətəfindən kəşf edilmişdir və onun şərəfinədə adlandırılmışdır. Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür.
Biak adaları
Biak adaları (ind. Kepulauan Biak, ing. Schouten Islands) — İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxil olan, elə də böyük olmayan arxipelaq. Arxipelaq Yeni Qvineyadan şimalında, Çerdravasix körfəzinin daxilində yerləşir. Üç iri: Biak (1746 km²), Supiori (659 km²), Numfor (335 km²) və bir necə kiçik adadan ibarətdir. Ümumi sahəsi 2602 km²-dir. Adalar ekvatorial iqlim qurşağında yerləşir. İl ərzində orta illik temperatur 27 °C-dir. İllik yağıntının miqdarı 2850 mm-dir. Əhalinin əsas etiqad etdiyi din xristianlıqdır.
Bisernye adaları
Bisernye adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın cənub-şərqində, Salm adası sahillərində yerləşir. Adalar buzla örtülmürlər. Xüsusi seçilən yüksəklik yoxdur. Qrupa daxil olan adaların uzunluğu 100 metri keçmir. Qrupun şərqi ilə qərbi arasında məsafə 2.5 km-dir. Qrupa daxil olan ən böyük adanın üzəri daşlıqlardan ibarətdir.
Blank adaları
Blank adaları (ing. Blank Islands) — ABŞ-nin Alyaska ştatının Ketçikan şəhəri sahillərində yerləşən adalar. Mütləq hündürlüyü 12 m, sahəsi 24 hektardır. Çəkilmə zamanı adalar bir-birinə bağlanır. Blank adalarına Böyük ada və Kiçik ada daxildir. Böyük ada tamamilə sıx iynəyarpaqlı meşə ilə örtülmüşdür. Adanın mərkəzində kiçik bataqlıq və gölməçə (bataqlıq sahəsi - 1,5 hektar; gölməçə sahəsi - 0,3 hektar) vardır. Dadan ibarət olan təpəliyə sahibdir. Təpələrin hündürlüyü qırx metrə qədərdir. Adada maral və canavar vardır.
Bliznesı adaları
Bliznesı adası (rus. Острова Близнецы) — Urup adasının şimal-şərq qutaracağında, Oxot dənizində 2 ada və qayalıqdan ibarət bir adalar qrupu. Arxipelaqın ümumi sahəsi təqribən 0.3 km²-ə çatır. Bunun 0,17 km² "Sanıça" adasının payına düşür. Ada 95.1 m hündürlüyə malikdir. 54.8 min m² ərazi Minerva adasının payına (Minerva məbədinin şərəfinə) düşür. Üçüncü qaya adası "Pivnaya kruşka" adlanır. Bu adaya cənubdan baxanda pivə bakalına bənzəyir. Adanın sahəsi 7,5 min m²-dir. İnzibati olaraq Saxalin vilayətinin Kuril şəhər dairəsinə daxil edilmişdir.
Brexovskie adaları
Brexovskie adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır yarımadasının qərb sahillərində yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Yenisey çayının estuarisində yerləşirlər. Adalar XVIII əsrdə burada təsərrüfat təşkil etmiş Brexov ailəsinin şərəfinə adlandırılmışdır. Qrupa daxil olan adalar əsasən düzən relyefə malikdirlər. Bataqlıqlaşmışdırlar. Çoxlu sayda müxtəlif ölçüyə malik adalardan ibarətdir. Adalar Yeniseyin adalar arasından keçən qolları ilə ayrılırlar. Arxipelaqda maksumal hündürlük 10 metr dəniz səviyyəsindən yuxarıda yerləşir.
Britaniya adaları
Britaniya adaları (ing. British Isles, irl. Éire agus an Bhreatain Mhór, ş.german Breetish Isles) — Avropanın şimal-qərbində, Şimal dənizi və Atlantik okeanı arasında arxipelaq. Britaniya adalarında Böyük Britaniya və İrlandiya dövətləri, eləcə də Britaniya tacının hakimiyyəti altındakı ərazilər yerləşir. Adaların sahəsi 315,159 min km² -dir. Materik Avropadan Şimal dənizi, Pa-de-Kale boğazı və La-Manş kanalı ilə ayrılmışdır.
Brounov adaları
Brounov adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar rus meteoroloqu və arqometeoroloqu Pyotr Brounovun şərəfinə adlandırılmışdır.. Adalar arxipelaqın mərkəzində, Qalla adasından 1 km aralıda yerləşir. Ondan 8 km şimal-qərbdə isə Heys adası yerləşir. Qrupa daxil olan adalar demək olar ki eyni izunluğa sahibdirlər. Adalar arasında məsafə 800 metrdir. Adalar buzla örtülüdür. Daşlıq sahələr vardır.
Cersi adaları
Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir. Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir.
Delarov adaları
Delarov adaları (ing. Delarof Islands, aleut. Naahmiĝun tanangis) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan kiçik adalar qrupu. Adreyanov adalarının şərq hissəsindən Tanaqa boğazı, Amçitka və Semisopoçnı adalarının qərbindən isə isə Amçitka boğazı ilə ayrılır. Qrupa 11 ada daxildir: Amatiqnak adası (Amagtignak), Qorelı adası, Ilak, Kavalqa (Qavalĝa), Oqliuqa (Aglaga), Skaqul (Sxaĝulax̂), Taqs (Tagachaluĝis), Tanadak (Tanaadax̂), Uqidak (Qagan-tanax̂), Ulak (Ulak) və Unalqa (Unalĝa). Adalar öz adını 1836-cı ildə Fyodor Litke tərəfindən verilmişdir. Adalar yunan dənizçisi Evtratiya Delarovun şərəfinə adlandırılmışdır.
Dünya adaları
Dünya adaları (ərəb. جزر العالم‎) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur. The World layihəsinin təşəbbüskarı Nakheel şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum olmuşdur. Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür. Arxipelaqın sahəsi 55 km² təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur.