Sosial gigiyena və səhiyyənin təşkili
Sosial gigiyena və səhiyyənin təşkili və ya ictimai səhiyyə – cəmiyyətin, təşkilatların, icmaların və fərdlərin mütəşəkkil səyləri və şüurlu formada seçimləri yolu ilə ömrü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran "xəstəliklərin qarşısının alınması elmi və sənəti" olaraq müəyyən edilmişdir. Daha geniş bir formada deyiliş ilə təşkil edilən ictimai fəaliyyətlərin nəticəsində, ətraf mühitin və səhiyyə şəraitinin yaxşılaşdırılması, insanlara səhiyyə haqqında düzgün məlumatlarının verilməsi, yoluxucu xəstəliklərin qarşısının əvvəlcədən alınması, xəstəliklərin əvvəlcədən diaqnostikası və müalicəsini həyata keçirəcək sağlamlıq təşkilatlarının yaradılması, ictimai fəaliyyətlər nəticəsində cəmiyyətin hər bir üzvünün sağlamlığını təmin edə biləcək bir yaşayış səviyyəsinin təmin edilməsi, insan ömrünün uzadılması, insanların fiziki sağlamlıqlarının artırılması hesabına iş qüvvələrinin yüksəldilməsini hədəfləyən bir elmdir.