Sayanın quluyam, saymayanın ağası.

One will respect the others, when they respect him. / He that respects not is not respected. Не уважают того, кто других не уважает.
saya salmamaq
… sayeyi-mərhəmətindən
OBASTAN VİKİ
Ağası Məlikov
Ağası Məlikov (tam adı: Ağası Zərbəli oğlu Məlikov; 1 yanvar 1957, Siyəzən rayonu) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru. == Həyatı == Ağası Məlikov 1957-ci il yanvarın 1-də Siyəzən rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Amerikada nəşr olunan "American Journal of Operation Research" jurnalının yarandığı gündən onun Redaksiya Heyətinin üzvüdür və bu ildən o, həmin jurnalın Baş Redaktoru seçilmişdir . == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ağası Məlikov Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə, həmçinin Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində və AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb. === Elmi fəaliyyəti === Neft məhsulları ilə təminetmə obyektlərinin texnoloji proseslərinin riyazi modelləri və onların optimallaşdırılması üsullarını yaratmışdır. İdarə olunan prioritetləri olan çoxselli kütləvi xidmət sistemlərinin optimallaşdırılması üsullarını yaratmışdır. Çoxölçülü Markov zəncirlərinin stasionar paylanmasının hesablanması üçün səmərəli təqribi üsullar yaratmışdır. Əks əlaqələri olan kütləvi xidmət sistemlərinin və ehtiyatlanma-xidmət sistemlərinin yeni modellərini təklif etmiş və onların riyazi analizi üsullarını yaratmışdır. Gələcək nəsil kommunikasiya şəbəkələrin keyfiyyət göstəricilərinin hesablanması və optimallaşdırılması üçün üsullar təklif etmişdir.
Ağası Məmmədov
Ağası Ağagül oğlu Məmmədov (1 iyun 1980; Bakı, Azərbaycan SSR) — Azərbaycanı və Türkiyəni təmsil edən boksçu. 1997–2001-ci illərdə Türkiyə, 2002–2004-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edib. Ağası Məmmədov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Ağası Məmmədov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Ağası Məmmədov 1980-ci il iyunun 1-də Bakı şəhərində anadan olub. == Karyerası == === 1997-ci il: Dünya Çempionatında debüt === Ağası Ağagüloğlu 1997-ci ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu turnir 17 yaşlı Ağası Ağagüloğlunun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri idi. Turnirin 1/8 final mərhələsində Ağası Ağagüloğlu Argentina nümayəndəsi Ömər Narvaez ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ağası Ağagüloğlu rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı. === 1998-ci il: Avropa Çempinatında beşinci === Ağası Ağagüloğlunun növbəti turniri 1998-ci ilin 16–24 mayında Belarusda baş tutan Avropa Çempionatı oldu.
Ağası Məşədibəyov
Ağası Abutalıb oğlu Məşədibəyov (1912, Bakı – 1984) — Azərbaycan tarzəni, bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Ağası Məşədibəyov Abutalıb oğlu 1912-ci ildə anadan olub. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirən Ağası Üzeyir bəyin təklifi ilə məktəbin notlu xalq çalğı alətləri orkestrinin dirijoru və xalq musiqisi şöbəsinin müdiri vəzifələrini daşımışdır. Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində ikinci tarçılar qrupunun konsertmeysteri kimi çalışmışdır. Həm müəllim, həm də orkestrdə konsertmeyster olan A. Məşədibəyovun musiqiçi kadrların meydana gəlməsində rolu az deyildi. Böyük Vətən müharibəsi illərində A. Məşədibəyov konsert briqadaları ilə cəbhədə tez-tez çıxış etmiş, döyüşçüləri qələbələrə ruhlandırmışdır. Müharibədən sonrakı illərdə A. Məşədibəyov Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra Şəki Musiqili-Dram Teatrının musiqi hissə müdiri işləmişdir. Şəki teatrında çalışdığı dövrlərdə Azərbaycan bəstəkarlarının bir neçə səhnə əsərini: Z. Hacıbəyovun " Aşıq Qərib" operasını, S. Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", F. Əmirovun "Gözün aydın" musiqili komediyalarını tamaşaya hazırlamış, eyni zamanda dram tamaşalarına musiqi yazmışdır. A. Məşədibəyov 1939-cu ildə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilində bilavasitə yaxından iştirak etmiş, burada əvvəl tarzən-solist, sonra isə ikinci dirijor kimi işləmişdir. O, "Toy kimindir?" adlı musiqili komediyasını məhz bu teatr üçün yazmışdır.
Ağası xan
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Qızlar ağası
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır. Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi.
Ağası Babayan
Ağası Babayan (erm. Աղասի Բաբայան; 21 dekabr 1921, Ciğdamlı, İrəvan qəzası – 17 noyabr 1995) — Ermənistan-sovet rejissoru, ssenaristi və aktyoru. 1974-cü ildə RSFSR-in əməkdar artisti adını almışdır. == Həyatı == Ağası Babayan 21 dekabr 1921-ci ildə Ermənistan SSR-nin Ciğdamlı kəndində anadan olmuşdur. O, Sergey Gerasimov adına VGİK-də aktyorluq və rejissorluq üzrə təhsil almışdır. Babayan sonradan neçə il "Armenfilm"də işləmişdir. 1952-ci ildə "Mosnauçfilm" studiyasına köçmüşdür. O, 1961-ci ildə çəkilmiş "Dersu Uzala" filminin (sonralar Akira Kurosava tərəfindən yenidən işlənmiş) orijinal film versiyasını, eləcə də Vitali Biyankinin tayqada çəkilmiş hekayələri əsasında vaşaq Kunak haqqında dörd film silsiləsi ilə məşhurdur. O, təbiət, tarix və musiqi ilə bağlı bir sıra sənədli filmlər də hazırlamışdır. Babayan 17 noyabr 1995-ci ildə vəfat etmişdir.
Hərəm ağası
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır. Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi.
Ağası bəy Avşarov
Ağası bəy Avşarov (25 sentyabr 1833 Şamaxı – 1907 Sankt-Peterburq) — tam süvari qoşunu generalı (14 fevral 1906). == Həyatı == 25 sentyabr 1833-cü ildə Rusiya İmperiyası, Bakı Quberniyasının Şamaxı şəhərində anadan olub. Rusiya mənbələrinə görə o Krım müharibəsinin iştirakçısı olub. S.Semanov "Brusilov" kitabının altmış səkkizinci səhifəsində yazır:[mənbə göstərin] "1897-ci ildə general-mayor Ağasıbəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi vəzifəsinə təyin olunur. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi-İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də suvari alaylarında şərəflə qulluq edirdiləp General Avşarov geniş ürəyə malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az da tənbəllik vardı. 1902-ci il fevralın general-mayor Ağası bəy Avşarovu Peterburq Süvari. Məktəbinin rəisi vəzifəsindən azad edib Baş Qərargahda süvari ordusunun Baş müfəttişi təyin etdilər." == Dini və etnik mənsubiyyəti == Müxtəlif məbnələrdə Ağasi bəy Avşarov barədə ziddiyyətli məlumatlar yer alıb.
Ağası kəndi (Xoy)
Ağası kəndi (fars. اقاسي كندئ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənd qeydə alınsa da, yaşayış qeydə alınmamışdır.
Ağası xan Sərkər
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Ağası xan Xançobanlı

Haci Mirzə Ağası Bayat
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Hacı Mirzə Ağası İrəvani

Keyxosrov xan (tüfəngçi ağası)
Keyxosrov xan (vəfatı 1674) — Səfəvi hərbi komandiri və gürcü soylu qulam. Şah Süleyman Səfəvi (1666-1694) dövründə 1670-dən 1674-cü ilə qədər silahlı korpusun (tüfəngçi ağası) komandiri vəzifəsini icra etdi. Keyxosrovun anası gürcü Saakadze ailəsindən olan Bican bəy Saakadzenin qızı idi və beləliklə Bicanın oğulları Rüstəm (sepahsalar, vəfatı 1643), Əliqulu xan (vəfatı 1667) və İsa xanın (vəfatı 1654) bacısı oğlu idi. Keyxosrovun oğlu Mənuçöhr 1698-1699-cu illərdə qısa müddətə Darun bəylərbəyi olaraq xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 185.
Mənsur xan (qullar ağası)
Mənsur xan və ya Qorcasbi bəy — Səfəvi hərbi komandiri, şah qulamı və gürcü Orbeliani tayfasından olan bir məmur. 1693-cü ildən bir müddət əvvəl imperiyanın şah qulam korpusunun (qullar ağası) komandiri və 1663-cü ildə Qəndəhar qubernatoru (bəylərbəyi) vəzifəsini daşımışdır. O, gürcü zadəgan Aslamazın oğlu idi və ən azı iki qardaşı, Otar (Zu əl-Fəqər) və onun kimi nüfuzlu vəzifələri tutan Vaxuşti idi. Aleksandr Orbelianiyə (1802–1869) (gürcü romantizm şairi, dramaturq, jurnalist və tarixçi, Orbeliani sülaləsinin zadəganı) görə Keyxosrov adlı daha bir qardaşı vardı. Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 173.
Siyavuş bəy (qullar ağası)
Başıaçuğı nisbi (vəfatı 1650/51 və ya 1655) ilə də tanınan Siyavuş bəy — Səfəvi hərbi komandiri, rəsmisi və gürcü mənşəli qulam. Siyavuş bəy karyerasının əvvəlində bir hərbi zabit (yüzbaşı) olmaq üçün sıralar arasından yüksəldi. 1632-ci ildə Dərbəndin yeni bəylərbəyi (hakem) və Xosrov Mirzənin ardından (sonralar Kartlinin Rüstəm xanı) şah qulam korpusunun (qullar ağası) komandiri təyin edildi. Uzun müddət korpus komandiri olaraq qaldı. 1645-1649-cu illərdə Kuhgiluyə bəylərbəyi vəzifəsini icra etdi. 1645-ci ildə yenidən təyin olunmuş baş vəzir Xəlifə sultan əl-Hüseyni İsfahanın böyük erməni icmasına qarşı sərt qanunlar tələb etdikdə sonuncu xristian olan Siyavuş bəyə müraciət etdi. O dövrdəki hazırkı şah II Abbas (1642-1666) kimi Siyavuş bəy də içki hərisi idi. Siyavuş bəy nisbi "Baş-Açuk" dan, Gürcüstanın qərbindəki İmereti krallığının fars dilində söyləndiyi yerdən götürülmüşdür. Fleischer, C. ALLĀHVERDĪ KHAN (2) // Encyclopaedia Iranica, Vol. I, Fasc.