Savmel Qriqoryan
Samvel Qriqoryan (tam adı: Samvel Avanesoviç Qriqoryan, 20 aprel 1907, Şuşikənd, Şuşa qəzası – 5 iyun 1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985).
Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşikənd kəndinə dəmirçi ailəsində anadan olub. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib.
1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Azərbaycan Radio Verilişləri Komitəsində işləyib.
Samvel Qriqoryan 7 iyun 1987-ci ildə Bakıda vəfat etmişdir.
1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb.
A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini ("Şeirlər" ("Բանաստեղծություններ").