Hüseyn Sözlü (şair)
Hüseyn Ələkbət oğlu Məmmədov (15 aprel 1946, Noraşen rayonu) — Ömrünün 50 ildən çoxunu dənizə həsr etmiş veteran dənizçi, Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, şair, bəstəkar. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvüdür. Elm və Təhsil Mərkəzinin filologiya üzrə Fəxri Professoru diplomuna layiq görülmüşdür.
15 aprel 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun Şəhriyar kəndində kolxozçu ailəsində anadan olub. 3 övladı, 6 nəvəsi vardır.
Şəhriyar kənd orta məktəbini 1963-cü ildə bitirib. Tar üzrə musiqi təhsili alıb. Bakı Dəniz Yolları məktəbiniə daxil olub və oranı bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyi idarəsinin gəmilərində çalışıb. Ali təhsilini Odessada alıb.
Zəngin yaradıcılığa malik Hüseyn Sözlünün 11 şeirlər kitabı var.